Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

324  

Xaqan Balayev 

qında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olun-

muşdu: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran höku-

mətinin  İranın  tam  müstəqilliyini,  suverenliyini  və  ərazi  toxunulmazlığını 

saxlamaq  arzusunda  onunla  həmrəydirlər.  Onlar  belə  nəticəyə  gəlirlər  ki,  İran 

hər  dörd  hökumətin  imzaladığı  Atlantika  xartiyasının  prinsiplərinə  müvafiq 

olaraq  digər  sülhpərvər  millətlərlə  birlikdə    müharibədən  sonra  beynəlxalq 

sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir” (21, 

158). 


1945-ci  il  iyulun  21-də    Potsdam  konfransında  SSRİ  və  ABŞ  nümayəndə 

heyətlərinə  təqdim  olunmuş  “İrandan  müttəfiq  qoşunlarının  çıxarılması 

haqqında  Böyük  Britaniya  nümayəndə  heyətinin  memorandumu”  müzakirə 

edilərkən Stalin bildirmişdi ki, ”Bizim qoşunlarımız tərəfindən İrana qarşı heç 

bir hərəkət olmayacaqdır.”(22, 166) 

Nəhayət,  1946-cı  ilin  yayında  İkinci 

dünya  müharibəsində  qalib  gəlmiş  antihitler  koalisiyası  dövlətləri  ilə  faşist 

Almaniyasının  Avropadakı  keçmiş  müttəfiqləri  arasında  sülh  müqavilələri 

layihələrinə  baxılması  üçün  çağırılmış  Paris  sülh  konfransında  (29  iyul-15 

oktyabr) İrana öz hökumətinin bu müqavilələr haqqında mövqeyini şərh etmək 

imkanı verilmişdi.   

Azərbaycan  Milli  Hökuməti  beynəlxalq  dəstəkdən  məhrum  idi.  Pişəvəri 

dönə-dönə  və  1946-cı  il  yanvarın  28-də  Azərbaycan  məsələsinin  BMT-nin 

Təhlükəsizlik  Şurasında    müzakirə  olunacağı  bilinəndə  Azərbaycan  xalqı 

adından BMT-nin Baş Məclisinə göndərdiyi  məktubda da iki dəfə yalnız 1941-

ci  il  avqustun  14-də  İngiltərə  ilə  ABŞ-ın  imzaladıqları  Atlantika  xartiyasının 

(Sovet İttifaqı, İran və digər dövlətlər xartiyaya sonradan qoşulmuşdular) 3-cü 

maddəsindəki  bu  müddəaya  istinad  edirdi  ki,  “bütün  xalqların  özlərinə  lazım 

bildikləri idarəetmə formasını seçmək hüquqları tanınır” (12, 148) və yazırdı ki, 

Azərbaycan Milli Məclisi və Milli Hökuməti  Atlantika xartiyasına tam müvafiq 

formalaşdırılmışdır.  Lakin  Çörçill  xartiyanın  imzalanmasından  üç  həftə  sonra 

həmin  müddəaya  qeyd-şərt  bildirərək,  bəyan  etmişdi  ki,  İngiltərə  və  Amerika 

hökumətləri  “Hazırda  faşist  Almaniyasının  əsarəti  altında  olan  Avropa 

dövlətləri  və  millətlərinin  suverenliyinin,  özünü  idarə  etməsinin  və  milli 

həyatının bərpa olunmasını” nəzərdə tutmuşlar” (11, 161).  

Bununla  belə,  xalqların  və  millətlərin  öz  zülmkarlarına  qarşı  mübarizə 

hüququnun ədalətli olduğunu təcrübədə de-fakto təsbit etmiş bəşər tarixi Cənubi 

Azərbaycan milli-azadlıq hərəkatına haqq qazandırırdı. Bu mübarizə hüququ iki 

il  sonra  BMT  Baş  Məclisinin  10  dekabr  1948-ci  il  tarixli  qətnaməsi  ilə  qəbul 

edilmiş,  insan hüquqları haqqında ilk  beynəlxalq  sənəd  olan “İnsan  Hüquqları 

Haqqında  Ümumi  Bəyannamə”də    “insanı  son  vasitə  kimi  istibdad  üsuli-

idarəsinə və zülmə qarşı qiyama məcbur etməmək” (13, 5) formulu ilə de-yure 

təsdiqini tapdı. 

Sovet  qoşunlarının  İrandan  çıxarılmasında  və  İran  silahlı  qüvvələri  Cənubi 

Azərbaycana  hücum  edərkən  İrana  Sovet  İttifaqının  hərbi    müdaxiləsinin 

qarşısının  alınmasında  İngiltərənin  iştirakı  danılmaz  olsa  da,  ABŞ  və  BMT  




Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

325 


müstəsna  rol  oynamışdılar  (Qərb  və  İran  tarixçiləri  sonralar  Azərbaycan 

məsələsini BMT-nin “həll etdiyi ilk məsələ” adlandırdılar). 

İranın hakim dairələri ölkə ərazisinə ingilis və sovet  qoşunları yeridiləndən 

sonra  London və xüsusən də  Moskvaya əks qüvvə kimi ABŞ-a istinad etmək 

siyasətini  yeritməyə,  ABŞ-a  İranın  müstəqilliyinin  və  ərazi  bütövlüyünün 

təminatçısı kimi baxmağa başlamış və sonrakı hadisələr bu xəttin doğruluğunu 

sübuta  yetirmişdi.  Yuxarıda  qeyd  olunduğu  kimi,  ABŞ-ın  da  İranda  strateji 

maraqları var idi. 

1942-ci  ilin  əvvəlində  üçtərəfli  müqavilə  imzalandıqdan  sonra  Məhəmməd 

Rza  Pəhləvi  fevralın  10-da  ABŞ  prezidenti  F.  D.  Ruzveltə  göndərdiyi 

teleqramda ondan İranın ərazi bütövlüyü və müstəqilliyinin təminatçısı olmağı 

xahiş etmişdi.   Həmin il avqustun 9-da Qəvam yeni kabinetin təşkilindən sonra 

verdiyi  bəyanatda  öz    proqramını  açıqlayarkən,  ABŞ  ilə  yaxın  əlaqələrin 

qurulacağını bildirmişdi. 

1942-ci  ilin  sonunda  ABŞ    qoşunlarını  İrana  yeridərkən  Qəvam  hökuməti  

buna heç bir etiraz bildirməmişdi. Beynəlxalq münasibətlərdə analoqu olmayan 

fakt  idi  ki,  İkinci  Dünya  müharibəsi  dövründə  Amerika  qoşunlarının  İran 

ərazisində yerləşməsi haqqında ABŞ ilə İran arasında heç bir müqavilə, yaxud 

digər  sənəd  imzalanmamışdı.  İrandakı  Amerika  səfirliyinin  rəsmi  məlumatına 

görə,  Qəvam  belə  bir  sənədi  artıq  şey  hesab  eləmişdi  (20,  80).    ABŞ-ın 

nüfuzunu ölkədə artırmaq üçün ikiqat səy göstərən İran hökumətinin tədbirləri 

sayəsində tezliklə İranın ordusu, maliyyə sistemi, bütün daxili və xarici ticarəti, 

sənayesi,  ərzaq  ehtiyatları  və  bölünməsi,  avtomobil  nəqliyyatı  və    bütün  şose 

yollarında yük daşımaları  ABŞ-ın nəzarəti altına keçmişdi. ABŞ sonrakı illərdə 

də    müharibədən  sonra  İranda  möhkəmlənmək  məqsədilə  müvafiq  siyasət 

aparmışdı  (1944-cü  ilin  əvvəlində  İranda  ABŞ  qoşunlarının  sayı  30  minə 

çatmışdı) və buna  nail olmaq üçün SSRİ-nin İranda siyasi və hərbi istehkamı 

olan  Azərbaycan  muxtariyyətinin  ləğv  olunması  və  İranın  ərazi  bütövlüyünün 

bərpa  edilməsi  zəruri  idi.  İran  və  ABŞ  problemin  həllini  Sovet  qoşunlarının 

İrandan çıxarılmasında görürdülər.   

İrandan  müttəfiq  dövlətlərin  qoşunlarının  çıxarılması  şərti      üçtərəfli 

müqavilə  ilə  müəyyənləşdirilmişdi.  Müqavilənin  5-ci  maddəsində  göstərilirdi 

ki,  “Müttəfiq  dövlətlər  ilə  Almaniya  və  onun  tərəfində  müharibə  aparan 

dövlətlər      arasında  bütün  hərbi  əməliyyatların  qurtarmasından  ən  geci  altı  ay 

sonra müttəfiq dövlətlərin qoşunları İran ərazisindən   çıxarılmalıdır” (12, 193 ). 

Bu  tələbə  görə  qoşunlar  1946-cı  il  martın  2-dək  (Yaponiyanın  təslim 

olmasından sonrakı altı ay ərzində) İran ərazisini tərk etməli idilər. 

1945-ci  il  Krım  konfransında  İngiltərə  və  ABŞ  orduların  vaxtından  əvvəl 

çıxarılması  təklifini  irəli  sürmüş,  Sovet  İttifaqı  məsələnin  müzakirəsindən 

imtina etmişdi.  1945-ci  il  noyabrın  sonu-dekabrın  əvvəlində  müttəfiqlər 

arasında bu məsələ ilə əlaqədar nota mübadiləsi olmuşdu. İngiltərə və ABŞ-ın 

qoşunları  yanvarın  1-dək  İrandan  çıxarmaq  təklifi  SSRİ  tərəfindən  qəbul 

edilməmişdi.  



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə