Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

322  

Xaqan Balayev 

qeyd olunduğu kimi, bunu Moskva da onlara tövsiyə etmişdi. Lakin elə 12 gün 

sonra Pişəvəri və silahdaşları Moskvadan – Stalindən müqaviməti dayandırmaq, 

İran qoşunlarını Azərbaycana buraxmaq haqqında göstəriş aldılar və icra etdilər. 

Milli  hökumət  silahlı  müqavimət  göstərməsəydi  belə,  Qəvamın  demokratlara 

divan  tutacağı  bəlli  idi.  Lakin  silahlı  müqavimət  göstərilməyəcəyi  təqdirdə 

faciənin  miqyasının  fərqli  olacağı  və  dünya  ictimai  rəyinin  başqa  cür 

formalaşacağı aydındır. 

Hərəkat rəhbərlərinin qərar qəbul edərkən İran kəşfiyyatının təsirinə məruz 

qalmalarını  istisna  etmək  doğru  olmazdı  və  bunun  hərəkatı  daxildən  sarsıdan 

əsas  səbəb  olması  ehtimalı  da  sərf-nəzər  oluna  bilməz.  Ümumiyyətlə,  analoji 

siyasi şəraitdə   hər hansı bir mərkəzi hökumətin hərəkata casus yeritməyəcəyini 

düşünmək  sadəlövhlük  olardı.  Hərəkatın  məğlubiyyətindən  sonra  Azərbaycan 

Dövlət  Təhlükəsizlik  Nazirıiyi,  hətta,  Cavid  və  Şəbüstərinin  İran  hökumətinin 

casusları  olduğu  və  eyni  zamanda  İngiltərə  kəşfiyyatına  işlədikləri  nəticəsinə 

gəlmiş,  bu  barədə  Azərbaycan  K(b)P  MK-ya  və  ÜİK(b)P  MK-ya  məlumat 

verilmişdi  (2).  Hərəkatı  daxildən  sarsıdan  səbəblərdən  biri  də  onun  rəhbərləri 

arasında  ciddi  ixtilafın  olması  idi  və  bunun,  şəxsi  xüsusiyyətləri  də  istisna 

etmədən,  İran  kəşfiyyatı  tərəfindən  törədildiyini  ehtimal  etməyə  əsas  vardır. 

Moskva, əsasən də  Azərbaycan rəhbərliyi onları dəfələrlə hərəkatın mənafeyi 

naminə    birliyə  çağırsa  da,    münaqişələr  aradan  qalxmırdı.  Digər  səbəb 

“hərəkatın  yüksəlişi  dövründə  ADF  sıralarına  inqilabı  sevdiklərinə  görə  deyil, 

partiya üzvlüyündən şəxsi mənafeləri üçün istifadə etməkdən ötrü daxil olmuş 

adamların da kifayət qədər  idi (3).   

Bu  və  digər  siyasi  səbəblər  hərəkata  mənfi  təsir  göstərsə  də,  

məğlubiyyətinin əsasında geosiyasi amillər dururdu.  

 

 



Geosiyasi səbəblər 

 

Geosiyasi  səbəbləri  şərtləndirən  mühüm  amillər  İranın  yerləşdiyi  coğrafi 



məkan  və  təbii  sərvətləri  ilə  əlaqədar  idi.    Cənub-şərqi  Asiyaya,  həmçinin 

Hindistana ənənəvi aşırım İrandan keçirdi. İran Sovet İttifaqı ilə böyük bir ərazi 

boyunca  həmsərhəd  idi  və  bu  strateji  mövqeyi  ilə  SSRİ-yə  qarşı  hər  hansı  bir 

müharibədə  mühüm  əhəmiyyət  kəsb  edirdi.  İranda  hərbi  sənayedə  istifadə 

olunan  pambıq  yetişdirilirdi  (SSRİ  ilə  müharibəyə  qədər  Almaniyanı  bu 

xammalla təchiz edirdi). İran, ən əsası, zəngin neft yataqlarına malik idi; ABŞ 

mütəxəssisləri  tərəfindən  təkcə  Tehranın  800  km-lik  radiusunda  33  milyard 

barel  neftin  olduğu  müəyyənləşdirilmişdi  ki,  bu  da    dünya  neft  ehtiyatının 

təxminən yarısını təşkil edirdi. Müharibə dövründə İngiltərənin baş naziri olmuş 

U. Çörçill yazırdı: “İranın neft mədənləri mühüm hərbi amil idi (23, 221). 1943-

cü  ilin  sonundan  müttəfiqlər  –  ABŞ  və  İngiltərə  şirkətləri  İranın  cənubunda, 

SSRİ  ölkənin  şimalında  geoloji  kəşfiyyat  işləri  apararaq,  zəngin  neft  yataqları 

aşkar etmiş və İrandan neft konsessiyası almaq uğrunda mübarizə başlanmışdı. 



Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

323 


ABŞ  SSRİ-nin  İran  neftinə  yiyələnməsinə  İngiltərə  ilə  birlikdə  hər  vasitə  ilə 

mane olurdu. 

 1941-ci ilin avqustunda müttəfiqlər tərəfindən İrandan çıxarılanadək İranda 

Almaniya  güclü  mövqeyə  malik  idi.  Müharibədən  sonra  ölkənin  kimin  nüfuz 

dairəsində  olacağı  üstündə  də  müttəfiqlər  arasında  gizli  mübarizə  gedirdi. 

Təcridçilik siyasətinə son qoyaraq Avropa və dünya məsələlərinin həllinə təsir 

göstərməyə  başlayan  ABŞ  İranda  möhkəmlənməyi,    eyni  zamanda,  ənənəvi 

müttəfiqi  İngiltərənin    də  İranda  nüfuz  dairəsini  tədricən  məhdudlaşdırmağı 

özünün strateji vəzifəsi hesab edirdi.    SSRİ  də  həmsərhəd  dövlətin  kapitalist 

ölkələrindən  ibarət  blokun  təsiri  altında  olmasını  təhlükəsizliyinə  qəsd  kimi 

qiymətləndirir  və  İranda,  xüsusən  ölkənin  şimal-qərbində  öz  nüfuz  dairəsini 

genişləndirməyə və möhkəmləndirməyə çalışırdı.  

Geosiyasi amillər sırasında ən əvvəl İranın öz dövlət müstəqilliyini və ərazi 

bütövlüyünü qoruyub saxlamaq baxımından beynəlxalq aləmdə əlverişli hüquqi 

və  siyasi  mövqeyə  malik  olması  qeyd  edilməlidir.  Bu  mövqe  ingilis  və  sovet 

qoşunları  İranı  zəbt  edəndən  dərhal  sonra  SSRİ-nin  beynəlxalq  hüquq 

normalarına  riayət  edəcəyinə  nə  İranda,  nə  də    Sovet  İttifaqının  Qərb 

müttəfiqlərində  əminlik  olmadığına  görə  İranın  səyləri  və  İngiltərənin,  daha 

sonra ABŞ-ın yardımı ilə formalaşmışdı.  

İrana  müttəfiqlərin  qoşunları  yeridiləndən  sonra  İngiltərə  İranın  dövlət 

müstəqilliyi və ərazi bütövlüyünə təminat verən bəyanatla çıxış edəndən sonra  

SSRİ  hökuməti  də  30  avqust  1941-ci  il  tarixli  notasında  öz  üzərinə  belə  bir 

təəhhüd götürməyə məcbur olmuşdu ki, “Böyük Britaniya hökuməti kimi Sovet 

hökumətinin  də  İranın  müstəqilliyi,  yaxud  ərazi  bütövlüyü  əleyhinə  heç  bir 

niyyəti yoxdur” (17, 29). 

1941-ci ilin dekabrında İran Xalq Partiyası – Tudənin fəaliyyətə başlamasına 

icazə verməsi müqabilində İran hökuməti İranın ərazi bütövlüyünə SSRİ-dən bir 

daha təminat almışdı. 

1942-ci  il  yanvarın  29-da  İngiltərə,  Sovet  İttifaqı  və  İran  arasında  “Sovet 

Sosialist  Respublikaları  İttifaqı,  Böyük  Britaniya  və  İran  arasında  ittifaq 

haqqında”  bağlanmış  üçtərəfli  müqavilə  həmin  dövlətlərin  İranla 

bərabərhüquqlu  suveren  münasibətlərini  və  İranın    müharibədən  sonra  digər 

sülhsevər  millətlərlə  birlikdə  beynəlxalq  sülh,  təhlükəsizlik  və  tərəqqinin 

bərqərar  olunmasında  iştirakını  təsbit  edirdi.  Müqavilənin  1-ci  maddəsində 

göstərilirdi  ki,  “Müttəfiq  dövlətlər  (SSRİ  və  Böyük  Britaniya)  birlikdə  və 

ayrılıqda  İranın  ərazi  bütövlüyünə,  suverenliyinə  və  siyasi  müstəqilliyinə 

hörmətlə yanaşmağı öhdələrinə götürürlər” (12, 191). 

1943-cü  il  sentyabrın  9-da  İran  Almaniyaya  müharibə  elan  edəndən  sonra  

hərbi əməliyyatlarda iştirak etməsə belə, de-yure antifaşist koalisiyası dövlətləri 

sırasına qoşulmuşdu.  

Üç müttəfiq dövlət başçılarının Tehran konfransında Ruzvelt, Stalin və Çör-

çill öz aralarında və İranın baş naziri Mirzə  Əli Süheyli   ilə məsləhətləşəndən 

sonra  1943-cü  il  dekabrın  1-də  Tehranda  imzaladıqları  “Üç  dövlətin  İran  haq-



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə