Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə13/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

________________Milli Kitabxana________________

Tamahı qəlbimdən çıxarıb atdı,

Sanki gül yanından tikan çıxartdı.

Sikkəni götürdü pulun üzündən,

Gördüm o saf, təmiz gümüşünü mən.

Təzimlə diz çökdüm o böyük dağa,

Onun qarşısında düşdüm torpağa.

Məni görən kimi üzü qönçətək,

Açıldı, hörmətlə dönüb, gülərək,

Söhbətə başladı; yarım hilalı,

Açılar-açılmaz, mən oldum hali*,

O yarım hilalı şölələnərkən,

Bir Günəş doğurdu hər bir sözündən.

Günəşi andıran parlaq sədəflə,

Otuz iki ulduz parladı səflə*.

Mehriban oturdu o, gövhər kimi –

Söz açdı, görüşə gələnlər kimi,

O gördü bir çöpə dönmüş bədənim,

Qəlbim yaralıdır, yorğundur mənim.

Dərdimi, qəmimi kökündən ovdu,

Onlan canımdan uzağa qovdu.

Sözləri gülabtək, hind kafurutək,

Başıma, üzümə səpələnərək,

O gülab, o kafur, keçmədi bir an,

Bütün ağrıları aldı canımdan.

Bu hörmətə əvəz, düşündüm, ancaq,

Mən ona nə verim töhfə olaraq?

Dilləndi qeybdən ağlımın səsi:

"Xızrın odlu sözü, isti nəfəsi,

Şəfa verdi, dərhal sən gəldin cana,

Xacənin üzüyü layiqdir ona".

Deyərkən, üzüyü gətirdim həmən,

Öpüb, qarşısına qoydum onun mən.

Qiymətli peşkəşi süzüb diqqətlə,

Ona heyran qalıb, dedi heyrətlə: -

"Cəmin bu möcüzü sənin əlinə,

Haradan keçmişdir, agah etsənə!

Dedim ki: "İraqa yolum düşərkən,

Böyük xacə ilə tanış oldum mən.



________________Milli Kitabxana________________

Doğru yol göstərdi, ülfət bağladı,

Bu üzüyü mənə o, bağışladı".

Xızr da səxavət əlini açdı,

Göstərdiyi üzük şölələr saçdı...

Onu üzüyümün qoydu üstünə,

Birlikdə özümə qaytardı yenə.

Dedi: "Sağ əlinə tax bunu, ancaq,

O birini isə sol əlinə tax!

İnan ki, qonıyar səni hər zaman,

Bunun biri sağdan, digəri soldan!"

Ona çox təşəkkür edib, dedim mən:

"Azmış yolçulara düz yol göstərən,

Hikmət dünyasına sən bir açarsan,

İsmət dünyasına xəzinədarsan.

Nicat verir nurun gündə min kərə,

Qaranlıq yollara düşən kəslərə.

Uca Qaf dağını məskən etmişkən,

Bu alçaq yerlərə necə endin sən?

Səbəb nə olmuş ki, min bir zəhmətlə,

Məni yoxlamağa gəlmişsən belə?

" Xızr cavab verib, dedi: "Mən dünən,

Sərin yaylaqlarda yalnız gəzərkən,

Dağlar arasında yurd salmış olan,

Bir tayfa gördüm - çox fazil, mehriban.

Keçdi məclisimiz, şirin, səmimi,

O tayfanın əhli sənin tük kimi,

Çox incə, çox zərif şerlərindən,

Ləzzət alırdılar, gördüm onu mən.

Şeri həyəcanla oxuyub onlar,

Böyük maraq ilə soruşurdular: -

Görən, haralıdır bu söz ustadı?

Necədir elində şöhrəti, adı?

Dedim: - Şirvanlıdır, şanı hər yana,

Yayılmış, Xaqani deyirler ona!

Sözün sərrafıdır, bir dahidir o,

Biliyin, atəşin məddahıdır o.

Mən sənin haqqında çox dedim...

Qərəz, Ağıllı adamlar dedilər ki, bəs,



________________Milli Kitabxana________________

Belə məharətli, dərin alimi,

Bunca alçaq tutmaq eyib deyilmi?

Belə bir ustadın, o kor xəbislər,

Qədrü-qiymətini bilərmi məgər?

Menə üz tutaraq, dedilər belə:

-

Ey Xızr, get, ona nəsihət elə!



Yar ol sənətkara ömrü uzunu,

Xətadan, beladan hifz elə onu.

Onların səmimi ilticasına,

Biganə qalmadım, gəldim yanına!

İndi sözlərimi yaxşı dinlə, həm,

Xatirində saxla bunları möhkəm.

Hər sözüm qızıldır, gövhərdir, sən də,

Bunları, gəl, hifz et can xəzinəndə.

Qızıldan aləmə pay vermək üçün,

Xəzinəmdən bollu pay götür bu gün.

Qulağında yaxşı saxla sən bunu,

Gəl, topla başına indi huşunu!

Hər sözümdür mənim min gövhər-kanı,

Gəl, topla, onunla sevindir canı!

Eyb etməz, sən bu gün-şabaş yığan ol,

Bu şabaşı sabah səp yola bol-bol!

Hər yerdə gözəllər sənə yar olar,

Bu cür şabaşından pay alar onlar.

Qoru hurilərin ismətini sən,

Əyri adamlardan, yolkəsənlərdən.

Sən sözün qədrini bilməyəndən qaç,

Gəlinin üzünü sevənlərə aç!

Mühüm nəsihətim budur ki, zaman,

Sənin pusqundadır, unutma bir an.

Fikir ver, daha bir nəsihətim var:

Etibarsız olur bal rəngli rüzgar,

Durma kölgəsində ikirənglinin*,

Olma heç fələyin felinə əmin,

Baxma nə rənginə, nə də iyinə,

Axşamın, səhərin gözəlliyinə.

Kişinin bəzəyi silahdır, inan,

Arvadın bəzəyi ənliklə kirşan!




________________Milli Kitabxana________________

Dünyanın ömrünü bilənlər kimdir?

Onun dövrü qədim, sirri qədimdir.

Adəm yeddi min il yaşadı əgər,

Sən onu hesab et bircə gün qədər".

Belə nəsihətlər verdikcə mənə,

Döndü rəngim sarı qızılı rənginə.

Narıncı bir niqab örtdü üzümü,

Yenidən toxtatdım bir az özümü.

Fürsəti qənimət bilib, bu zaman.

Utana-utana soruşdum ondan: "

Ey mələk sifətli, mənə söylə bir,

Deyirsən bu dünya min bir rənglidir.

Dünya həm ucadır, həm də ki, alçaq,

Bu dünya nə zaman, de, məhv olacaq?

De, yazıq insanlar nə zamanadək,

Ümidlə, qorxuyla ömür sürəcək?

Bu odlu körpüdən keçmək olarmı?

Yoxsa ki, odlarda yanacaq hamı?

Ağıl, huş ki uçur: "Nur alım" deyə,

Yol tapa bilərmi yeddi tağ göyə?

Beş hiss, altı cəhət tilsim torundan,

Qurtarmaq mümkünmü bizlərə bir an?

Başımız üstündə bu yüksək çətir

-

Gömgöy, əyri tağlı bu səhnə nədir?



Bu çevrə nə zaman, de, qərar tapar?

Bu nöqtə nə cürə yerindən qopar?

Necədir o yanı xətt-üstüvanın?

Kimdir sakinləri bəs o dünyanın?

Qəribə olmazmı xətt-üstüvadan?

Bizə tərəf olan yerdə yaşayan,

Canlılar, sonradan bir zaman əgər,

O biri tərəfi məskən etsələr?

Dörd ana, doğrudan, qəribədir bu:

Nə üçün, görəsən, üç inci doğdu?

Hər zaman sürətlə dövr edən aləm,

Nə üçün gah bərkdir, gah boşdur,

Bilməm Dalbadal suallar verdim mən ona,

Suallar gəlmədi əsla xoşuna,




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə