Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

________________Milli Kitabxana________________

Köpək xasiyyətli olduqlarından,

Daşqalaq olunur onlar hər zaman,

İtin boyunbağı, zenciri, inan,

Üstündür onların gövhər tacından.

Bu allahsızların qulluğundan qaç!

Haqqın qapısını ehtiramla aç!

Şer dolu qapıdan uzaqlaş daha,

Xaqani, get sığın o bir Allaha!".

ŞAHIN LƏŞKƏRGAHINI TƏRİF

Sonra da aləmin pənahı olan,

Şah ləşkərgahına gedib çatarsan.

Göylərə baş vurur onun dərbarı,

Buraya baş əymiş İran şahları.

Bura din mülkünə verməkdə rəvac,

Qoyar çox şahların başlarına tac.

Məhəmməd Mahmudun möhrüylə yeksər,

Damğalı qul oldu bütün ölkələr*.

Yazılmış tacının şah gövhərinə:

"Şənin artıq olsun dünyada yenə".

Qazılmış taxtının ağacına da:

"Taleyin əbədi olsun dünyada".

Ayın səfhəsinə yazmışdır hətta,

Qəzanın qələmi Müqtəfıbillah.

O, hindi qılıncla əcəm yurdunu,

Düz yola gətirmiş, yaxşı bil bunu.

HƏMƏDANIN TƏRİFİ

Çatarkən sən şahın ləşkərgahına,

Oradan yol tutub, get Həmədana!

Gözünlə yolları ölçüb bir anlıq,

Söylə ki, bu yerdir əmin-amanlıq.

Kəbə tək qiymət ver onun bağına,

Bənzət Buqubeysi Əlvənd dağına*.



________________Milli Kitabxana________________

Onun dağı, daşı cəvahiratdır,

O, Yerə sütundur, bir istinaddır.

Yuksələn qəlbini ülkər fəth edir,

Göyləri aşaraq hələ yol gedir.

Onun ətəyinə Simurğ düşərək,

Orada bir çox quş gördü özü tək.

Hər biri yüz illik məsafə tutmuş,

Sanki bir Qaf dağı tutmuşdur hər qıış.

Həmədan çox yüksək, ali məvadır,

Əlvəndi-Simurğə yurddur, yuvadır.

Dünya arxasıdır, bil, Həmədanın,

Bu yersiz qüdrəti yoxdur dünyanın.

Səkkiz sərhəd ilə bağlı hər yanı,

Onu becərmişdir göylər bağbanı.

Cənnətdən artıqdır onun neməti,

Onun öküzündə var göy qüvvəti.

Bal kimi şirindir burada sular.

Yelində zəfəran ətri duyular.

Onun mətbəxinə girirək, Xızır

Edir nemətindən halvalar hazır.

Bir az tamaşa et ulduzlara;

gel! Sanki yer üzündə gəzdirir məşəl.

Torpağı qızıldır, yaqutdur qat-qat,

Havası ürəyə bəxş edir həyat.

Əkərsə kəndlisi bu yerdə qanqal,

Zəfəran bitirər torpağı dərhal.

Göylərdən buraya axır durmadan,

Sonsuz nemətilə min-min karivan.

Bir beşik olsa da canlara İraq,

Həmədan gözəl bir gəlindir ancaq.

Din bağı olsa da İraq diyan,

Hemədan olmuşdur məna baharı.

Həmədan şəhrində saldınsa məskən,

Bu şəhər qoynunda qaldınsa, həmən.

Taleyin daima üzünə gülər,

Sənə bayram olar hər axşam, səhər.



________________Milli Kitabxana________________

BAĞDADIN TƏRİFİ

Fazillər şəhəri, gözəldir Bağdad,

Oradan görünür, sanki kainat.

Bir dost camalı tək ruh verir cana,

Orada çatarsan hər bir arzuna.

Zövq verir o, vüsal gecələri tək,

Ünsiyyət məkanı bu yerdir gerçək...

Gözəl xətti olan əziz katiblər,

Yazrmışlar: "Görməli yerdir bu şəhər".

Kəramət lövhündə yazarkən Bağdad,

Onu qeyd edərlər aydın: baği-dad*.

Həqiqət üzümü dərilir bağdan,

Xoşbəxtdir burada yaşayan insan.

Buranı bir cənnət zənn etmiş Adəm,

Gedərkən tapşırmış mələklərə həm.

Dəclə ona görə axır buradan,

Ki, çayda mələklər yuyunsun hər an.

BAĞDADIN ABÜ-HAVASI HAQQINDA

Bağdadın eşqilə qoca dünyada.

Əziz ömrümüzü vermişik bada.

Dirilik suyudur suyu, müxtəsər,

İçənə əbədi həyat bəxş edər.

İsa nəfəsidir onun nəsimi,

Ölünü dirildər toxunan kimi.

Burada fəzilət əhli, müttəsil,

Məşğuldur elmlə, hünər ilə, bil!

Onların hər sözü min məna saçar,

Hər lövhi bir anda min məktəb açar.

Hər məktəb səkkiz bağ kimidir, bişəkk,

Hər biri beyinin üç hücrəsi tək:

Hafızə, düşüncə və xəyal, əslən,

Doğmuşdur, yəqin bil, bu üç hücrədən.

Onların ədalət məhkəməsində,

Olmuşdur bu dünya bir kiçik bəndə.



________________Milli Kitabxana________________

DƏCLƏ ÇAYININ TƏRİFİ

Dəclənin məcrası fələklərədir,

Fələklər də Kərxi mehrab zənn edir.

Kərxin bir qütbüdür yeddinci fələk,

Dərya qətrəsidir Dəclənin, demək.

Dəclədə yuyunur ulduzlar, ancaq,

Bununçun olmuşdur üzləri parlaq.

Gah gümüş düzəldir suları, inan,

Gah şüşə yaranır hübablarından.

Suları gülabdır sanki, çağlayar,

Onunla yox olur başdan ağrılar.

Suları onunçun yaradır hübab?

Ki, dolsun hübabdan şüşəyə gülab.

Ey rəssam, ruhları görmək istəsən,

Seyrə dal Dəclənin cəmalını sən!

Nə qədər küləklə köpük oynaşdır,

O üzük-üzükdür, həm də daş-qaşdır.

Yeriyər İsa tək o sərbəst, azad,

Rahib tək zəncirə düşüb, çəkər dad.

Üstündən əsdikcə yel, suyu burur,

Gah yarpaq yaradır, gah düyün vurur.

Külək mühəndislik edib əməldə,

Həndəsə düzəldir gümüş cədvəldə.

Gümüş bir mühəndis olmasaydı gər,

Üqlidis şəkili olardı məgər?

Dəcləyə baş əyir dünyada çaylar,

Gəlindən ahəstə hərəkəti var.

Nazlı bir bəzəkçi əli xoş gündə?

Min naxış yaratmış onun üzündə

İstidən dad çəkib yanan ürəklər,

Dəclənin suyundan təskinlik dilər.

Kövsərə bərabər bu çay dərindir,

Suyu çox içməli, təmiz, sərindir.

Dəclə bir axıcı, zəngin sərvətdir,

Onun sayəsində Bağdad cənnətdir.

Yerlər xəlifəsi, bax, budur Bağdad,

Çünki xəlifələr yurdudur Bağdad



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə