Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

________________Milli Kitabxana________________

Hurilər səfini keçib, yetərsən

İsanın o yüksək məqamına sən.

Bunlar bir zahiri surətsə, ancaq,

Mənalar aləmi təkcə odur, bax!

Bunlar bir piyadə, o isə şahdır,

O bütün aləmə istinadgahdır.

Görüncə bu böyük şəni, calah,

Gözünə görünər hüsnü, camalı.

Qorxuram hüzura gələn zaman sən,

Yanasan üzünün hərarətindən.

Ona atmış olsan bir addım əgər,

Ulduz tək o Günəş sənə nur verər.

O da Cəmşid kimi ədalətlidir,

O da Günəş kimi hərarətlidir.

Üzüyü minlərcə Cəmşidə əşdir,

Onun hər barmağı nurlu günəşdir.

Onun kandarını öpər mələklər,

Onun qapısında quldur fələklər.

Qoyar əmmaməsi tac üstünə tac,

O alar həm yerdən, həm göydən xərac.

Çiynində şanlı bir əbası vardır,

Qulaqda ənbiya nidası vardır.

Alnı çox açıqdır, sözü ləzizdir,

Atının nalı da pakdır, təmizdir.

O qədər öpülmüş torpağı, bir bax,

Gövhərə dönmüşdür önündə torpaq.

Sultanlıq axtaran böyük adamlar

Onun kandarından gəlib pay alar,

Nəqş olub yerində şahların üzü,

Torpağı muzeyə bənzəyir, düzü,

Önündə torpaqdır bütün sultanlar,

Fəxr edir torpağı öpməklə onlar.

Adı vurulmasa bir pula, inan,

Çıxmaz dinlə bağlı zərrabxanadan,

Qızıl daşımasa adını əgər,

Onun qızıllğı bəs nəyə dəyər?



________________Milli Kitabxana________________

Adını daşıyan qızılsa, bişəkk

Müştəri alnına olar bir bəzək...

Möhrüylə qaranlıq gecələr aşkar

Səpilər fələyə hesabsız dinar,

Diqqət et göyə sən, ulduzlara bax,

Xəlifə puludur bu qədər parlaq.

Hərfləri düzərkən allahın özü,

Yazmış hər birinə Müqtəfi sözü*.

Xaqani ilhamı açıb şəhpəri,

İstədi mədh etsin Əbbasiləri,

Onlara duaçı bir quşdur, lakin,

Şərvan qəfəsində olmuşdur sakin.

Bir gün xilas etsə onu asiman,

Uçaraq Bağdadda qurar aşiyan.

KUFƏNİN TƏRİFİ

Bağdaddan sonra da sən Kufəyə get,

Kufəni səadət torpağı zənn et,

Kufəyə girirkən əvvəlcə, şəksiz,

Dörd arx görəcəksən orada təmiz.

Kufəli düşünsə ədalət, şərəf,

Hörmətlə baxacaq Bağdada tərəf.

Bir şəhər görərsən, fazil adamlar,

Kamalla, lütf ilə orada yaşar.

Kufənin genişdir xeyli sahəsi,

Qurtarmaz buranı gəzsə də Məsih.

Yatıb Hud peyğəmbər burada rahət,

Nuh da bu şəhərdə etmiş iqamət.

Su, atəş içindən bu yer yüksəlir,

Məşriqə, Məğribə gözəllik verir.

KARVAN SƏSİNİN TƏRİFİ

Bir sal dəniz rəngli Bəthayə nəzər,

Gəmi tək gör necə gedir dəvələr.

Kim görmüş dənizi belə daş kimi?




________________Milli Kitabxana________________

Kim görüb quruda yerisin gəmi?

Gör necə qatarla gedir karivan,

Səmada Ay gəzir sanki durmadan.

Qulaq ver aramsız vuran zənglərə,

Yol boyu susmayan bu ahənglərə.

Ruh açır səhərin ilıq nəfəsi,

Quş dili oxuyur zənglərin səsi.

Bu səslər insanı gətirir cana,

Sonsuz ləzzət verir yolda insana.

"Fələk süfrəsinə "buyur gəl" demək,

Rizvandan mərhəba, əhsən eşitmək.

Mizmarda çalınan Zəbur nəğməsi,

Minarədən gələn xoş azan səsi,

Xanəndə oxuyan həzin bir hava,

Müsəlla vaxtında edilən dua,

Yarın ləblərində uçan gülüşlər,

Gecələr alınan dadlı öpüşlər.

"Çox yaşa" deyərək gülən həriflər,

"Sabahın xeyr olsun" deyən zəriflər,

Aşiqin öskürüb yar çağırması,

Dostun zarafatla tək asqırması,

Canım təştə dəyib verdiyi səs də,

Kasa cingiltisi böyük məclisdə,

Hicran gecəsində xoruzun banı,

Səhər açılarkən sevda dastanı,

-

Bunların hamısı əla, gözəldir,



Lakin karvan səsi daha gözəldir.

Dəvənin zəngində ilahi səs var,

O deyir: "Gəl, haqqı bu səsdə axtar".

Ay onun ən kiçik saribanıdır,

Utarid çox köhnə pasibanıdır,

İpəkdən almışdır incəlik, düzü,

Cilovun toxumuş Zöhrə ulduzu,

Deyər qəlbdən gələn odlu bir nəfəs:

Ey Məkkə vadisi, ey ilahi səs!



________________Milli Kitabxana________________

MƏKKƏNİN TƏRİF

Oradan Məkkəyə gedərsən, əlbət,

Görərsən orada fəzlü-kəramət.

Bu yer qoruyacaq səni hər zaman

Can alan istidən və quraqlıqdan.

Əgər Məkkə olsa yurdun, məskənin,

Canın hər bəladan qurtarar sənin.

O iki sətrilə hər sirri açar,

Allahın adıyla yanaşı durar.

Bu adda saxlanır həqiqət tamam,

Bunu dərk eyləyər həm xas, həm əvam.

Qəlbi pak ustadlar düşməzlər şəkkə,

Əvvəl Allah deyər, sonra da Məkkə.

Kölgəsin salmışdır bu yerə Allah,

Onunçün Məkkəyə gəlməz bir bəla.

Məkkə Kəbə ilə, bil, sərəfrazdır,

Bununçün sahəsi toxunulmazdır.

Məkkə fələk isə şan-şərafətdə,

Kəbə də qütbdür hər ləyaqətdə.

Kəbə yer tutmuşdur Məkkədə, sanki

Cəzirə dənizdə olmuşdur sakin,

Bura üns evidir, haqq dərgahıdır,

Bura məzlumların pənahgahıdı

Burada bir inci tapmaqçün fələk

Başını aşagı tikmiş dalgıtək.

Ətraş mələklərə bu yer su verər

Sagaldar hər dərdi ,mərəzi yeksər.

Məkkədir su verən cənnət hovzuna,

Göylərin qapısı açıqdır ona.

Uşaq oyuncaqla sevinib oynar.

Canını qurban ver ona,sən də get,

Sidq ilə başına dolan, dua et!




________________Milli Kitabxana________________

QARA DAŞIN TƏRİFİ

Bilal tək dayanan qara daşa bax,

Zahiri qarasa, batini parlaq.

O, bir daş deyildir, qızıl misaldır,

Kəbənin üzündə o, qara xaldır.

O qara içində bir nur var gerçək,

Zülmətdə saxlanan abi-həyat tək.

Ya zülfün içində bir günəş üzdür,

Ya da ki, bəbəyi qara bir gözdür.

Hərfləri içində "Quran" sirri var,

Ya zülmət gecədə yağır bəyaz qar.

O, bakir və qoça hindli - qara daş,

Sirrini heç kəsə eyləməyir faş.

Xalq onun sirrinə vaqif olmadan,

Aquşa alaraq öpür hər zaman.

Vardır üç qardaşı onun yenə də:

İraq ölkəsində, Şamda, Yəməndə.

Anadan olarkən dörd qarındaşı,

Hər dördü xidmətdə durdu yanaşı.

ZƏMZƏM QUYUSUNUN TƏRİFİ

Gəzərkən Zəmzəmə düşəcək gözün,

Hörmətlə bir yerə dönəcək üzün.

Bu Yer kürəsində müqəddəs nə var,

Bu ülvi çeşmənin üstündə durar.

Mağara iti tək abi-kövsər də,

Susuzluq çəkərək düşəndə dərdə,

Zəmzəm quyusuna gətirər aman,

Buradan dərdinə axtarar dərman.

Su çəkən zamanda iplər gərilmiş,

Quyunun ağzını eyləmiş diş-diş.

Bir "mim"dən elə bil bir "sin" qurmuşdur,

Ya da bir "əlif'dir, halqa vurmuşdur*.

Aləmə ruh verən bu tək quyudur,

Cana qüvvət verən onun suyudur.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə