Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə19/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   15   16   17   18   19   20   21   22   ...   148

________________Milli Kitabxana________________

Əvvəllər dilim bir dəmir kimiydi,

Cəlalın yağladı dəmiri, indi.

Səndəki iqbalın sayəsində bir,

Yağ seli axıdır məndəki dəmir.

Vallah, axtarsan da, yeddi iqlimdən,

Yaxşı yar düzəldən olmaz dilimdən,

Yeddi qat fələkdə o yeddi çıraq,

Nurlanır dilimdən qida alaraq.

İlhamım yalanla xarab olmuşdu,

O, civə rəngində sərab olmuşdu.

İndi hər sözümdə bir həqiqət var,

O, güzgü, məhək tək olmuşdur meyar.

Daha, məddahlıqla olmaram bədnam,

Göstərməz doğrunu əyri bu aynam.

Bir neçə naxələf oldu düşmənim,

Atəşlə doldurdu ağzımı mənim.

Ağzım xilas olsun deyə atəşdən,

Yeddi su, torpaqla yudum onu mən.

Sənin mədhin ilə, ey böyük sərvər,

Budur, ağzım səpir mirvari, gövhər.

O açıq və bağlı qapıda aşkar,

Deyil otuz iki, otuz min dürr var.

Əvvəllər şahları mədh etdiyimçün,

Dilim bulanmışdı çirkaba bütün.

Paka çıxarmaqçın natəmizlikdən,

Yuyuram ağzımı göz yaşımla mən,

* * *


And olsun, cənnətin səkkiz bağına,

Yəni cəmalının şən növrağına.

And olsun ruh verən o saf kövsərə,

Yəni o səndəki bakir sozlərə.

And olsun atəşli dərin dəryaya,

Yəni hərarətli qəlbinə, mövla!

Xaqani bir də söz yaratsa, inan,

Səndən başqasını eyləməz ünvan.




________________Milli Kitabxana________________

Başqa bir adama pərəstiş etsəm,

Onda insan deyil, bir vəhşi divəm.

Məni qəbul etsən nökərliyə sən.

Neylərəm şahları, əmirləri mən?

Zəmanə əhlindən nə ummaq olar?

Mən ki, öz kölgəmdən qorxuram aşkar.

Qəlbimdə daima danışıram mən,

Qorxuram ki, olam özumə düşmən.

Canım zümrüd kimi sovrulur yelə,

Qorxuram şahların lütfündən belə.

Şərvanın ağzından çəkirəm bəla,

Onunçun dilimi açmıram daha.

Yalın qılınclardan tökülür əcəl,

Vurmaram gicitkən yarpağına əl.

Küləkli, tufanlı dənizdəyəm mən,

Qorxuram gah yeldən, gah da gəmidən.

* * *


Mənə mənhus deyir bu Şərvan əhli,

Nə deyim, həqq sözdür, doğrudur, bəli.

Deyirlər Xaqani olsaydı sadiq,

Bizə meyl edərdi daha da artıq.

At kimi çəkərdi yüklərimizi,

Arı tək gəzərdi güllərimizi.

Xalqın söhbətindən qaçmazdı bir an,

Dönərdi Xaqani şahdan, xaqandan.

Aradı o, məzə, qırmızı şərab,

Nəğmələr söylədi ona tar, rübab.

O da əyanlara elədi xidmət,

Etmədi babalar yoluna hörmət...

Doğrudur, sevirəm dini, ayini,

Mənhusdur kim inkar edərsə dini.

Mənhus adlansa da adı Keyvanın,

Zöhrədən kəm deyil, şəni, inanın*.

Bayquşda olarsa dinə sədaqət,

Dinsiz bir xoruzdan yaxşıdır, əlbət.




________________Milli Kitabxana________________

MOSUL VƏ ŞAMIN TƏSVİRİ

Ey vəsli, hicranı tərk edib gedən,

Babilə, Məşhədə hər dəm meyl edən.

Babilin havası və torpağından,

Hasilin qızdırma oldusa, inan.

Əlacın Şamdadır, durma, ora get,

Şamın torpağını dərdə dərman et!

Yüz min il dövr edən bu sonsuz səfər,

Sənə verdi ancaq tükənməz zərər.

Tərk et bu iki mıx, yeddi pərdəni*,

Yoxsa, dövri-fələk tərk edər səni.

Hörmətlə gəl yetiş Mosul, Şama,

Qütbdür, fələkdir bu yer islama.

Bu elə qütbdür, yox bir zərəri,

Bu elə fələkdir, yox şurü-şəri.

Bu sonsuz fələkdir iki dünyaya,

Qütb isə köməkdir iki dünyaya.

Bəsdir, sən nə qədər söylənəcəksən,

Rəngini dəyişən axşam-səhərdən?

Baş əymək başqa bir yerə haramdır,

Səhərin, axşamın cəlalı Şamdır.

Şamm üç hərfiylə hər iki aləm,

Yaranıb olmuşdur sabit və möhkəm.

Bir bax ki, başında "şin" tutmuş qərar,

Ortada "əlif'dir, sonunda "mim" var.

Zəncilər şahı tək bəzənib durar,

Ayaqda xalxalı, başda tacı var.

Əlifi ortada bir mayaq kimi,

Qaldırmış göylərə bir dayaq kimi.

Bir işıq yayılır hər səhər erkən,

Şamın "şin" tacının dəndanəsindən.

Yerin xoşbəxt oğlu müqəddəs Şamdır,

Dinin anasına bir ehtişamdır.

Şamın qulluğunda olmaqçün nökər

Göylər kəhkəşandan bağlamış kəmər.

Kəhkəşan yolunda bu doqquz fələk,

Qoymuş xonçasına Ayı danə tək.



________________Milli Kitabxana________________

Ayı başaq üstə danə edərkən,

Almış oraq, sünbül Şam xirmənindən.

Doğrudur, Misir də gözəl məkandır,

Lakin Şam danədir, o bir samandır.

Cənnətdən atılan o saman ki, var,

Cismə qüvvət verməz, cana tor qurar.

Dara orağından düşüb o saman,

Orağı odludur çaxmaq daşından.

Dinin gözlərinə batdı o oraq,

Dinin gözlərindən qanlar axdı, bax.

Günəş də vuruşur misirlilərlə,

O da nizəsini almışdır ələ.

Misrin öz adında bir şikəstlik var,

Şamdan oğurlamış bir hərfi, aşkar.

Şamın ayağını qoparıb haman,

Başına qoymuşdur Misr utanmadan*.

Şamın dəftərində, bax, Misrin adı,

Pozuq bir hərf kimi heç oxunmadı.

Hər iki aləmdən Şamda nişan var,

Rəvamı Misr ilə olsun həmqatar?

Pərdəylə örtülmüş Misrin üz-gözü,

Çıxmış xatirədən büsbütün özü.

Onun surətinə duşən bu ləkə,

Yaratmış hər zaman dinə təhlükə.

Misrə nöqtə qoysan, tez müzürr olar*,

Görün, bir nöqtədə nə sirrlər var.

Şamsa mələklərə möhkəm pənahdır,

Düz yol yolçusuna bir qibləgahdır.

Buradan dərs almış nəbilər tamam,

Pak ruha şirədir, qüvvətdir bu Şam.

MOSULU TƏRİF VƏ İRAQ BAŞÇISI

CƏMALƏDDİNƏ SİTAYİŞ

Şam ağıl mülkünün ağasıdır, bil,

Balası dünyalar fəth edən Mosul.

Mosul nicat verən pak bir hərəmdir,




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə