Xəbər bülleteni №39



Yüklə 332,86 Kb.
səhifə3/3
tarix20.03.2018
ölçüsü332,86 Kb.
#32675
1   2   3

Yerevandan son məlumatlar

26.07.2016

silhali deste 2
Ermənistanın paytaxtı Yerevanda patrul mühafizə polkunu ələ keçirmiş silahlı dəstə iyulun 25-i axşam daha iki polis maşınını, o cümlədən bir avtobusu yandırıb.

İyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan bir qədər aralıda olan polis mikroavtobusuna od vurmuş, havadan çəkiliş aparan dronu məhv etmişdi. Dəstə bu addımı polk binasında işığın, rabitənin, suyun kəsilməsinə, ərzaq təminatının dayandırılmasına etiraz əlaməti olaraq atıb.

İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən 31 silahlı şəxs polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İyulun 23-də sonuncu 4 girov polisi azad edən basqınçılar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.

“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.

Transparency.az bildirir ki, “Müəssislər parlamenti” iyulun 26-da yeni məlumat yayıblar. Məlumatda qeyd olunur ki, iyulun 26-na keçən gecə polis kordonundan patrul mühafizə polkuna atəş açılıb, silahlı dəstənin 2 üzvü yaralanıb və onlar xəstəxanaya aparılıb.

“Müəssislər parlamenti”nin digər məlumatına görə, bu gün səhər saat 7 radələrində Artur Sarqsyan adlı fəal ərzaqla yüklənmiş maşını ilə polis kordonunu yarıb və silahlılara yemək çatdırıb.

Patrul mühafizə polkunu ələ keçirmiş silahlı dəstə özünü “Sasun dəliləri” adlandırır.

596 şəxsin vergi borcuna görə ölkədən çıxması yasaqlanıb

26.07.2016



vergi borcu 1Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin kimliyini açıqlayıb. İyulun 25-nə olan məlumata görə, ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı 283 (Siyahı), hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 313 nəfərdir (Siyahı).

Əvvəllər ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız fiziki şəxslərə şamil olunurdu. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yanvarın 1-dən hüquqi şəxslərin icra qurumlarının rəhbərlərinə də bu qadağalar şamil edilib. Ölkə qanunvericiliyi vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə vermir.

Nazirlikdə məşğulluq müşavirəsi

26.07.2016

İyulun 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, onların özünüməşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Transparency.az bildirir ki, rəsmi məlumata görə, məşğulluq orqanlarının iştirakı ilə keçən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, son 12 ildə 1,5 milyondan çox yeni iş yerinin açılması əmək bazarında sabitliyə, işsizliyin 5 faizə qədər azalmasına imkan yaradıb: “Cari ildə də bu istiqamətdə mühüm addımlar atılır. Dövlət başçısının əhalinin məşğulluq imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı irəli sürdüyü sosial məsuliyyət prinsipi həm dövlət sektoru, həm də özəl sektorun əmək bazarında pozitiv meylləri, əmək resurslarından səmərəli istifadəni şərtləndirən birgə səmərəli səylərinin güclənməsinə səbəb olub. Bunun müsbət nəticəsi kimi cari ilin birinci yarısında 78 mini daimi olan 90 minə yaxın iş yeri açılıb”.

Nazir prezident İlham Əliyevin islahatlar kursunun əmək bazarında da inkişaf proseslərinə əsas yaratdığını vurğulayıb: “Torpaqlardan səmərəli istifadə edilməklə kənd təsərrüfatında ixrac yönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və sair bölmələrin sürətli inkişafına nail olunması əmək resurslarının 36,7 faizinin cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb. Həmçinin sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”.

Müslümov bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, əmək birjaları vasitəsilə 1135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: “Həmçinin 8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə 1452 boş (vakant) iş yeri təqdim edib, bu tədbirlərdə 2115 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul olunub, 177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb”.

Nazir işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının və rəqabət qabiliyyətinin artırılmasının da aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən olduğunu qeyd edib: “Nazirliyin xətti ilə cari ilin birinci yarısında ümumilikdə 2121 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur”.
Ölkədə müsbət demoqrafik meyllərin davam etdiyini bildirən Müslümov cari ilin yanvar-may aylarında əhalinin sayının ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyun ayının 1-nə 9 milyon 747,4 min nəfərə çatdığını qeyd edib. Nazir əhalinin, habelə əmək bazarına daxil olan işçi qüvvəsinin getdikcə artmasının əmək bazarı ilə bağlı proqramların, eləcə də yeni məşğulluq konsepsiyasının hazırlanmasında diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

Nazir “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili qaydaları”nın hazırlandığını qeyd edib. Yaxın vaxtlarda aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatlarının yaradılacağını bildirən Müslümov vurğulayıb ki, əsas vəzifə proqrama cəlb olunacaq ailələrin bu proqramda iştirak etmək üçün potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır.



mushavire 1

mushavire 2

Ölkələr, adamlar, boy

26.07.2016

en hundur adamlar 1
Dünyanın ən hündürboy kişiləri Niderlanda, ən hündürboy qadınları isə Latviyada yaşayır. Novator.az-ın məlumatına görə, “eLife” jurnalında dərc olunan araşdırmada belə deyilir.

Araşdırmanın nəticələrinə görə, Niderlandda kişilərin orta boyu 182,5 santimetr, Latviyada qadınların orta boyu 168 santimetrdir.

Tədqiqat göstərir ki, 1914-cü ildən bəri dünyanın 187 ölkəsində insanların boyunda artım müşahidə olunub. 100 il əvvəlki göstəricilərlə müqayisədə boy artımı daha çox iranlı kişilərdə (orta boy artımı 16 santimetr) və Cənubi Koreya qadınlarında (orta boy artımı 20 santimetr) müşahidə olunub.

Hesabata görə, ən hündürboy kişilərin yaşadığı digər ölkələr Belçika, Estoniya, Latviya və Danimarka, ən hündürboy qadınların yaşadığı digər ölkələr Niderland, Estoniya, Çexiyadır.

Ən alçaqboy kişilər Şərqi Timorda yaşayır. Bu ölkədə kişilərin orta boyu 160 santimetri aşmır. Ən alçaqboy qadınlar isə Qvatemaladadır. Bu ölkənin qadınlarının orta boyu 150 santimetrdir. Ancaq Qvatemala qadınlarının boyunda 100 il əvvəllə müqayisədə artım var. 1914-cü ildə onların orta boyu 140 santimetr olub.

Məlumata görə, Yer kürəsində kişilərin orta boyu qadınlara nisbətən 12 santimetr çoxdur.

Valyuta hərracında 50 milyon dollar satıldı

26.07.2016



valyutaİyulun 26-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxararaq 27 banka satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 757,4 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar həcmində valyuta alınıb. İki qurtum birlikdə 3 milyard 592,8 milyon dollar satıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 ABŞ dollarının rəsmi kursu 1,5755 manatdır.

Hesablama Palatası AZAL-da audit aparıb (Nəticələr)

26.07.2016

azal 1Hesablama Palatası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2011-2013-cü illərdəki fəaliyyəti ilə bağlı auditin nəticələrini açıqlayıb. Rəsmi məlumatda deyilir ki, AZAL Vergi Məcəlləsinin tələblərini pozaraq ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım məbləğini müəyyən edərkən yanlışa yol verib. Rezident hüquqi şəxslərə Azərbaycan ərazisində təqdim edilmiş reaktiv yanacaq məhsullarının həcmi də ixrac kimi nəzərə alınıb gəlirdən çıxılan xərclərə aid edildiyi üçün dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.

Hesabata görə, rezident hüquqi şəxslərə təqdim edilən reaktiv yanacaq məhsulları üzrə dövriyyələrin əlavə dəyər vergisinə cəlb edilməməsi və bir sıra alışlar zamanı əlavə dəyər vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, vergi agenti qismində ödəmə mənbəyində tutulan vergilərin birbaşa dövlət büdcəsinə ödənilməməsi halları da müəyyən edilib.

Dövlət əmlakının saxlanması və istifadə olunmasını tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyərək uçotdan silinmiş hava gəmilərinin, aviamühərriklərin, avtonəqliyyat vasitələrinin, maşınların, avadanlıqların, hesablama texnikasının və digər əsas vəsaitlərin ayrı-ayrı hissələrinin və sair yararlı materialların miqdarı müəyyən edilməyib, onlar, eləcə də müxtəlif ehtiyat hissələri və mal- materiallar bazar qiyməti ilə qiymətləndirilməyib.

Müxtəlif məzmunlu əməliyyatlar üzrə hesablaşmalara görə keçmiş illərdən yaranan debitor borcların bağlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, xarici ölkələrdəki nümayəndəliklərdə nağd hesablaşmalar qanunvericiliklə kassa əməliyyatlarına dair müəyyən edilən tələblərə uyğun tam rəsmiləşdirilməyib, beynəlxalq sərnişindaşımalar üzrə aviabiletin qiymətinin tərkibində tarifdən əlavə yığımların növlərinin müəyyənləşdirilməsi və miqdarının hesablanması əsasları rəsmiləşdirilməyib. Həmçinin statistik hesabatların tərtibində təhriflərə yol verilməsi və nizamnamə kapitalının məbləğinin müvafiq sənədlərdə fərqli göstərilməsi də müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası nöqsanlarla bağlı tədbir görülməsi və bəzi tənzimləmələr üçün AZAL-a, Vergilər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Mülki Aviasiya Administrasiyasına zəruri bilgilər göndərdiyini bəyan edib.

Dövlət komitəsi özəlləşdirmə portalı yaradıb

26.07.2016

portal1İyulun 26-da Əmlak Məsələləri Dövlət Komitəsi yeni yaratdığı Privatization.az   özəlləşdirmə portalını ictimaiyyətə təqdim edib.

Təqdimatda portalın özəlləşdirmə prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə yaradıldığı bildirilib, xidmətin dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərini daha şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri rəhbər tutulmaqla həyata keçirməyə imkan verəcəyi qeyd olunub.

Məlumat verilib ki, yaxın gələcəkdə portaldan özəlləşmə ilə bağlı keçiriləcək bütün növ hərracların elektron formada tətbiqi üçün də istifadə ediləcək və sahibkarlarla məmurlar arasında ünsiyyət aradan qaldırılmaqla prosesdə tam şəffaflıq təmin olunacaq.

Portal vasitəsilə ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə çevik məlumat almaq mümkündür. Burada özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn əlaqə” xidməti də fəaliyyət göstərəcək.

Beynəlxalq turizm göstəriciləri açıqlanıb

26.07.2016



http://transparency.az/cnews/wp-content/uploads/2016/07/turizm-1.jpgDünya Turizm Təşkilatı bu ilin may-avqust aylarında şimal yarımkürəsində beynəlxalq turistlərin sayının 500 milyona çatacağını bəyan edib. AZƏRTAC-ın məlumatına görə, təşkilat bildirir ki, 2016-cı ildə beynəlxalq turizm 3,5-4,5 faiz artacaq.

Dünya Turizm Təşkilatının “Beynəlxalq turizm barometri” nəşrində qeyd edilir ki, 2016-cı ildə beynəlxalq turizm 5 faiz artıb. Yanvar-aprel ayında beynəlxalq turizmin imkanlarından 348 milyon insan yararlanıb, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon nəfər çoxdur.

Bu il Qazaxıstanda 94 sayt bağlanıb

26.07.2016



qazaxistan 1
2016-cı ildə Qazaxıstanda terrorçuluq və ekstremizm təbliğatına görə 94 sayt bağlanıb. Novator.az bildirir ki, məlumatı iyulun 26-da Astana Şəhər Prokurorluğu yayıb.

Hesabata əsasən, Qazaxıstanın Rabitə, İnformasiya və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Komitəsi ilə İnformasiya və Kommunikasiya Nazirliyi 2016-cı ildə paytaxt Astanada məhkəməyə 18 şikayət ərizəsi təqdim edib. Həmin iddia ərizələrində bəzi internet resurslarında qanunsuz məlumatların olması səbəbindən onların ölkə ərazisində yayımın dayandırılması istəyi yer alıb.

Prokurorluğun məlumatında qeyd olunur ki, mülki işlərə baxıldıqdan sonra milli təhlükəsizliyə zərər vuran, terrorçuluq, ekstremizm və separatizmi təbliğ edən 94 sayt bağlanıb.

Hərbi prokurorluq orqanları 6 aylıq hesabat verib

26.07.2016

kollegiya 1
İyulun 26-da Azərbaycan Hərbi Prokurorluğunda rəhbər heyətin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kollegiya iclasında hesabatla çıxış edən baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər, o cümlədən tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb: “Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə faktları qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bununla yanaşı qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı var”.

Diqqətə çatdırılıb ki, hərbi prokurorluq orqanları 2016-cı ilin birinci yarısında korrupsiya xarakterli faktlar üzrə 76 şəxs barəsində 61 cinayət işinin istintaqını tamamlayaraq məhkəmələrə göndərib.

Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşıb, günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 83,2 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

Cari ilin altı ayında axtarışda olanlardan 25 nəfər tutularaq istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 935 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 105 təqdimat göndərilib, 120 nəfərə xəbərdarlıq edilib, 11 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 207 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Referendum təyin olundu

26.07.2016

serencam 1
İyulun 26-da prezident İlham Əliyev sərəncam imzalayaraq “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsini ümumxalq səsverməsinə (referenduma) çıxarıb. Referendum 2016-cı il sentyabrın 26-na təyin edilib.

İyulun 25-də Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi referendum aktının layihəsinə müsbət rəy verib (Konstitusiya Məhkəməsi Plenumunun rəyi).

Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Türkiyədə həbs olunan şəxslərin sayı 10 minə çatır

26.07.2016

turkiye1
Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs olunan şəxslərin sayı 10 minə çatır. İyulun 26-dək 9 min 56 nəfər həbs edilib.

Transparency.az bildirir ki, həbsə düşənlərin 143-ü generaldır.

3 min 168 polkovnik və aşağı rütbəli zabit, daha 1181 hərbi qulluqçu, 736 kursant haqqında həbs qərarı verilib.

Tutulan şəxslərin 1348-i hakim, 737-si prokurorluq işçisidir.

918 polis həbs edilib. Məmur və ictimai sektordan 825 nəfər həbsə alınıb.

İyulun 15-i gecə Türkiyədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. 350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən qiyam yatırılıb.

Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir.

İyulun 21-də Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub.

Müdafiə naziri cəbhə bölgəsinə baş çəkib

26.07.2016

Mod.gov.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

İyulun 26-da yayılan məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Əsgərlərlə nahar edən müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.

Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da, torpaqlar işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.



mn cebhe 1
Yüklə 332,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə