78
yüksəliş anını gözləyən bir sıra xırda tayfa birlikləri də mövcud idi. 1308-ci ildə
Anadolu Səlcuq dövlətinin süqutu nəticəsində siyasi xaos yarandı. Bu vəziyyət bir
sıra tayfaların yeni dövlət qurmasına, bəzilərinin isə qurduğu dövlətin güclənməsinə
şərait yaratdı. Güclənmiş dövlətlər içərisində Osmanlı dövləti də vardı” [Roemer,
2003:177]. H. R. Römer bu zaman digər tayfa birlikləri dedikdə çox güman ki, Qara-
qoyunlu və Ağqoyunluları nəzərdə tutur. Yeni dövlətlər yaradan tayfaların onlar
olması şübhə doğurmur.
Qaraqoyunlu eləcə də, Ağqoyunlu dövlətlərini təşkil edən tayfa və boyların
bu əraziyə Mərkəzi Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağ-
layırlar. H. R. Römerin də yazdığından aydın olur ki, onların
Azərbaycana və Qərbi
İrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlərə) aid etməyə müəyyən əsasımız
vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azər-
baycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və
Suriyada məskunlaşmışdılar.
Prof. Dr. Mehmet Şəkər “Anadolunun türkləşməsi və islamlaşması zamanı
Maraş bölgəsi və bölgəyə yerləşən türk boyları” adlı məqaləsində köç edən tayfaların
Türküstan adı verilən, Asiya ərazisindən keçərək Xorasan
və Mavəraünnəhrin geniş
ərazilərində özlərinə məskən axtaran, Oğuz boylarından olan türkmanlar olduğunu
yazır [Şeker, 2009:437]. Məqalədə o da vurğulanır ki, “köçdən sonra müsəlmanlığı
qəbul edən türklər və Oğuzlar tədricən türkman adlanmağa başlanmışdır. Bu dönəm-
dən başlayaraq, islam dünyasına köç edən Oğuzlara türkmanlar deyilir [Şeker,
2009:438].
İslamı qəbul edən tayfaların türkman adlandırlmasının təsdiqinə T. Nəcəflinin
“Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünasliğinda”
əsərində də rast gəlirik: “Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini
qəbul etdikdən sonra onlara "türkmən/türkman" deyilmişdir. V. V. Baritold yazır:"...
müsəlman - oğuzlar həmçinin “türkman" (türkmənlər) adlandırılmağa başlandılar
[Nəcəcfli, 2000:10].
Z. M. Bünyadov və O. Ə. Əfəndiyev bu barədə yazırlar ki, XIV-XV əsrlərdə
"qaraqoyunlu" və "ağqoyunlu" adlarını almış tayfalar və qəbilələr özlərini vahid
türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik Asiyanın (Osmanlı,
Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə
Azərbaycan türkmanları Orta Asiyadan köçmüş uzaq əcdadlarından dilinə, mədə-
niyyətinə görə güclü şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar”
[Nəcəcfli, 2009:10]. “Azərbaycan tarixi” kitabında isə bu haqda belə yazılmışdır:
“Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların
cəmləşdiyi bölgə isə Diyarbəkr idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni
etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi”
[Azərbaycan tarixi, 2007:71]. Beləliklə Azərbaycan ərazisində yaranmış bu iki
dövlətin banilərinin niyə türkman adlandırıldığını aydınlaşdırmış olduq.
H. R. Römer kitabında digər müəlliflərdən fərqli olaraq qeyd olunan tayfaların
Ön Asiya köçünə qədər həmin ərazilərdə, konkret olaraq Azərbaycanda tarixi kökləri
daha qədim dövrlərə gedib çıxan türk mədəniyyətinin olduğunu göstərmir. Tədqi-
qatçı yazır: “Bu tayfalar arasında ikisi, Osmanlılarla yaxın əlaqələrinə görə önəmli
79
sayılır. Bunlar qaraqoyunlu və ağqoyunlu tayfa birlikləridir, çox güman ki, onlar
əvvəllər bir tayfa olmuş, sonradan ayrılmışdırlar. Ancaq bu tayfa dövlətləri İran ta-
rixi üçün sadəcə, mədəni baxımdan deyil, siyasi, sülalə və dini səbəblərdən əhə-
miyyət kəsb edirlər. Bu tayfa birlikləri Osmanlılarla sıx əlaqədə olsa da, farslarla o
qədər yaxındılar ki, İran tarixini onlarsız təsəvvür etmək qeyri mümkündür. Müxtəlif
dövrlərdə bu tayfaların nümayəndələri İran ərazisinin müəyyən bir hissəsini işğal
etmiş və uzun müddət öz hakimiyyəti altında saxlamışdır. Bu dövrdə mövcud olmuş
kiçik tayfa dövlətləri demək olar ki, tez bir zamanda dağılmış və Osmanlı mədə-
niyyətində əldə edə bilmədiklərini İran mədəniyyətindən mənimsəmişdilər” [Roe-
mer, 2003:177].
Römer Qaraqoyunlu və Ağqoyunlu tayfalarının türkmənşəli olduğunu qeyd
etsə də, yaratdıqları dövləti İran dövləti adlandıraraq, tarixi yanlışlığa yol verir. Di-
gər tərəfdən, H. R. Römer bu tayfalara Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər döv-
lətini adi edərək, onların tez dağıldığını vurğulayır.
Rəmzi Kılıç “Fatih dövrü (1451-1481) Osmanlı-Ağqoyunlu münasibətləri”
məqaləsində Ağqoyunlu dövləti haqqında yazırdı: “Ağqoyunluları dövlət halında
Qara Yuluq Osman bəy birləşdirmişdir. 1423-cü ildə Əli bəyin
oğlu olaraq dünyaya
gələn Uzun Həsən babası Qara Yuluq Osman bəyin ölümündən sonra yaranmış
şahzadələr arasındakı mübarizələrdə böyümüş, özünü erkən yaşlarından göstərərək
1453-cü ildə Ağqoyunlu dövlətinin hökmdarı olmuşdur” [Kiliç, 2003:97]. Burdan
da göründüyü kimi türk müəllifləri H. R. Römerin əksinə olaraq, Ağqoyunlu və
yaxud da Qaraqoyunlu dövlətini heç də İran, fars dövləti hesab etmirlər.
Türk tarixçisi Əhməd Toksoy “Kitab-i Diyarbəkriyyədə bayındırlılar (Qara
Yuluq Osman Bəyə qədər)” adlı məqaləsində isə bu tayfa birliklərinin məhz Azər-
baycan ərazisində məskunlaşması və dövlət qurması haqqında dəqiq məlumat verir.
“Ağqoyunların Anadolu ərazisinə nə vaxt gəlməsi hələ də mübahisə mövzusudur. C.
Vudsun fikrincə, “Ağqoyunlular, Diyarbəkr və ətraf ərazilərə monqolların işğalları
nəticəsində yaranmış böyük köç zamanı, yəni XIII əsrdə gəlməsi haqqında məlumat
verir[Toksoy, 2008:807]. Z. V. Tolqan isə “Ağqoyunluların bir qisminin Azərbaycan
ərazisində çox öncədən məskunlaşmış olduğunu, əsas hissəsinin isə Elxanilər döv-
ründə Türküstandan Anadoluya gəlib yerləşdiyini göstərir” [Toksoy, 2008: 807].
H. R. Römer Osmanlı dövləti ilə bu iki “İran” dövlətinin münasibətlərinə də
toxunaraq yazır: “XV əsr Qərb səyyahlarının fikrincə, bu tayfalar hətta Osmanlı im-
periyasının Şərq sərhədləri boyunca onlara əsas rəqib sayılırdılar. Bəzi mənbələrdən
isə belə məlum olur ki, Avropa dövlətləri müxtəlif dövrlərdə onlarla müqavilə bağ-
layaraq ittifaq qurmuşdular. Sonralar onların hakimiyyəti altında şiə təriqəti yayılmış
və genişlənərək uzun müddət öz müstəqilliyini qoruyub saxlamışdır” [Roemer,
2003: 178]. Tarixdən də bildiyimiz kimi qərb diplomatiyasının səyləri nəticəsində
Osmanlı dövləti ilə Azərbaycan ərazisində müxtəlif dövrlərdə hökmranlıq etmiş
milli dövlətlərin münasibətləri müəyyən vaxtlarda kəskinləşmişdir.
Rəmzi Kılıç Osmanlı Ağqoyunlu münasibətlərinə Qərb dövlətlərinin təsiri ilə
bağlı yazır: “... Ağqoyunlular Osmanlılara qarşı Venesiya Rsepublikası, Trabzon-
Rum İmperiyası, Qaramanoğulları dövləti, Papalıq, İsfəndiyaroğulları və s. kimi bir-