73
Burada tapılmış qablar müasir külqabı formasında olub, kənarları girintili-
çıxıntılı naxışlı, təkayaqlı, kiçik meyvə qablarına bənzəyir. Boz, sarı, ala, sarımtıl
rəngli belə qablar narın qum və gil qarışığından bişirilmə üsulu ilə düzəldilmişdir.
Bu tip qablar əsasən Yaloylutəpə mədəniyyətinə xas olsalar da, onlara tunc və ilk
dəmir dövrünə aid abidələrdə də təsadüf edilir. Ekspedisiya üzvlərinim söylədiyinə
görə, belə təkayaq qablar həm də yaxın ərazidə yerləşən Daşüz, Küdürlü, Sarıca-
Minbərək kurqanlarında da aşkar edilmişdir. Qabların yüksək sənətkarlıqla, əllə ha-
zırlanmasına baxmayaraq heç də dulus çarxında hazırlanan qablardan geri qalmırlar.
Adı çəkilən abidədə tapılmış qablara bənzər şüşə qabların oxşarları Azərbay-
canla yanaşı Gürcüstan, Dağıstan ərazilərində aparılan arxeoloji qazıntılarda da
aşkar edilmişdir. Bu, ortaq mədəniyyətin izlərini büruzə verən faktlardandır.
Tədqiqatımız nəticəsində məlum oldu ki, tayqulplu qabların orta hissəsinə
üfüqi, dəlikli naxışlar həkk edilmiş, nəfis çıraqlar isə üçayaqlı formada olub, əsasən
qara rəngdədir. Şəki rayonunun Kiş-Doxun nekropolundan da belə tapıntılara bənzər
nümunələr aşkar edilmişdir. Arxeoloqların fikrincə, bu qabların qəbirə qoyulması
dulusçuluğun yaranması ilə eyni dövrə aiddir və ilkin dini-mifoloji dünyagörüşünü
ifadə edir.
Abidədə aşkar edilən digər maraqlı qablar qısaayaqlı və ya ayaqsız formada
olub, ətirlərin və ya bitkilərin saxlanılması üçün hazırlanmışdır. Qırmızımtıl, boz,
qara rəngli bu qabların oxşarlarına Qax rayonunun Sarıca-Minbərək kurqanlarında
da rast gəlinir. Belə qabların skelet ətrafında müəyyən nizamla düzülməsi, onlardan
dini rituallarda da istifadə edildiyini söyləməyə əsas verir.
Muzeydəki qəbirlərin tədqiqi müəyyən təbəqəyə mənsub insanların həyat
tərzinin
səviyyəsini, yaşadıqları reallığı büruzə verir.
Qəbirlərdə skeletlərin bükülü vəziyyətdə qəbrə qoyulması həm də Tanrı
qarşısında insanların təzimini əks etdirir.
Bu abidədə həmçinin 4 büt aşkar edilmişdir. Bu
bütlərin baş hissəsi zoomorf,
bədən hissəsi isə antropomorf, biləkləri ovuca sıxılmış formadadır. Güman etmək
olar ki, belə bütlər müqəddəs ailə qoruyucuları hesab edilərək, ata və ananı ifadə
edirdilər.
Qəbirlərin bəzilərində xırda buynuzlu
heyvan sümüklərinin, bişirilmiş yemək
qalıntıları, ocaq külü aşkarlanması bu qəbirlərin ziyarətgah funksiyasını daşıdığını
söyləməyə inkan verir.
Arxeoloji tədqiqatlara əsasən belə nəticəyə gəlirik ki, Şəki rayonunun Fazıl -
Təpəbaşı abidəsində aşkar edilən qəbir abidələri eneolit, tunc, antik dövr insanının
dini dünyagörüşünü, ideologiyası, məişət həyatı, mədəniyyəti haqqında məlumat
toplamaq üçün faktiki əhəmiyyət daşıyır. Bu maddi mədəniyyət nümunələri bölgədə
müxtəlif sənət sahələrinin qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər ardıcıl
olaraq inkişafa uğradığını sübuta yetirir və dünya mədəniyyəti xəzinəsində özünə-
məxsus yer tuturlar.
“Əbədi sükut dünyası - labirint” muzeyində qorunan tapıntılar arxeoloji qa-
zıntıların nəticələrinin əks etdirməklə yanaşı həm də orijinallığı ilə diqqəti cəlb edir.
Müasir dövrümüzdə “Əbədi sükut dünyası - labirint” muzeyi tamaşaçıların
diqqətini cəlb etməkdədir, öz növbəsində Təpəbaşı abidəsində arxeoloji qazıntılar
74
davam etdirilir.
1991-ci ildən müstəqillik əldə edən Azərbaycan Respublikasında turizmin
beynəlxalq standartlar əsasında qurulması üçün geniş imkanlar yaradılıb, ölkə həya-
tının bu mühüm sahəsinin inkişafı məqsədilə bir sıra əsas prioritetlər müəyyən-
ləşdirilib.
Azərbaycan Respublikasının tarixi-mədəni irsinin və mədəni potensialının
qorunması, onların muzeylər vasitəsilə geniş miqyasda təbliği məqsədilə muzey işi
sahəsində sistemli islahatlar aparılır, yeni təbliğat vasitələri yaradılır və tətbiq edilir,
muzeylər və digər sahə təşkilatları - turizm, təhsil, KİV, sosial mühit, orta və kiçik
sahibkarlıq və s. arasında əməkdaşlıq və kooperasiya sistemi yaradılır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci ildə Azərbay-
canda muzey işinin yaxşılaşdırılması haqqında xüsusi sərəncamına əsasən (2), res-
publikamızın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun
təmirinə, yeni avadanlıqlar və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər
planı hazırlanmış və bu sahədə bir sıra layihələr həyata keçirilmişdir.
Son illər ərzində respublikada fəaliyyət göstərən muzeylərdə təmir-bərpa iş-
ləri aparılmaqla yanaşı həm də maddi-texniki baza gücləndirilir və dünya standart-
larına uyğun muzeylər inşa edilərək bir sıra muzeylər yeni binalarda yerləşdirilir.
Azərbaycanın şimali-qərb regionlarında arxeoloji turizmin
tətbiqi nəticəsində
turistlərə nəinki qədim yaşayış məntəqələrinin qazıntısında iştirak etmək, həm də
bərpasında izləməyə imkan yaratmaq mümkündür.
Bu ərazi turizmin müxtəlif növlərinin, o cümlədən ekoloji (dağ, ovçuluq),
arxeoloji və etnoqrafik turizmin inkişafı üçün əlverişli olsa da, hazırda bu sahələr
üzrə hələ xeyli iş görülməlidir. Bunu nəzərə alaraq arxeoloji turizm anlayışının bəzi
məqamlarına diqqət yetirmək məqsədəuyğundur.
Arxeoloji turizm turistləri müəyyən ərazidə aşkarlanmış qədim tarixi maddi-
mədəniyyət nümunələri ilə tanış etməklə yanaşı ərazinin tarixi haqqında məlumat
verir, bu ərazi ilə digər ölkələr arasındakı oxşar və fərqli cəhətlərin araşdırılmasına
və beləliklə yeni nəticələrin əldə olunmasına zəmin yaradır.
“Əbədi sükut dünyası - labirint” elmi-praktiki muzeyindəki materiallar və Şə-
ki rayonunun zəngin mədəni irsi turistlərin cəlb edilməsi üçün əlverişlidir.
Ekspedisiya üzvlərinin 2013-cü il hesabatına əsasən, Şəki rayonunun “Cü-
yurlu meşəsi” adlı ərazisində arxeoloji kəşfiyyat işləri zamanı 4 ha ərazidə qədim
yaşayış məskəni, nekropolun yuxarı hissəsində qəbiristanlıq aşkarlanıb. Arxeoloji
təyinat tapıntını eramızdan əvvəl I minilliyin əvvəllərinə aid etməyə əsas verir. Xo-
calı-Gədəbəy mədəniyyəti ilə oxşarlıq təşkil etdiyi bu abidədə olan dörd qəbirdə
aparılmış arxeoloji qazıntılar nəticəsində çoxsaylı insan və heyvan skeleti, mətbəx
qabları qədim Azərbaycan insanlarının maddi məişət mədəniyyətini açıqlayan maddi
dəlil olaraq təqdim edir.
Abidənin mədəni qatının 70 sm dərinliyində aparılan arxeoloji araşdırmalar
onu
son tunc, ilk dəmir dövrünə aid olduğunu deməyə əsas verir.
Ekspedisiya üzvlərinin digər məlumatına əsasən, ötən il həmçinin digər qədim
yaşayış yeri və nekropol rayonun Fazıl kəndinin inzibati ərazisində, Yoncalı adlanan
torpaq sahəsinin 5 - 6 hektarlıq hissəsində aşkarlanmışdır. Azərbaycan Respublikası