80
liklərlə ittifaqda idi” [Kiliç, 2003: 98]. Bu haqda digər bir fikir isə B. Dədəyevə məx-
susdur. O, “Azərbaycan-Osmanlı iqtisadi əlaqələri (1450 -1520)” məqaləsində ya-
zırdı: “Ticarət baxımından Avropalılar, Ağqoyunlu və Səfəvilər dövləti ilə həmçinin
siyasi münasibətlər də qururdu” [Dedeyev, 2006:107]. Beləliklə əksər tarixçilər
Osmanlı –Ağqoyunlu münasibətlərində yaranmış narazılıqdan Qərbin istifadə
etdiyini təsdiq edir.
H. R. Römer öz əsərində Qaraqoyunlu və ağqoyunlu tayfalarının mənşəyi
probleminə də toxunmuşdur. O, bu haqda yazırdı: “Köçəri tayfalarda
ağ qoyun şək-
linin Ağqoyunlular, qara qoyun şəklinin isə Qaraqoyunluların rəmzi olması heç də
qeyri-adi sayılmamalıdır. Bu bir totem də ola bilər, Fəzlullahın Rəşiddədinin məlu-
matına görə, qədim türklərdə totem sayılan heyvanın ətini yemək qadağan olunurdu.
Onda bu ad onların bəslədikləri sürülərə bir işarə sayılmalıdır” [Roemer, 2003:179].
Belə görünür ki, bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu
ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının
zəmanəmizədək çatdığı məlumdur [Azərbaycan tarixi, 2007:71].
T. Nəcəfli “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
tarixi müasir türk tarix-
şünasliğinda” əsərində Qaraqoyunlu və Ağqoyunlu tayfa adlarının mənşəyi haqqında
yazır: “Türk tarixçisi Faruq Sümərə görə, "Qaraqoyunlu tayfasının adı bu gün hakim
olan ümumi qənaətə əsasən, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da, qədim
türklərdə digər tayfalarda olduğu kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul
olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı verilmiş olması
mümkündür". Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca
məşğuliyyəti heyvandarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların
rənginə görə verildiyini əsaslandırmağa çalışır” [Nəcəcfli, 2000:11].
Hər iki tayfa adınınyaranmasında həm onların totemlərinin, həm də saxladıq-
ları qoyun sürülərinin rənginin xüsusi önəm daşıdığı ortaya çıxır. Bu zaman qo-
yunların rəng müxtəlifliyinin olması böyük əhəmiyyət kəsb edir. H. R. Römer məhz
bununla bağlı yazırdı “Beləliklə, Ağqoyunlu və Qaraqoyunlu tayfa birliklərininmən-
şəyi ilə bağlı məsələlər bu cürdür. Hələ dəqiq qərar verilməmişdir ki, bu tayfalar
əvvəldən bir kökə sahib olmuş, eyni birlik yaratmışdır yoxsa, sonradan parçalanaraq,
xoşbəxtlikdən müstəqil dövlətlər yaratmağa nail olunmuşdurlar” [Roemer, 2003:180].
H. R. Römer əsərində Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi haq-
qında maraq kəsb edən məsələlərdən biri də tayfaların mənsubiyyəti məsələsidir. H.
R. Römer yazır: “Monqol işğalından əvvəlki dövrlərdə Ağqoyunlu və Qaraqoyunlu
tayfa adlarına rast gəlinmir. Yalnız müəyyən mənbələrdə hakim sülaləni təmsil edən
Bayandır (Ağqoyunlu), Baharlu və ya Barani (Qaraqoyunlu) soyları haqqında mə-
lumatlara təsadüf olunur. Bayandırlar haqqında F. Rəşiddədin 24 Oğuz tayfasının
adlarını əks etdirən cədvəlində rast gəlmək olur. Bununla yanaşı, “Dədə Qorqud”
dastanında o, Oğuz elinin hökmdarı kimi təsvir olunub. Belə hesab olunur ki, Ağqo-
yunlular Bayandurların bir qoludur. Həmçinin mənbələrdə Bayandur, yaxud Bayan-
duriyyə Ağqoyunlunun simvolu kimi istifadəsinə də rast gəlinir. XIV əsrdə Bayan-
dur adına Kiçik Asiyada rast gəlinir. Səlcuq dönəminə qayıtdıqda görmək olur ki,
Bayandrr Səlcuqlara Kiçik Asiyanı tutmaqda yardım etmişdir, onlara məxsus yer
adlarının bu ərazilərdəolması da bunu sübut edir. Ağqoyunluların süqutundan sonra
81
tayfa elementləri və ya Bayandurlar, Tripolidə, Hələbdə və Sivasın cənubunda qal-
maqda davam ediblər” [Roemer, 2003:181].
Bu haqda tarixçi Əhməd Toksoy “Kitab-i Diyarbəkriyyədə bayındırlılar (Qara
Yuluq Osman Bəyə qədər)” adlı məqaləsində belə yazır: “Qaraqoyunlu kimi, Şərqi
Anadolunun dağında, daşında, vadisində və çay kənarlarında özünəməxsus izlər
qoymuş Ağqoyunlular, 24 Oğuz boyundan biri olan Bayandurlara mənsubdur. Buna
görə onlara “Bayandır xanın oğulları” və ya “Bayanduriyyə” olaraq adlandırılsalar
da, bir müddət “Tur Əlilər” də çağrılmışdılar. Bayandurun daima “nemətlə dolu”
(bol məhsullu) yer olması haqqında məlumatlar vardır” [Toksoy, 2008:807, 810].
Elə həmin məqalədə Ağqoyunluların mənşəyi haqda da məlumat mövcuddur. “Ki-
tabı Diyarbəkriyyədə” göstərilir ki, Ağqoyunluların 54-cü babası Oğuz xaqandır.
Onun hakimiyyəti illərində İran, Suriya, Turan, Misir, Dəşti-Qıpçaq, Hind, Kəşmir
və Türkistan dövlətin ərazisinə daxil idi. “Kitabi Dədə Qorqud”da adı çəkilən Ba-
yandur xan Oğuz xaqanın nəvəsi Ağqoyunluların ulu babasıdır”[Toksoy, 2008:806].
Ağqoyunlu tayfasının mənşəyi haqqındakı oxşar fikirlər T. Nəcəflinin “Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünasliğinda” əsərində də möv-
cuddur: “Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm məlumatı Ağqoyunlu
tarixçisi Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə" əsərində verir. Müəllif "Uzun
Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş Qara Yuluq Osmanı bir-
bir adlarını saymaqla, Bayandur xan vasitəsilə 52-ci arxa dönənindən Oğuz xana
çıxararaq Ağqoyunluların Oğuz, yəni türkman elinin Bayandur boyundan bir sülalə
olduğunu göstərir” [Nəcəcfli, 2000:16].
H. R. Römer Qaraqoyunluların mənşəyi haqqında yazır: “Qaraqoyunlu adını
daşıdığı Baharlı “bahadur” ilə əlaqələndirilir. Bu ad güclü türkman ailələrinin yerləş-
diyi Ərbil, Marağa, Hilatda da rast gəlinən, Urmiya gölündən Van gölünə qədər olan
ərazidən cənubda və şimalda, həmçinin Həmədandan şimala uzanan Bahar yaşayış
məntəqəsi ilə eyniləşdirilirdi. Monqol hücumu nəticəsində onlar Van gölündən şi-
mala çəkilməli olur və burda Qaraqoyunlu dövləti yaradılır. Bu ad həmçinin İva və
ya Yiva adının dəyişilmiş formalarındandır, güman olunur ki, qədim Oğuz tayfala-
rından birinə məxsusdur. Qaraqoyunlu və Yivanın əlaqəsi onu göstərir ki, Qara-
qoyunlu Yivadan gəlmədir” [Roemer, 2003:182].
M. Şəkər öz məqaləsində Yiva tayfaları haqqında məlumat verərək yazır: “24
oğuz boyundan biri olan Yıvələr “dərəcəsi üstün” deməkdir, günümüzdə hər nə
qədər Yıvə adına
rast gəlinməsə də, Osmanlı hakimiyyəti illərində bu adda türkman
tayfa birliklərinin olduğu məlumdur” [Şeker, 2009:448].
Qəribədir ki, Yıvə tayfalarının Qaraqoyunlularla əlaqəsinin olması haqqında
məlumata T. Nəcəfli də təsdiq edir. O, yazır: “Şükrullahın bu qeydinə əsasən Qara-
qoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık
boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə Qaraqoyunlular ara-
sında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görünür. F. Sümer
Yıvə türklərinin Səlcuq yürüşləri dövründən etibarən Azərbaycanda məskunlaşdıq-
larını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu
Monqol yürüşlərinə qədər qoruyub saxladıqlarını qeyd edir. Monqol istilasından
əvvəl Bərçəm adlı bir bəyin rəhbərliyi altında olan Yıvələrin yaşadığı Həmədan