XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə127/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   123   124   125   126   127   128   129   130   ...   179

274 
 
larında  faciə  ideyasına  yenidən  müraciət  etməsi  bu  zərurətdən  idi.  Ancaq  oppor-
tunizm  –fürsətçilik  hərəkətverici  faktor  kimi  istisna  edilə  bilməz.  1886-cı  ildə 
dəyişdirilmiş  yeni  müqəddimə  ilə  kitabın  təkrar  nəşri  Nitşenin  erkən  və  sonrakı 
düşüncə tərzini yenidən təşkil etməyə can ataraq köhnə zidiyyətin küllərini qarışdır-
maq səbəbindən idi. Faciə Nitşenin sonrakı yazılarının heç birində diqqət yönəldilən 
həmin  gərginliyi  qəbul  etməsə  də,  tez-tez  şəxsi  keçmişə  aid  təbiət  yazısına  görə 
onların  içərisində  güclü  və  rəngarəng  leytmotiv  olaraq  qoruyur.  Nitşenin  qısa 
tərcümeyi-halını hazırlayanlar, onun nəzərdən keçirdiyi kimi baxanda, ədəbi nasist 
(özünəvurğun)  şəxs  rolu  oynamağı  xoşladığını  qeyd  edirlər.  Faciə  Nitşenin  özü-
nütəqdimat  olaraq  hazırladığı  və  ittihamlara  sadəcə  tab  gətirməyən  ilk  və  əbədi 
mövzu idi.  
Faciə Nitşeyə üçün qaranlıq, ölüm saçan  əlamətləri və qeyri-adi parıltısı ilə 
bilavasitə və qarşısıalınmaz çağırış oldu. Əslində, Nitşe özünü heç vaxt gəlib çat-
mamış  mədəniyyət  carçısına  və  ikinci  faciə  dövrünün  gəlməsini  xəbər  verəninə 
oxşadırıdı və sanki onun əlində ictimai əlaqəyə dönüş kimi nəsə vardı. On beş illik 
hələ də eyni təbili döymə onu tapır: “Mən faciəvi dövrə söz verirəm: bəşəriyyət ən 
kobud düşüncə arxasında olanda, lakin zəruri müharibələrdən əzab çəkmədikdə faciə 
həyatın təsdiqində ən ali incəsənət olaraq yenidən doğulacaq
1
Ancaq onun gəncli-
yinin yerinə yetirilməmiş vədlərini hələ də yumşaltmaq, bir qədər yenidən baxmaq 
birinci sıradadir. Dionis və Dionisçilik daha sonra yeni və qəddar enerji, vida təklifi 
və ya buna oxşar bir şey ilə yenidən cadulanarkən, Vaqnerin mətbəə səhvi olaraq, 
“Zərdüşt”ə keçiddə, ən azı “Faciənin doğulması”ndakı xətaları, beləliklə, Apollonu 
xarakterizə  edən  bütün  xüsusiyyətlər,  Nitşenin  1875-ci  ildən  öz  qeydlərində 
vurğuladığı kimi sərbəst buraxılmalıdır: Hətta faciəvi hisslərin əsas konsepsiyasında 
maraq oyadıcı kimi hərəkət edən əzab da həyatın və enerjinin aşıb-daşan hissi kimi, 
eyş-işrət psixologiyasını bizim pessimist kimi qəbul etdiyimiz Aristotel səhv başa 
düşmüşdü... Mənim Dionisçilik adlandırdığım, ən qəribə və sərt problemlərdə belə 
həyatın təsdiq etdiyi, sonsuzluğunda ən yüksək tipli qurbandan həyat sevinci arzu-
sunu faciə şairinin psixologiyasına körpü kimi qəbul etdim... Bununla mən yenidən 
tərk  etdiyim  yerə  –  mənim  bütün  qiymətlərimin  ilk  dəyərləndirildiyi  “Faciənin 
doğuluşu”na  qayıdıram:  mən  hər  kəsi  arzu  etdiyim  və  bacardığım  kimi,  təsvir 
etdiyim torpaqda yenidən özümü əkirəm. Mən filosof Dionisin son şagirdi, həm də 
əbədiyyən var olacaq müəllimiyəm
2
 
 Hətta  bu  kosmetik  dəyişikliklər  belə,  Nitşenin  yenidən  nəzərdən  keçirilən 
qərarlarında nəyi isə təmin etmir. Faciəvi dövr qalıqları həmişə olduğu kimi qeyri-
müəyyən olaraq, konseptual və müvəqqəti olduğundan, imkan dairəsində uzaqlaş-
dırıldı və o əbədiyyət sonrakı Nitşenin özündə gizlənsə də, bəlkə də Əbədi Qayıdış 
kimi  gələcəkdə  şöhrətlənə  bilərdi.  Bəs  yunanlar  xüsusilə  nə  zaman  tragik  idilər? 
“Yunanların tragik dövrü”nü Nitşe beşinci əsrə aid etmir, ancaq o, Pre-Sokratiklər 
zamanını – Esxilin səhnədə çatdığı, Heraklitin, Empedoklin və Pifaqorun fəaliyyət 
illərini – altıncı əsri onun yüksək nöqtəsi kimi təyin edir. Nitşe iddia edir ki, Tragik 
                                                        
1
 Homo E. On The Birth of Tragedy, 4, emphasis in original. P. 72.  
2
Porter J. I. The Invention of Dionysus: An Essay on ‘The Birth of Tragedy’. Stanford, CA: Stanford 
University Press. 2000, p. 180 


275 
 
Dövrdə artistlər və ya satir xor oxuyanlar deyil, daha çox öz dövrlərinin ən yüksək 
mərtəbəsində  olan,  düşüncələrdə  inqilab  edən  filosoflar  tamamilə  müvəffəqiyyət-
sizliyə uğradılar: “Onların təbiətlərində boşluq var idi”
1
. Beləliklə, yunan mədəniy-
yətinin  qürubu  Pre-Sokratiklərlə  başlanır,  digər  tragik  dövrlə  vidalaşır,  “faciənin 
dərki”  mənasında  həqiqətən  müəmmalı  şəraitdə  Esxil  dövrü  yerini  Evripidə  verir. 
Kimsə  güman  edə  bilər  ki,  Pre-Sokratiklərin  tragik  dövrü  faciəvilikdə  nailiyyət 
qazana  bilmədiklərinə  görə  başladı.  “Faciəvi  bilik”  intuitiv  və  repressiv  özünü 
dərkdən daha çətin ola bilər.  
Bütün bunlarla belə, Nitşe müasir Pre-Sokratikliyi ikinci tragik dövrə daxil 
edilmiş  kimi  (o,  həm  də  həvəsləndirilmiş  kimi  tanınır)  kimi  aydınlaşdıra  bilərdi. 
Onun  sonrakı  fəlsəfəsinin  aşkar  məqsədi  özünü  sanki  Şillerçi  tərki-dünya  tipində 
yetişdirməkdir
2
  –  Əsas  Biri  tərəfindən  daimi  hərəkətdə  olan  dünyanın  zərbələrinə 
qarşı kifayət qədər davam gətirən güclü birisi idi. Lakin Hakimiyyət Arzusu sonsuz 
və  narahat  olaraq  zorla  yuxarıya  atılan  varlıqların  və  onların  yenidən  enişinin  hər 
şeydə izlənməsidir. Dionisçi şəxs o insandır ki, üzdə bu mənasız dalğanın təsiri altına 
düşür  və  “metafizik  rahatlığ”ın  son  dərəcə  aramsız  gözəlliklərindən,  həqiqətən, 
təsəlli alır: o, uçurumun kənarında rəqs edir. “Bütün bunlar yaxşıdır və xoşdur, ancaq 
burada faciə nədən ibarətdir?” – biz sual edə bilərik. Bir imkan budur ki, faciəvi bilik 
bütün mənanın əbəs olduğu dağıdıcı reallaşdırmada qurtarır. Digərinə görə, iztirab 
çəkilərək  öyrənilən  təmizləyici  dərslərdə  qurtarır:  faciə  həyatın  yenidən  var 
olmasının yoxluğundan çıxarılan nəticənin təsdiqini əhatə edir. Bu yol həyatın əsl 
dəyəri  və  mənası  üçün  çarpışan  faciəvi  qəhramanın  ölümündə  təcəssüm  etdirilir. 
Ancaq Dionisçi şəxs mahiyyətin dağılmasından əzab çəkmir; o, buna görə ürəkdən 
sevinir. Əslində, onun şənliyi aralarında mübarizə aparan, həyatın əbədi güclərinin 
əlamətidir. Ancaq əgər belədirsə, onda faciə o qədər də uyğun termin kimi görünmür. 
Bu,  belədirmi?  Bütün  xərcləri  və  faciənin  məğzinini  tam  bərpa  əhatə  edə  bilməsi 
belə  bir  məsələyə  diqqət  çəkir  və  faciəviliyin  ağılasığmaz  həddə  genişləndiyi 
görünür.  Bəlkə  Nitşe  faciənin  və  facəviliyin  məğzini  yenidən isdiqamətləndirmir, 
amma əvəzində onları sadəcə olduqları zamana uyğun son dərəcə dəqiqlik nümayiş 
edərək, yenidən təsnifatlandırır.  
Faciə  həmişə  ağrıdan,  qorxunc  ziddiyyətdən  həzz  alınması  üçün  istifadə 
edildi.  Bu,  Aristoteldən  Şillerə  qədər  bütün  əvvəlki  nəzəriyyələrdə  yalnız  qismən 
uyğunlaşdırıldı, ancaq heç vaxt tamamilə anlaşılmadı. Nitşe faciəvi təsir düşkünlə-
rinə qarşı üz çevirməyə tam gücü çatırdı, ancaq onun tragik filosof ünvanı qazanması 
məsələnin açıq qalmasını şübhə altına alır. Faciə sahəsində Nitşe faciəvi zorakılığı 
və ya müəyyən edilmiş qaydanın məxfi cazibə və riyakarlıqlarını tənqid etməyi qeyd 
edirmi?  Göründüyü  kimi,  çox  vaxt  Nitşenin  mövqeyi  faciədən  daha  çox  kome-
diyanın tərəfində dayanır. Onun Parlaq Elmində –hərfi mənada, parlaq bilik, faciəvi 
biliyin tam əksi, heyran olunan Azad Ruh cəld oyanayan rəqqasdır –“səbəbkar “hə” 
deyən və “hə” gülümsəyən ani parıltı səbəbinə və öncədən bilinən ani parıltıya dua 
                                                        
1
 Yenə orada, p. 236-8.  
2
 Schiller F. On the Art of Tragedy. In Friedrich Schiller: Essays (Eds. Hinderer W. and Dahlstrom O. 
D.). New York: Continuum, 1993, p. 4.  


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə