XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə129/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   125   126   127   128   129   130   131   132   ...   179

278 
 
Sonra aydınlaşacaq ki, “sənətkarın metafizikası” Apollon və Dionisi anlamağa 
və  incəsənətin  sərbəst  fəaliyyətinə  daha  aydın  mühit  yaradır.  Nəhayət,  Nitşe  fik-
rindəki metafizikanının vəziyyətini şübhə altına alır: 
a) İstənilən həqiqət dəyərinə işarə edir (hansısa hissdə); 
b) Əvvəlki əsərlərində rol oynayır.  
Bir çox şərhçilər, xüsusilə, De Man, Poellner, Porter israr etmişlər ki, Nitşe 
“Faciənin doğuluşu”nun metafizikası barədə ciddi deyil və ona görə də, buna mif 
kimi  yanaşılmalı  və  son  nəticədə  imtina  edilməlidir  (təbiətin  açılışı  və  mifin 
funksiyası tamamilə fərqlənsə də). Bu iddialara cavab olaraq, bir qədər paradoksal 
vəziyyətdə  Nitşenin  erkən  düşüncəsindəki  biliyin,  mifin  və  metafizik  həqiqətin 
arasındakı əlaqənin təkrar yoxlamasına ehtiyac duyan fikrə əsaslanmaq üçün Nitşe 
bu metafizikaya gördüyü və təqdim etdiyi mif olaraq ciddi yanaşdı. İlk baxışdan, 
“Faciənin doğuluşu”nun metafizikası Şopenhauerdəkindən üstün görünür. Nitşe onu 
“sirli  qədim  birlik”  kimi  təsvir  edir.  Şopenhauerin  təliminə  əsasən,  bu,  “bölün-
məzdir”, “təbiətin nüvəsi (əsası), həqiqi varlıq, (...) əbədi varlıq mərtəbəsi (qatı), Tək 
və  Əbədi  əlçatmaz”dır.  İstək  fiziki  dünyanın  metafizik  mahiyyətidir  və  onun  əsas 
təsiri əzabdır: beləliklə, “Faciənin doğuluşu” “əzab dünyanın müstəsna əsas və əbədi 
səbəbi” və ya “musiqidə ilkin əzabın anlaşılmaz təsiri” doğurur. “İstək və İfadədə 
Dünya” adlı 28-ci fəsildə qeyd olunduğu kimi, bu ağrının səbəbi yerini dolduraraq 
və beləliklə, xoşbəxtliyi mümkünsüz edən istəyin təbii ehtiyacına işarə edir: “əziy-
yət, nostalji (keçmişin həsrəti), əşyaların ilkin məxəzlərinin ititilməsi”. Həqiqi varlıq 
əziyyətdən boyun qaçıra bilərmi? Əzab varlığın özündə olur”. Bu fundamental əzabı 
fərdiləşdirmə prinsipinin istifadəsindən doğan, Nitşenin də “bütün əzabların ilkin və 
əsas səbəbi” və “özlüyündə nəsə xoşagəlməz” olaraq göstərdiyi fenomenal ixtilaflar 
(fikir ayrılığı) daha da ağırlaşdırır. Bunun səbəbi yenə də Şopenhauerdir: “İstək və 
İfadədə Dünya”da bizə göstərir ki, istəyin əzabı faktın mahiyyətindən asılıdır. Onu 
daimi müharibələr tamam dağıdır, belə ki, onun tamlığı (sınaqdan çıxmış varlıqlar) 
öz-özünə qarşı mübarizə aparır. Buna görə də, istək nominal olaraq bütöv olsa da, 
fenomenal  olaraq  bölünəndir,  yaxud  Nitşenin  sözləri  ilə,  daimi  münaqişəyə  daxil 
olaraq, “parça-parça edilən və fərdlərə bölünən”dir. Əksinə, hər iki müəllifə görə, 
əzablar  fərdiləşdirmənin  real  olduğundan  meydana  çıxsa  da,  biz  istək  perspekti-
vimizi  dəyişilməyi  bacarsaq,  onda  (arzu  olunan)  imkan  olar.  Əgər  biz  ona  bizim, 
“Mayanın  örtüyü  (Şopenhauerin  fərdiləşdirmə  prinsipinin  digər  adı)  yenidən  Nit-
şenin sözü ilə desək, “parça-parça olmuş və indi sirli qədim birlikdən əvvəl çır-cındır 
içərisində  çapalayan”  və  istək  isə  özü-özünə  birləşdirilmiş  “universal  ahəngin 
həqiqəti”( yenə orada) olacaq.  
Hər halda, Şopenhauer mütaliəsi “Faciənin doğuluşu”nda Apollon və Dionisin 
hər  ikisini  çox  problematikləşdirir.  Əvvəlcə  “az  xəyala  dalma  daimi  xoşbəxtliyə 
çatma”  kimi  müəyyən  edilir.  Apollon  arzularının  gözəl  təsvirləri  –“azacıq  xəyala 
dalma”  anlayışı  birbaşa  empirik  perspektivdən  dəyişilmək  üçün  dahiliyi  təbii 
imkanın nəticəsi kimi fenomenal mübarizələrin real olduğu bədii izləmənin müəy-
yənləşdirmiş,  qeyri-adi  nöqteyi-nəzərə  görə  fenomenal  fərdiləşdirməni  və  onun 
dərdlərini yox etmiş Şopenhauerdən gəlir.  
 


279 
 
Estetikada faciəyə müqayisəli baxış. Fridrix Nitşe faciənin müasir, xüsusilə 
onun qədim yunan formasında qəbuluna yeni həyat verdi. Nitşenin sayəsində, faciə 
yalnız ali ədəbi və mədəni nailiyyət kimi görkəmli səviyyəyə qalxmadı, eyni zaman-
da, faciə klassik keçmişə qarşı müasir dünyanın tələblərini və səylərini ölçmək üçün 
modernizmin  gurultulu  çağırışı  və  əsas  meyarı  oldu.  Həqiqətən,  bundan  sonra 
faciənin fəxri bir mövqe tutması ilə dünya tarixi və dünyagörüşü ədəbi janrlar dövrü 
olaraq düşünülə bilər.  
Nitşe “faciəvi dövrü” terminini yaratdı və o, özündən sonra sonsuz suallar, 
əslində  qədim  Yunanıstandan  müasir  Avropaya  dərinləşdirilmiş  sadə  təxribatlar 
qoydu. Bir sözlə, faciə Nitşe ilə mədəniyyətlərə müraciət ediln, mentalitetlər, tarixi 
anlar və tarixi nümunələri bürüyərək əzəmətli bir nişan oldu. Faciə, habelə, Nitşenin 
öz intellektual nailiyyətlərinin aspektlərinə müraciət edilən və bütövlükdə vaxtaşırı 
onun düşüncə ardıcıllığına və tərzinə uyğun olaraq gəldi. Çünki Nitşenin fikirləri 
şübhə oyadan, çaşdırıcı və fitnəkar bir işarə idi. Məhz həmin faciə ideyasının ar-
xasınca çağırışa və çaşğınlığa bənzər nəsə oldu. Nitşe faciənin aydın təsvir etmədən 
gələcək nəslə vəsiyyət etdi. Ancaq zəruri məsələləri və sualları sıraladı: Yunanların 
təcrübəsi faciə dövrü idimi? Müasir dövrdə faciə yenidən sinaqdan keçirilə bilərmi 
və klassik dövrün yox olmuş zirvələrinə çata bilərmi? Dünyanın faciəvi mənzərəsi 
kimi bir şey varmı və o, bu gün qüvvədədirmi? Nitşe özü doğrudan faciə mütəfək-
kiridirmi? Əgər faciənin cazibələrini anlayışın qeyri-dəqiq sərhədlərindən ayırmaq 
çətindirsə, Nitşe tamamilə günahkar deyildir. Ancaq heç də bu, onu ittihamdan azad 
etmir.  Nitşenin  təsiri  həm  çox  böyük  və  həm  də  daimi  idi.  Yəqin  ki,  Miguel  de 
Unamuno, Karl Yaspers və Raymond Uilliams kimi müxtəlif mütəfəkkirlər faciənin 
əsas  əhəmiyyətini  Nitşe  və  onun  səs-küylü  qeydlərindən  fərqli  göstərmişdilər. 
Demək  olmaz  ki,  Nitşe  özündən  sonra  gələnlərə,  faciənin  ideyasını  və  qeyri-adi 
hadisəsini  oxumağı  seçənlərə  bilavasitə  təsir  göstərdi.  Amma  o,  müasir  həyatın 
mövzusu  ortada  ikən,  hər  şeyi  düşünmək  üçün  çətinləşdirdi.  Ola  bilsin  ki,  Hegel 
faciəni keçid mərhələlərindən biri kimi insan ruhunun təkamülü çərçivəsində aşkar 
etmişdir. Ancaq bu, faciəni gələcəyin sınaq daşına çevirmiş Nitşe idi və beləliklə, 
yalnız  bu  gün  üçün  birinci  dərəcəli  əhəmiyyətli  bir  şey  ortaya  atmadı,  həm  də 
keçmişi və antik marağı təqdim etdi. Ancaq ani mübarizədən həyata gəlmiş təcrü-
bəsiz  incəsənət  formasında  və  indi  yenidən  doğulma  ərəfəsində  ən  azı  Vaqnerin 
operasında olduğu kimi, yeni bədii formanın tam müvəffəqiyyətlərinə söz verildiyi 
formada çatdırdı. Faciə artıq tarixin boş, mənasız yazısı deyildi. Ancaq geniş imkan-
lardan indiyədək istifadə edilməmişdi. Bu həyatın əlaməti və simvolu idi. Bu tarixi 
şüurun mühüm elementi olaraq, faciə Nitşe üçün incəsənətin ümumi sərhədləri daxi-
lində tarixin hüdudlarını aşmaq imkanı idi (Vaqnerin nümunəsində təklif olunduğun 
kimi). Nitşe ilə faciə qəflətən öz yerinə münasib bir varlıq oldu. Əzəli təcrübə misa-
lında, o, insanı yalnız ürəyinin dərinliklərinə deyil, həm də tarixi kökləri və insani 
mövcudluğa qaytardı. Bu konsepsiyanın çağırışına görə, faciənin uğursuzluğu bütün 
insanlığın uğursuzluğu demək idi. Faciəyə yenidən sadəcə icazə verilmədi: bu, ki-
minsə təhlükəsində rədd olmaq məcburiyyəti idi. Fəlakətin və amansız bədbəxtliyin 
müjdəçisi olan faciə heç də kiçik bir paradoks deyildir. Bu, inkişaf edən, zənginləşən 
insanla və mədəni yenilənmə ümidləri ilə bağlı olmalıdır. Ancaq bu həm də Nitşe 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə