Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə71/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   67   68   69   70   71   72   73   74   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Ey Məmai, hər nə yazsan doğruluqdan yazgilən,

 

 



Söyləmə güftari-kəc, yazma belə əĢari-kəc.

 

 



MUXƏMMƏS

 

 



DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

 



Bizi məyus edən dəhrdə məyus olsun.

 

 



Hanı ol gecə-gündüz zövqü səfa, iĢrət idi?

 

 



Hanı ol gün ki, sərapa hamıya ləzzət idi?

 

Hanı ol əhdü vəfa əhli ki, həmsöhbət idi?



 

 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,



 

Bizi məyus edən dəhrdə məyus olsun.

 

 

Noldu əxlaqi-həsən, sahibi-yarani-qədim?



 

 

Noldu ərbabi-sədaqət, hanı ol təbi-səlim?



 

 

Yox idi kimsədə əsla rəviĢi-divi-rəcim,



 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

Hamı ol bəzmi-səfa, noldu o ərbabi-vəfa?



 

 

Oxunurdu gecə ta sübhə kimi Ģurü nəva,



 

 

Yox idi kimsənədə dərdü ələm, qəm əsla,



 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

Malü can eylər idi sərf o yarani-əziz, Ġrzü 



namus edib hifz rəfiqani-ə ziz, Ġkilik yox, 

görünürdü hamı bir cani-əziz,

 

 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun, 



Bizi məyus edən dəhrdə məyus olsun.

 

 



Hər kəsin var idi, sərf eylər idi simü zəri,

 

 



Bir-birindən yox idi hiç kəsin bir kədəri,

 

 



Yox idi hiç kəsin möhnətü qəmdən xəbəri,

 

 



DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

ġimdi bu Ģəhrdə bir əhli-sədaqət yoxdur, Bu 



qədər xəlqdə bir mərdi-dəyanət yoxdur,

 

 



245

 



____________________Milli Kitabxana______________________

 

 



Nə mürüvvət, nə vəfa, əhdü-əmanət yoxdur,

 

 



DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

 



Bizi məyus edən dəhrdə məyus olsun,

 

 



Mən səyahət elədim aləmi çox ləzzət ilə,

 

 



Gördüm ərbabi-kamalatü hünər, hörmət ilə,

 

Görmədim hiç kəsi dərdü qəmü möhnət ilə



 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

ġimdi məxluq olub əhli-qərəz, hasidi-dun, 



Kizbü böhtanü riya x əlqi edib zarü zəbun, 

Yoxdu bir yar deyim dərdi-dilim ona künun, 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun, 

Bizi məyus edən dəhrdə məyus olsun.

 

 

Yoxdu, yarəb, görəsən ġiĢədə bır əhli-kamal?



 

 

Oturub aqibəti-karı edə bircə xəyal,



 

Qoymuya milləti-islamın ola əmri mahal,

 

 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,



 

Bizi məyus edən dəhrdə məyus olsun.

 

 

ġimdi olmuĢ cühəla firqələri rəhbərimiz, 



Cahilü nakəsü naəhl olub sərvərimiz, 

Gizlənibdir üləma, əhli-qələm, hər birimiz, 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun, 

Bizi məyus edən dəhrdə məyus olsun.

 

 

Dövreyi-çardəhhomdur qəmərin dövranı,



 

 

Nə yaman dövrdi, dərhəm elədi dünyanı,



 

Məhv edib cövrü cəfa, zülmü sitəm hər yanı,

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

246


 


____________________Milli Kitabxana______________________

 

 



DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

 



Bizi məyus edən dəhrdə məyus olsun.

 

 



Qəmlərdir bu iki firqə, bu övladi-vətən,

 

 



Bir-birilə dolanırdı necə kim, can ilə tən,

 

 



Nə kudurət, nə ədavət, nə qəmü dərdü mihən,

 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,



 

Bizi məyus edən dəhrdə məyus olsun.

 

 

Ermənilərlə müsəlman çalıĢıb leylü nahar,



 

 

Qıldılar səy ki, abad ola bu mülkü diyar,



 

 

Nə gözəl olmuĢ idi mülki-vətən axir kar,



 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,

 

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

Ah, o gündən ki, bu gülüstana gəlib neçə qürab,



 

 

Verdilər səs-səsə avaz eyləyib misli-kəlab,



 

Bu gözəl gülĢəni onlar elədi boylə xarab,

 

Payimal oldu vətən gülləri, əfsus olsun,



 

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

Rumdan Qafqaza üz qoydu axır daĢnaqiyun,



 

 

DüĢdü ortalığa aĢübü bəla, fitnə, cünun,



 

Bu qədər qanlara bais olar oldu əknun,

 

O axan qan, o gedən canlara əfsus olsun,



 

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

Saldı fürsət əlinə düĢmənü əğyari-vətən,



 

 

Qıldı tədbir ki. aĢub ola əĢrari-vətən,



 

Gör nə xunxar elədi xəlqi bu xunxari-vətən,

 

Bir deyən olmadı bu qanlara əfsus olsun,



 

 

Bizi məyus edən dəhrdə məyus olsun.



 

 

Tarümar oldu vətən gülĢəni, pamal oldu,



 

 

Bülbülani-vətən avarə qalıb, lal oldu,



 

Bir deyən olmadı, "yarəb, niyə bu hal oldu?"

 

 

DüĢdü yadıma keçən günlərim, əfsus olsun,



 

Bizi məyus edən dəhrdə məyus olsun.

 

 

 



 

 

247



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə