Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə67/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   63   64   65   66   67   68   69   70   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,

 

 



Qüssədən gül tək saraldım, ey xuda, fəryadə yet.

 

 



Qönçə tək qan oldu bağrım gülüstani-dəhridə,

 

 



Gül kimi pəjmürdə oldum, ey xudaya, dadə yet.

 

 



Bülbüli-Ģeyda kimi naləm cahanı çulğadı,

 

 



Gül səfasın görməmiĢ öldüm, ey xuda, fəryadə yet.

 

 



Badə vəslilə sərĢar olmadı m sağər kimi, 

ƏĢki-xunin ilə doldum, ey xuda dadə yet.

 

 

Bir gülüzlü yar vəslin görmədim Nəvvab tək,



 

 

Cövri-əğyar ilə soldum, ey xuda, fəryadə yet.



 

 

* * *



 

 

Qəmi-hicrində bimarəm mən, ey dost!



 

 

Zəlilü acizü zarəm mən, ey dost!



 

 

Gecə-gündüz çəkıb rəncilə zəhmət,



 

 

Gözümdə uyqu yox, bidarəm, ey dost!



 

 

Cəhanın əhlinə çox-çox əzizəm,



 

 

Hüzurunda neçün bəs xarəm, ey dost!



 

 

Sənin eĢqində, ey Ģuxi-dilaram,



 

 

Fəğanü ahilə xunbarəm, ey dost!



 

 

Qalıb Mənsur tək dari-sitəmdə,



 

 

Həyatımdan belə bizarəm, ey dost!



 

 

Olubdur bülbüli-Ģuridə Nəvvab,



 

 

Giriftari-qəmi-didarəm, ey dost!



 

 

 



 

 

 



 

 

 



230

 



____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Hər zaman gül yüzünü mürği-ravan eylər yad,

 

 



Bülbülü bismilü Ģuridə kimi eylər dad.

 

 



Sənin eĢqində mən, ey Ģəkkərü Ģirin hərəkat, 

Çaparam dağı, daĢı necə çapıbdır Fərhad.

 

 

Gecələr əĢki-qəmə qərq oluram sübhə kimi,



 

 

Sübhlər Ģamə təki eylərəm ahü fəryad.



 

 

Mən necə Ģad olub meyli-gülüstan edim,



 

 

Xaneyi-səbrimi hicranın edibdir bərbad.



 

 

EĢq oduna o zamandan ki, düĢübdür Nəvvab,



 

 

Olmayıb bircə zaman möhnəti-qəmdən azad.



 

 

* * *



 

 

Zindani-qəmdə oldu günüm qarət ağlaram,



 

 

Sövdayi eĢqində çəkib zillət ağlaram.



 

 

Zülfün havası ilə olub tirətər günüm,



 

 

Qalü bəlada hicrin olub qismət, ağlaram.



 

 

Ahimlə dövri-Ģəmsü qəmər halə bağlayıb,



 

 

Bir dəm sənlə eyləmədim söhbət, ağlaram.



 

 

Bülbül kimi nəvayə gəlib eylərəm fəğan,



 

 

Hicri-rüxündə oldu kəman qamət, ağlaram.



 

 

Ahü fəğanım ərĢə çıxıb, dilbəra, nə edim?



 

 

Sənsiz məni əhatə edib möhnət, ağlaram.



 

 

Kuyində sərfəraz olubdur rəqiblər,



 

 

Edirlər hər zaman mənə min töhmət, ağlaram.



 

 

 



 

 

 



 

231


 


____________________Milli Kitabxana______________________

 

 



ƏncümĢümar olubdu fəraqində gözlərim, 

Yadi-vüsalınilə çəkib həsrət, ağlaram.

 

 

Nəvvab tək alıbdı əlimdən təvanımı,



 

 

Bitaqət eyləyibdi məni firqət, ağlaram.



 

 

 



MÜRƏBBƏLƏR

 

 



Bir nigarı istərəm aləmlərin əlasıdır, 

Ruzgarın bağı içrə novgüli-rənasıdır,

 

 

Can ona qiymət degil, qiymətlərin ədnasıdır, 



Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

 

 



Nazilə nazik baxanda dinü imanı alır, 

Oəmzəsi ahənrüba tək cismdən canı 

alır, Qiyməti-ləli-ləbi Ġranü Turanı alır,

 

 



Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

 

 



Xalü xəttü tələti firdövsi-əlaya dəgər, Qaməti-

ĢümĢ adi min- min sərvi-tubaya dəgər, Zülfünün 

hər tarı yüz Leylavü Əzrayə dəgər, Çünki bu 

sövdayi-kamili-gülrüxan sövdasıdır.

 

 

Zahida, bu biz degil kim, əlli qat baĢa qoyub, 



ġiydü salusi ilə biçarə əvamı tovlayub,

 

 



Ac qurd kimi cəmiən pul, malını soyub, Bəlkə 

bu sövdeyi-kamili-gülrüxan sövdasıdır.

 

 

Yox məlaməti-aĢiqi-biçarə gər candan keçə.



 

 

Bir belə canan yolunda xanimandan keçə,



 

 

Bu degil halva ki, molla dinü imandan keçə,



 

Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

 

 

Bu degil yaqutü almasü zəbərcəd zivəri,



 

 

Hər dənizadə alıb zinət, verə duĢü bəri,



 

 

Bu gedil dinarü dirhəm kim, yığa hər sərsəri,



 

Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

 

 

 



 

 

232



 


____________________Milli Kitabxana______________________

 

 



Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah, 

Bülbüli-Ģeyda kimi gər edəsən əfqanü ah, 

Kəbəyi-kuyində ömrün mayəsin etsin təbah, 

Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

 

 

* * *



 

 

Bir nigari-novbaharın gül camalın istərəm, 



Lölöyi-tər tək camalı üzrə xalın istərəm, 

Cuybari-hüsn ara, Ģəkk ər zülalın istərəm, Mey 

içib məstan gəzən çeĢmi-ğəzalin istərəm.

 

 



AĢiqin tərk eyləyib, amma özü məstan gəzər,

 

 



Naz edər hər dəm rəqibə bağ ara Ģadan gəzər,

 

 



Yadına bilmərrə düĢməz, əhdilə peyman gəzər,

 

Bir belə insafsız yarın vüsalın istərəm.



 

 

Yarını h əsrət qoyub aləm ara xar eyləyən



Sındırıb iqrarını firqətdə bimar eyləyən, ġad 

edən əğyarını hər ləhzə təkrar eyləyən, 

Gərdəni-mina, qəddi-Tuba misalın istərəm.

 

 



Rovzeyi-hüsn içrə guya ahuyi-tatardır,

 

 



Xali-miĢkini zənəxdanında ənbərbardır,

 

Ləbləri gül, diĢləri həm lölöyi-Ģəhvardır,



 

Bir belə rəna ğəzalin, xəttü xalın istərəm.

 

 

Bülbüli-Ģuridə tək cəh-cəh uran, dad eyləyən,



 

 

Məst olan, tavus tək məstan geyib, məstan gəzən,



 

 

AĢiqini görcəgin tərlan kimi gərdən çəkən,



 

Naz edən nazikbədən tuti məqalın istərəm.

 

 

Baği-gülzar içrə ahu kimi hər yanə baxan,



 

 

Etinalar eyləyib əğyarə naz ilə axan,



 

 

AĢiqi-zarın dilini nari-hicranə yaxan,



 

Dərgahi-pakində əğyarın zəvalın istərəm.

 

 

 



Əl çəkib Nəvvabdan, yarəb, o yari-biv əfa, 

Nazilən eylər ona hər ləhzə min cövrü cəfa. Bir 

deməz biçarə məndən görmədi zövqü səfa, Rəm 

yeyən, ram olmayan vəhĢi ğəzalin istərəm.

 

 

233



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə