Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə65/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   61   62   63   64   65   66   67   68   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Nə vaxtadək qəmi-hicrində ahü zar çəkim?

 

 



Tərəhhüm eylə, gətir sən də bir xayalə məni!

 

 



Kəsildi səbrü qərarım, fəraqə tabım yox,

 

 



Rəvadı təngə gətirsin bu ahü nalə məni?

 

 



Alıbdı əqlimi sərdən, qərarımı dildən,

 

 



Edib bəlayə fələk, gör necə həvalə məni.

 

 



Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!

 

 



Fəraq oduna yaxıb salmısan bu halə məni.

 

 



Nə yaxĢı günlər idi kim, səninlə munis idim,

 

 



Zəmanə indi edib sinə dağlı lalə məni.

 

 



Vüsalə yetməyibən zarü Natəvan qaldım,

 

 



Edib fələk yenə həsrət o məhcəmalə məni.

 

 



* * *

 

 



Bahar əyyamıdır, açıldı güllər, ey cavan sənsiz!

 

 



Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?

 

 



ġamad ət eyləyir düĢmən mənə hər dəm və h ər saət

Mərəz artır dəmadəm, varə-varə, hər zaman sənsiz.

 

 

Nə ümidim vüsalə, nə fəraqə tabü taqət həm,



 

 

Gözümdə tirəvü tar oldu, billah, bu cahan sənsiz.



 

 

Sən əyləĢ hur ilə, eylə həmiĢə eyĢü iĢrət kim,



 

 

Dəmadəm mən çəkim, dildən edim ahü fəğan sənsiz.



 

 

YetiĢməz baĢə, Abbas, ömrüm axır bir tamam olsun,



 

 

Keçər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz.



 

 

Bu gün eydi-Ģərif oldu məgər sən bixəbərsənmi?



 

 

Güman etmə ki, iĢrət içrə əylənsin anan sənsiz.



 

 

Güli-ruyindən ayrı neylərəm mən gülsitan seyrin?



 

 

Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz.



 

 

224



 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!

 

 



Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

 

 



Nə hicr atəĢinə odlanıb yanaydı dilim ki,

 

 



Nə eĢqin içrə könül böylə Ģadü xürrəm olaydı!

 

 



Nə sərv qəddin olaydı, nə bəsrətinlə gözüm kur,

 

 



Nə ruzgari-fəraqində qamətim xəm olaydı!

 

 



Nə bəhr olaydı, nə ümman, nə boylə göz yaĢı cari,

 

 



Nə gül üzündə, ilahi, bu növ-Ģəbnəm olaydı!

 

 



Nə gül olaydı, nə gülzari-gülĢənin dəxi seyri,

 

 



Nə xari-möhnəti-bülbül səninlə möhkəm olaydı!

 

 



Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,

 

 



Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

 

 



Nə çah olaydı, nə zindan, nə karvan güzəri,

 

 



Nə Yusifi bu bəlada görən bir adəm olaydı!

 

 



Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,

 

 



Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!

 

 



Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,

 

 



Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı

 

 



* * *

 

 



Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

 

 



HəmiĢə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

 

 



Üzüldüm karivanımdan, el üzdüm xanimanımdan, 

Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?

 

 

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,



 

 

Nə bir yarü nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?



 

 

 



 

225


 


____________________Milli Kitabxana______________________

 

 



Könüld ə ahü zarını var, n ə səbrü nə qərarım var, Deməz 

bir düfikarım var, neçin gəlməz, neçin gəlməz?

 

 

O zülfi-nərgisi-məstə könül çoxdandı pabəstə,



 

 

Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?



 

 

Səri-kuyin g əzər könlüm, güli-ruyin sevər könlüm, 



Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

 

 



Alıbdir canımı hicran, olubdur gözlərim giryan,

 

 



O məhvəĢ, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

 

 



Mənə hicran məĢəqqətdir, fərağin dərdü möhnətdir, 

Nigarım xeyli müddətdir, neçin gəlməz, neçin gəlməz?

 

 

Əzizim, göz yaĢım qandır, iĢim fəryadü əfqandır,



 

 

O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?



 

 

Yanar can ım fərağından, tutar könlüm sorağından Ki, 



çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

 

 



Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox, 

Yanımda gülzarım yox, neçin gəlməz, neçin gəlməz?

 

 

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,



 

 

Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?



 

 

Yetibdir ərĢ üzə dadım, tutub dünyanı fəryadım,



 

 

Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?



 

 

Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan, Onun 



yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

 

 



* * *

 

 



Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,

 

 



Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

 

 



Fəraqdan gecələr yatmaram səbahə kimi,

 

 



Xəyali-zülfünə bağlı gedibdir can, ölürəm.

 

 



226

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə