Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə66/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   62   63   64   65   66   67   68   69   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Bahari-hüsnün əra gör necə xəzanəm mən,

 

 



Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

 

 



Vərəq-vərəq dilü can hicrin içrə odlaĢdı,

 

 



Misali-kəncəfə sədparə oldu can, ölürəm.

 

 



O xaki-payini mən aĢiyanə etmiĢ idim,

 

 



Vətəndən ayrı düĢüb indi laməkan, ölürəm.

 

 



Dedin ki, çək əlini damənimdən, əl çəkdim,

 

 



Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm.

 

 



Çəkirdim həsrətini, görmədim, xudahafiz! 

Olubdur indi iĢim naləvü fəğan, ölürəm.

 

 

Fəda o qamətinə kim, qəza nə xoĢ çəkmiĢ,



 

 

Qədər büküb belimi, eyləyib kəman, ölürəm.



 

 

Fəraqdan tükənib tabü taqətim, billah,



 

 

Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.



 

 

NÖVHƏ

 

 

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,



 

 

Gəlsə, düĢər bu dəĢtidə dərdü bəlayə, gəlməsün.



 

 

Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,



 

 

Zülm ilə qanına batar türreyi-müĢki-ənbəri.



 

 

Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,



 

Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.

 

 

Söylə gətirmə Qasimi, qatili eyləyir Ģitab,



 

 

Toyda olur yəqin onun qanına əlləri xizab.



 

 

Görmə rəva ki, ġümri-dun din evin eyləsin xərab,



 

Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.

 

 

 



 

 

 



 

 

227



 


____________________Milli Kitabxana______________________

 

 



Gəlməyə yoxdu fürsətim, qan ilə namə 

yazmıĢam, Öldürəcəkdi Müslümü Kufədə firqəyi-

zülam. QardaĢının uzun qolu görmə rəva ola 

qələm, Bacıları ayaqyalın, dəĢti-bəlayə gəlməsün.

 

 

Yetsə əgər xəbər s ənə öldü bu Müslimi-əqil



Ġbni-Ziyad n əĢimi gərçi edibdü çox zəlil, 

Qüslü hənut olmadı, oldu qənarədə qətil, 

Ġstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.

 

 



Badi-xəzan əsər sənin qönçəsifət əyalına,

 

 



Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoĢməqalına.

 

Cam təsəddüq eylədim Əkbərimə, cəmalına,



 

 

Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün.



 

 

Söylə ə moğluma məni-bikəsi eyləsin həlal, 



Ərzimi birbəbir elə, Ali-əbayə Ģəhri-hal. Ġki 

açılmıĢ gülüm Kufədə zari-dilməlal,

 

 

Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.



 

 

Həsrətəm ol cəmalına, ah çəkim bu sinədən,



 

 

Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,



 

 

Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,



 

BaĢına əl çək, ağlayıb Ģuri-nəvayə gəlməsün.

 

 

Söylə onun anasına baĢını qarə bağlasın, Ġki 



baladən ayrılıb, kövni-məkanı dağlasın, 

Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,

 

 

Bəlkə yetimliyin tozu mahi-liqayə gəlməsün.



 

 

Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,



 

 

Bir-birə dəydi mərdü zən, Ģurə gəlibdü xasüam.



 

Növhə edər bu Natəvan, ruzü Ģəb ağlayar müdam,

 

 

Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.



 

 

 



 

 

 



 

 

 



228

 



____________________Milli Kitabxana______________________

 

 



 

 

MİR MÖHSÜN NƏVVAB

 

 

Azərbaycan  mədəniyyəti  tarixində  görkəmli  musiqişünas,  rəssam,  xəttat, 



nəqqaş,  tarixçi,  ədəbiyyatşünas  və  şair  kimi  tanınan  Mir  Möhsün  Nəvvab 

Qarabaği  1833-cü  ildə  Şuşa  şəhərində  anadan  olmu  ş,  bütün  ömrünü  orada 

yaşamışdır. Mədrəsə təhsili almış, ərəb, fars dillərini öyrənmiş, fitri istedadı 

sahəsində  riyaziyyat,  kimya,  nücum,  coğrafiya,  tarix,  musiqi  və  s.  elmlərə 

yiyələnmişdir.  O,  Şu  şada  yeni  üsulla  məktəb  açmış,  şagirdlər  üçün  dərslik 

yazmışdır. 86 il ömür sürən Nəvvab 1919-cu ildə Şuşada vəfat etmişdir.

 

 



Nəvvabın zəngin irsinin bir qismi onun şeirləridir. XlXəsrin 70-ci illərində 

Şuşada "Məclisi-fəramuşan" ("Unudulmu

 

şlar məclisi")

 

ədəbi məclisini təşkil

 

edən Məvvab özü də klassik üslubda lirik şeirlər yazmış, divan yaratmışdır. Bu 

divan  1999-cu  ildə  Bakıda,  "Şuşa"  nəşriyyatında  çap  olunmuşdur.  Buradakı 

şeirlər həmin nəşrdən götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Hicrani-yar eylədi halü dilim xərab,

 

 



Suzi-dərunim etdi cahan əhlini kəbab.

 

 



Könlüm quĢunu gör, necə püriztirabdır,

 

 



Ol dami-zülfi-ənbərə düĢmüĢ məgər üqab?

 

 



Dərdi-fəraqinlə tökər əĢk gözlərim,

 

 



Mirab nə etdi böylə ki, təqdir edər gülab?

 

 



Zahid məni o mahivəĢ eĢqində mən edər,

 

 



Pabənd olur o xalü xətti görsə Ģeyxü Ģəab.

 

 



Et bərkənar zülfünü ol ruyi-mahdan,

 

 



Ta infəal eyləyə bir göydə afitab.

 

 



Bir qəmzə ilə cilvəgər ol mahvəĢlərə,

 

 



Ta münfəil olub - deyə, ya "ləyütə"ni türab.

 

 



Nəvvabi-zarə eĢq yolu münhərif olub, 

Nuri-rüxünlə göstər ona bir rahi-səvab.

 

 

* * *



 

 

229



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə