Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə49/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   45   46   47   48   49   50   51   52   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Bircə insaf eylə sən də zahidi-bidin tək,

 

 



Bir belə hər gündə nahəq verdiyin fitva nədir.

 

 



Bir gecə bu fikr ilə yatdım dedim: Ya zülcəlal,

 

 



Sən mənə bildir görüm surət nədir, məna nədir.

 

 



Hatifi-qeyb ol zaman verdi cavab; - Ey bixəbər,

 

 



Bir belə bihudə fikrü-zahirü ixfa nədir.

 

 



Bilməsən kimdir bu övzayə səbəb ruzi-əzəl,

 

 



Bəsi-icadi-aləm, Adəmü Həvva nədir.

 

 



Sirri-həq damadi-peyğəmbər əmirül-möminin,

 

 



Görmüsən sən ol Əliyyi-aliyü əla nədir.

 

 



Dilsuza, qıl müxtəsər bu qisseyi-dilsuzi sən

Əcz ilə ərz et xudayə bu qəmi-üzma nədir.

 

 

Lənət eylə sən Yəzidə həĢr olunca dəmbədəm,



 

 

Zülmi-bihədd etdi zalim, bilmədi fərda nədir.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

165


 


____________________Milli Kitabxana______________________

 

 



MİRZƏ MƏHƏMMƏD TAĞI QUMRİ

 

 



XIX  əsr  Azərbaycan  poeziyasının  ən  istedadlı  nümayəndələrindən  olan 

Məhəmməd  Tağ  ı  İbrahim  oğlu  Qumri  1819-cu  ildə  Dərbənd  şəhərində 

doğulmuşdur.  O,  məktəb  təhsili  almış,  ana  dilindən  başqa  fars  va  ərəb 

dillərini öyrənmişdir. Gənc ya şlarından ticarətlə məşğul olmuş və "mötəbər 

tüccarlardan biri" (F.Köçərli) kimi tanınmışdır.

 

 



"Cavanlıq  əyyamını  bir  müddət  eyşü  işrətdə  keçirib,  ömrünü  gözəllərin 

xəttü xulına və əbruyi-hilalına və naz-işvəsinə sərf edən" Qumri təxmin ən 30 

yaşında Kərbəla ziyarətinə gedərək, özünü "İmam Hüseynə dəxil salır və ona 

növhəgər  olub",  yaradıclığını  Kərbəla  şəhidlərinin  vəsfinə  həsr  edir.  Onun 

"Kənzül-məsaib"  əsəri,  mərsiyə  və  növhələri  XIX  əsr  Azərbaycan  şerinin  ən 

gözəl nümunələrindəndir.

 

 



Lakin  şairin  bədii  iri  XX  əsrdə  uzun  müddət  geniş  oxucu  kutləsinə 

naməlum qalmışdır. Bu kitabda verilən örnəklər şairin XIX əsrdə çap olunmuş 

"Divan  "ından  və  Firidun  bəy  Koçərlinin  "Azərbaycan  ədəbiyyatı"  (II  cild, 

1981) kitabından götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi. 

ġəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.

 

 

Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu,



 

 

Yəqin abai-ülvi iltifatından əyan keçdi.



 

 

YavuqlaĢdı dəmi-rehlət, təravətdən düĢüb qamət,



 

 

Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi.



 

 

Ağardı muyi-sər, qaldı ziyadən çeĢmi-nurani,



 

 

Məqali-söhbəti-əhli-ləbi-ĢəkkərfiĢan keçdi.



 

 

Münadi qeybdən eylər nida, ey bixəbər, yatmıĢ,



 

 

Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi.



 

 

 



 

 

 



 

 

 



166

 



____________________Milli Kitabxana______________________

 

 



Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey,

 

 



Qətari-köç yükləndi sərasər, karivan keçdi.

 

 



Sərayi-ariyətdə hər gələn beĢ gün qalır mehman,

 

 



Rəfiqü aĢina getdi, təmamən həmzəban keçdi.

 

 



Rəcul səyyadi müstəhzər durubdur can sorağında,

 

 



O

 

vaxt agah olursan kim, çıxıb əldən inan keçdi.



 

 

Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə,



 

 

Görürsən bir zaman əldən behiĢti-cavidan keçdi.



 

 

Gedər dünyayi-fani, axirət əmrində qıl çarə,



 

 

Keçənlər ya qəminü ya həzin, ya Ģadiman keçdi.



 

 

Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan,



 

 

Qoyub nəzmi-dürəfĢan Qumriyi-Ģirinzəban keçdi.



 

 

* * *



 

 

Məgər divanədir üĢĢaq, eĢqi-yardən, keçsin,



 

 

Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!



 

 

Rəvadır təĢneyi-cami-məhəbbət meydən əl çəksin,



 

 

Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?!



 

 

Ol



 

anda fəsli-gül tər qönçənin arayiĢ əyyami,

 

 

Qoyarmı eĢq Ģeyda bülbülü gülzardən keçsin?!



 

 

Keçər nazü nəimi-cavidandan aĢiqi-sadiq



 

 

Və lakin müĢkül iĢdir ləzzəti-didardən keçsin.



 

 

Olur keçmək BədəxĢan ləlinin alafü əlfindən, 



Çətindir aĢiqə ləli-ləbi-göftardən keçsin.

 

 



Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuĢ,

 

 



Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin.

 

 



Olub Qumridən ötrü riĢteyi-can gisuyi-canan,

 

 



Məgər candan keçib ol türreyi-tərrardən keçsin?!

 

 



167

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə