Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə50/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   46   47   48   49   50   51   52   53   ...   124

____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Ey dil, vəfası yoxdu dilara gözəllərin, 

Cövrü cəfası çoxdu bu rəna gözəllərin.

 

 

Yüz nazü qəmzə ilə can almaqdır adəti,



 

 

Ahu baxıĢlı gözləri Ģəhla gözəllərin.



 

 

Hər tarı bir kəmənd kimi xəlqi bənd edər,



 

 

Dami-bəlayə zülfi mütərra gözəllərin.



 

 

Tavus tək bəzər özünü, xəlqi aldadar, 



Çün fikrü zikri məkrdi qəta gözəllərin.

 

 



Bir dəfə güldürər səni, min dəfə ağladar, 

ġənində gəlməyibdi təvəlla gözəllərin.

 

 

Çox imtahan elibdi kəma-keyf haqqına, 



Arifdi çünki, Qumriyi-Ģeyda gözəllərin.

 

 



* * *

 

 



Çıxmaz baĢımdan eĢq ilə sevdası dilbərin, 

Könlümdə var həmiĢə təmmənnası dilbərin,

 

 

NuĢ etmiĢəm Ģərabi-məhəbbət ələstdə,



 

 

Getməz ölüncə nəĢeyi-səhbasi dilbərin.



 

 

Vaiz, məlamət etmə məni, həq mənimlədir,



 

 

Gəl bax, bu mən, bu sən, bu tamaĢası dilbərin.



 

 

Cənnətdə hər nə vardı, sənin, qoy mənim ola



 

 

Bir kəlmə söhbəti-fərəhəfzası dilbərin.



 

 

Yox özgə məĢqi vəsli-raxi-yardən səva,



 

 

Qumri olubdur aĢiqi-Ģeydası dilbərin.



 

 

 



 

 

 



 

 

168



 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Cana, məhəbbət aləmi pürinqilab olur

Əhli-məhəbbətin iĢi daim əzab olur.

 

 

Aramü taqəti kesilir əhli-nəĢənin,



 

 

Bisəbrü bitəhəmmülü büxürdü xab olur.



 

 

Əncüm sayar sabaha kimi aĢiqin gözü, 



Hicranda hər gecə ona yövmül-hesab olur.

 

 



Bir tarmuy ilən dağıdır can binasını,

 

 



Ol kakilin ki riĢtəsi pürpiçü tab olur.

 

 



Əhli-günahə nari-cəhənnəm verir əzab, 

ÜĢĢaqı dilkəbab eləyən ləli-nab olur.

 

 

Ruxsari-mahtələtə baxmaq deyil rəva, 



Çox baxsa aftabə əgər göz, xərab olur.

 

 



Abi-həyat tək görünür vəsli-məhvəĢan,

 

 



Təhqiqi-nəfsül-əmrdə baxsan sərab olur.

 

 



Vermə könül o taifeyi-bədməzacə kim,

 

 



Kirdari nazü kəlmeyi-nitqi itab olur.

 

 



Bir nuĢ versə qəlbüvə yüz niĢi-qəmə urar,

 

 



Cövrü cəfası aĢiqinə bihesab olur.

 

 



Yoxdu kitabi-məzhəbi kafir gözəllərin,

 

 



Kafir bulardan əsldə əhli-kitab olur.

 

 



Aldanma hüsni-surətə, bu xudfüruĢlər

 

 



Surətdə bülbül olsa da, batin qürab olur.

 

 



Zahirdə MüĢtəridir, əgər batinən Zühəl,

 

 



Axır Zühəldən aləm ara ictinab olur.

 

 



 

 

 



 

 

169



 


____________________Milli Kitabxana______________________

 

 



Bu növdür vəfalarının istiqaməti,

 

 



Guya ki, filməsəl, su üzündə hübab olur.

 

 



Qətən əqidəsində bu zalimlərin yəqin

 

 



AĢiqlərə cəfa eləmək çox savab olur.

 

 



Qumri, bu qövlə mötərif ol, qılma etiraz,

 

 



Bəsdir dəxi, nə qədər sualü cavab olur?!

 

 



QƏSİDƏLƏR

 

 



Məhbubumun mənimlə məhəbbət binası var,

 

 



Məlum olur Ģəfəqqətü mehrü vəfası var.

 

 



MəĢuqdən gərək yetiĢə aĢiqə bəla,

 

 



AĢiq deyil o kəs ki, bəladən hərası var.

 

 



Hər nə b əla gələ, edərəm canıma qəbul. 

Əlbəttə, bu bəlalarımın müddəası var.

 

 

Canan yolunda hər yara bir güldü aĢiqə



 

 

Gülzari-sinəsin nə əcaib səfası var.



 

 

Dörd min yarə dəyib, yenə azdı sinəmə,



 

 

Min dəfə can ilə çəkərəm, hər cəfası var.



 

 

Qıl bircə qətlga tamaĢası, Cəbrail,



 

 

Bax gör Hüseyn təĢnələbin nə əsası var?



 

 

Qurbangaha Xəlil aparıb bir fəda əgər,



 

 

Amma Hüseynə bax, necə yetmiĢ fədası var.



 

 

Abbasi-namidarımı qurban kəsibdilər,



 

 

Qolsuz düĢüb, qana boyanmıĢ libası var.



 

 

Toy tutmuĢam bu dəĢtdə Ģahzadə Qasıma,



 

 

YaxmıĢ əlinə qan ilə əlvan hənası var.



 

 

 



 

 

 



170

 



____________________Milli Kitabxana______________________

 

 



Səd parə doğranıbdı Əli Əkbərim susuz,

 

 



Torpaqlar üstə nəĢi düĢüb, çox yarası var.

 

 



Mən qoy yanım bu gün qabağında kabab tək,

 

 



Sal Əkbər üstə sayə, oğulsuz anası var.

 

 



Bilməm səbəb nədir məni gözdən salıb anam,

 

 



Meydana Zeynəbim gələ bilməz, həyası var.

 

 



Durma, özüvü yetir Nəcəfə, söylə, ya Əli,

 

 



Oğlun Hüseyn ölür, sənə çox-çox duası var.

 

 



Gəl Kərbəlayə baĢını al bir diz üstünə,

 

 



Görsünlər əhli-Kufə Əli tək atası var.

 

 



Qəm gülĢənində Qumriyi-gülzari-xəstənin,

 

 



Fəryadı-"va Hüseyn" ilə Ģuri-nəvası var.

 

 



* * *

 

 



ÜĢĢaqə məĢq, eĢqdə tumari-Kərbəla, 

Əhli-məzaqə gərmdi bazari-Kərbəla,

 

 

Çox zövq ilən səfası, əcəb xoĢ həvası var, 



Güllər açıb bahardə gülzari-Kərbəla.

 

 



Ġbrətlə hər kim etsə tamaĢa yəqin görər, 

QılmıĢ əhatə aləmi ənvari-Kərbəla.

 

 

Hər gülsitanda nəğmeyi-bülbül səbahü Ģam,



 

 

Bica əbəs deyil çəkilir cari-Kərbəla.



 

 

ÇeĢmi-bəsir ət açsa, nümayandı hər 



kəsə, Amadədir o dəĢtdə asari-Kərbəla.

 

 



Nəhri-Fəratın üstə olub qolları qələm, 

Əbbas, namidari-ələmdari-Kərbəla.

 

 

 



 

 

 



171

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə