Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Soyuducu anbar komplekslərində  məhsulların saxlanması üçün icarəhaqqı rayonlar üzrə 1 kiloqram üçün 5-20 qəpik arasında dəyişir



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

 
Soyuducu anbar komplekslərində 
məhsulların saxlanması üçün icarəhaqqı rayonlar üzrə 1 kiloqram üçün 5-20 qəpik arasında dəyişir.
 
Soyuducu anbar kompleksləri enerjitutumludur - böyük həcmdə elektrik enerjisi istehlak edirlər. 
Elektrik enerjisi qiymətlərinin kommersiya qurumları üçün xeyli baha olması nəticədə icarə 
qiymətlərinin yüksək olmasına gətirib çıxarır. Soyuducu anbarlar kənd təsərrüfatına xidmət 
göstərmələrinə baxmayaraq bu sahədə xidmət göstərən subyektlər aqrar sahə kimi bir sıra vergilərdən 
azad deyillər. Qeyd edilənlər nəzərə alınaraq soyuducu anbarlara elektrik enerjisinin güzəştli 
qiymətlərlə satılması və onlar üçün vergi yükünün azaldılması məsələlərinə baxılması məqsədəuyğun 
hesab edilir. Bu məsələlərin həlli son nəticədə istehsalçıların öz məhsullarını anbarlarda saxlamağa 
maraqlarının yüksəldilməsinə səbəb olacaqdır. 
Ölkəmizdə soyuducu anbar kompleksinin yaradılması kənd təsərrüfatı məhsullarının 
saxlanması və bu sahədə olan itkilərin azaldılması ilə yanaşı bu məhsulların saxlanılması əsasında 
xaricə daha çox məhsul çıxarılması nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb edir. 
Ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq 
məhsullarının qəbulu üzrə ixtisaslaşdırılmış terminalların və onların saxlanılması üçün anbarların 
yaradılmasına paralel olaraq həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun 
təşkilinə, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsinə də ehtiyac var. 
Dövlət qurumlarının ehtiyacı üçün kənd təsərrüfatı məhsullarının tədarükü və həmin 
məhsullarla təchizat bu məqsədlə yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata 
keçirilir. Fikrimizcə, ərzaq məhsullarının tədarükü və təchizatının mərkəzləşdirilmiş bir mexanizmlə 
aparılması qeyri-neft sektorunun bir qolu olaraq kənd təsərrüfatının inkişafını stimullaşdıracaq. Belə 
ki, bu halda istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisi azalır [6]. 
Ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı bu cür mexanizm dünya təcrübəsində geniş 
şəkildə tətbiq olunur. Fermerlərin qeyd etdiyimiz problemlərlə üzləşməməsi üçün tək bizdə deyil, 
dünyanın müxtəlif ölkələrində bu cür fəaliyyətlər var. Bir çox ölkələrdə bu sahədə formalaşan 
müəyyən şirkətlər var. Onların hansısa şəhər, kənd, vilayət üzrə müştəriləri var. Burada fermerlər 
alıcı axtarmırlar, onlar məhsulları fermerlərdən alıb öz müştərilərinə satırlar. Araşdırmalar göstərir 
ki, tədarük şirkəti bir yox, bir neçə ola bilər və zamanla bu sahədə də inkişaf olacaqdır. 
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının normal fəaliyyət 
göstərməsinin (sanitariya-gigiyenik cəhətdən) təmin edilməsi, rayonlardan məhsul gətirən 
istehsalçılara normal şəraitin yaradılması vacibdir. Bundan başqa yarmarkalara göndərilən 
məhsulların çeşidlərinin və həcminin artırılmasında dönüş yaradılması istiqamətində ardıcıl işlərin 
görülməsi məqsədəuyğun olardı. 
Kənd rayonlarında (rayon mərkəzlərində, qəsəbələrdə, əhalisi çox olan kəndlərdə) kənd 
təsərrüfatı məhsullarının satış-yarmarkalarının keçirilməsinə, əhali və fermerlər üçün əlverişli ticarət 
mühitinin formalaşdırılmasına da ehtiyac vardır. Bir çox bölgələrdə fermerlərin yetişdirdiyi məhsulu 
alan tədarük məntəqələri olarsa, bu amil, zənnimizcə, fermerlərin xeyrinə olacaq. Bu halda ortada 
vasitəçi olmayacaq və fermerlər məhsullarını birbaşa vasitəçilərə satdıqları qiymətdən daha yüksək 
qiymətə satmaq imkanı qazanacaqlar. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə