Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Bazar infrastrukturunun inkişafının əsas istiqamətləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

 
Bazar infrastrukturunun inkişafının əsas istiqamətləri 
 
Müasir şəraitdə ölkəmizdə aqrobiznes sisteminin daha da inkişafına səbəb olacaq layihələr 
reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin 
keyfiyyətli yerli məhsullarla təmin edilməsinə də şərait yaradır. Bu sırada kənd təsərrüfatı 
məhsullarının uzun müddətə saxlanması üçün logistika mərkəzləri - soyuducu anbar kompleksləri 
mühüm yer tutur. Soyuducu anbar normal temperaturda pozulmağa meyilli olan qidaların aşağı 
temperaturda mühafizə edilməsinə imkan verən infrastruktur sayılır. Bir meyvənin ömrü ağacdan 
dərildikdən sonra təxminən 5-15 gün arasında dəyişir. Soyuducu anbar kompleksinin yaradılması 
kənd təsərrüfatı məhsullarının saxlanması və bu sahədə olan itkilərin azaldılması, eyni zamanda kənd 
təsərrüfatı məhsullarının saxlanılması əsasında xaricə daha çox məhsul çıxarılması nöqteyi-
nəzərindən mühüm əhəmiyyət kəsb edir. Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditləri 
hesabına bu gün ölkəmizin bütün regionlarında 50-dən çox belə kompleks tikilib istifadəyə verilib [3, 7]. 
Həmin komplekslərin ümumi həcmi 260 min tona yaxındır. İqtisadi rayonların hər birində ən azı 2-3 
soyuducu anbar mövcuddur.
 
Bu komplekslərin hər biri yeni iş yerlərinin açılması ilə bərabər əhalinin 
meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. 


Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
 
 
77 
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, hazırda ölkə əhalisinin meyvə-tərəvəz 
məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir. Təkcə sahibkarların marağına görə 
deyil, öz tələbatından artıq məhsul istehsal edən, onu daxili və xarici bazarlara ixrac etmək istəyən 
bütün istehsalçılar üçün də bu soyuducu anbarların cəlbedici, əlçatan olması baxımından saxlama 
qiymətlərinin münasib olması mühüm əhəmiyyət daşıyır.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə