Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
76 
Ölkədə kənd təsərrüfatının inkişafı bu sahədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli 
məhsulların rəqabət qabiliyyətinin artırılması ilə müşayiət olunur. Son illər respublikamızda istehlak 
bazarının qorunması, satış məntəqələrində süni qiymət artımının qarşısının alınması istiqamətində 
əhəmiyyətli addımlar atılır. Qeyd olunanlar əsas götürülməklə kənd təsərrüfatının gəlirli sahələrinin 
inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail 
olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri kimi diqqətdə saxlanılır. 
Bununla belə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud 
maneələrin aradan qaldırılması da vacib məsələlərdən biridir. Aran regionunun rayonlarında aparılan 
araşdırmalar nəticəsində fermerlərin kənd təsərrüfatı məhsullarının bazara çıxışı üzrə aşağıdakı 
problemləri müəyyənləşib: 
-
fermerlər istehsal etdikləri kənd təsərrüfatı məhsullarını paytaxta aparmaqda çətinlik çəkirlər, 
buna görə də regional satış bazalarının yaradılmasına ehtiyac var
-
regionlarda emal müəssisələri ilə əlaqələrin qurulmasında problemlər var, kiçik fermerlərin 
emal müəssisələrinə təklif etdikləri kənd təsərrüfatı məhsulları emal müəssisələrinin tələblərinə 
cavab vermir və əsas səbəb qiymət razılaşmasının olmamasıdır; 
-
sortların qarışıq olması və toxumların keyfiyyətinin aşağı olması məhsulun həm keyfiyyətinə, 
həm də alıcı zövqünə mənfi təsir göstərir ki, bu da məhsul satışına problem yaradır; 
-
Rusiya Federasiyası bazarları istisna olmaqla digər xarici ölkələrə, xüsusən də Avropa İttifaqı 
ölkələrinin bazarlarına məhsul ixracı hələ ki, aşağı səviyyədədir;
-
fermerlərin istehsal etdikləri məhsulların satışı daha çox vasitəçilər tərəfindən həyata keçirilir. 
Bu vəziyyətdə fermerlərdən daha çox güzəşt tələb olunur, bazarlarda isə qiymət bahalaşır; 
-
istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanması üçün lazım olan anbarların sayı 
azdır, mövcud anbarlara isə fermerlərin çıxışı çətindir. Belə ki, anbarlardan istifadə imkanları 
təkmilləşməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə