Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
78 
Nəticə 
Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının yığımından sonrakı 
proseslərdə itkilərin azaldılması və məhsulların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bazar 
infrastrukturunun təkmilləşdirilməsinə ciddi ehtiyac var. Çünki mövcud bazar infrastrukturu yerli 
istehsalçıların ticarət şəbəkələrinə sərbəst daxil olmasına tam imkan vermir. Kənd təsərrüfatı 
məhsulları istehsalçıları yetişdirdikləri məhsulları vasitəçilərin təklif etdiyi aşağı qiymətə onlara 
satmağa məcbur olurlar. Bazar infrastrukturunun, o cümlədən topdansatış və pərakəndə satış 
bazarlarının düzgün formalaşmaması istehsalçı qiyməti ilə bazar qiymətləri arasında fərqin 2-3 dəfə, 
bəzi hallarda isə daha çox olmasına gətirib çıxarır. 
Hazırda ölkədə kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafında aşağıdakı 
istiqamətlərə üstünlük verilməsi məqsədəuyğundur: 
-
regionlarda yeni topdansatış mərkəzlərinin yaradılması, eyni zamanda, paytaxtda və digər iri 
şəhərlərdə müasir tələblərə uyğun pərakəndə satış şəbəkələrinin genişləndirilməsi;
-
yerli istehsal və xidmət sahələrində əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə də 
şəraitin yaradılması; 
-
kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün logistika mərkəzləri və soyuducu 
anbar kompleksləri şəbəkəsinin genişləndirilməsi
-
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının normal fəaliyyət 
göstərməsinin (sanitariya-gigiyenik cəhətdən) təmin edilməsi, rayonlardan məhsul gətirən 
istehsalçılara normal şəraitin yaradılması; 
-
daxili bazarın səmərəli qorunması, eyni zamanda fermerlər, xüsusən də kiçik və orta 
istehsalçılar üçün əlverişli bazar infrastrukturu mühitinin yaradılması. 
İstehsalçıların daxili və xarici bazarlara çıxışının yaxşılaşdırılması baxımından yükdaşıma 
xidmətlərinin inkişafına, o cümlədən istehsalçılar üçün əlverişli şərtlərin təmin edilməsi baxımından 
bu xidmətlərin tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə ehtiyac vardır. Aqrar sahədə müvafiq 
istiqamətdə həyata keçirilən siyasətin yerli istehlakçıların təhlükəsizliyinin təmini, ərzaq bazarının 
formalaşdırılması və tənzimlənməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, 
emalı, qablaşdırılması, markalanması, sertifikatlaşdırılması, saxlanılması və satışı mərhələlərində 
nəzarətin gücləndirilməsinə yönəldilməsi məqsədəuyğun olardı. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə