Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
74 
istehsalı 447.6 min ton (11.4%) artmışdır. Ümumilikdə 2019-cu ilin yanvar-dekabr aylarında şəkər 
çuğunduru və tütün istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmışdır 
(Cədvəl 1.)

Cədvəl 1. 2018-2019 illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı [4]
 
Göstəricilər 
Ölçü 
vahidi 
2018 
Ötən ilin 
müvafiq 
dövrünə 
nisbəti, %-lə
2019 
Ötən ilin 
müvafiq 
dövrünə 
nisbəti, %-lə
Taxıl, qarğıdalı ilə 
min ton 
3309,2 
+13,0% 
3538,5 
+6,9% 
Pambıq 
min ton 
232,2 
+11,9% 
295,3 
+26,4% 
Günəbaxan 
min ton 
24,3 
-20,6% 
34,8 
+43,3% 
Şəkər çuğunduru 
min ton 
299,4 
-31,2% 
237,0 
-20,9% 
Tütün 
min ton 
6,3 
+18,8% 
6,0 
-4,4% 
Kartof 
min ton 
898,9 
-1,6% 
1004,2 
+11,7% 
Tərəvəz 
min ton 
1521,9 
+8,3% 
1714,7 
+12,7% 
Bostan məhsulları 
min ton 
401,9 
-8,2% 
447,6 
+11,4% 
Meyvə və giləmeyvə 
min ton 
1010,8 
+5,9% 
1099,7 
+8,8% 
Üzüm 
min ton 
167,6 
+9,6% 
201,8 
+20,4% 
Yaşıl çay yarpağı 
ton 
868,6 
+12,0% 
929,4 
+7,0% 
Ət (diri çəkidə) 
min ton 
556,6 
+3,0% 
573,3 
+3,0% 
Süd 
min ton 
2080,4 
+2,8% 
2129,4 
+2,4% 
Yumurta 
mln. ədəd 
1674,7 
-2.3% 
1827,1 
+9.0% 
Yun 
min ton 
15,8 
-1,2% 
16,1 
+1,6% 
Barama 
ton 
514,0 
2,1 d. 
643,7 
+25,3% 
Mənbə: 
Dövlət Statistika Komitəsi 
 
Ölkəmizdə kənd təsərrüfatı və emalı müəssisələrinin idxalı 2019-cu ildə 1934.1 milyon ABŞ 
dolları təşkil edib və əvvəlki ilə nisbətən 13% azalıb. Bununla belə, daxili istehsalın dinamik artımı 
özünütəminetməni yüksək səviyyədə saxlamağa imkan verir. Ölkəmizdə 2019-cu ildə kənd 
təsərrüfatı məhsulları ilə özünütəminetmə səviyyəsi kartof üzrə 87,8%, tərəvəz üzrə 112,0%, bostan 
məhsulları üzrə 100,8%, meyvə və giləmeyvə üzrə 123,1%, ət və ət məhsulları üzrə 82,5%, yumurta 
üzrə 101,8%, süd və süd məhsulları üzrə isə 86,2% olmuşdur.
Kənd təsərrüfatı və emalı məsullarının ixracı 943.3 milyon ABŞ dolları və 2018-ci illə 
müqayisədə artaraq 14.1% təşkil edib. Məhsul növlərinin əksəriyyəti üzrə ixracda artım müşahidə 
edilmişdir 
(Cədvəl 2.)

Hazırda Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsulları Rusiya Federasiyasının ixrac 
bazarlarında kifayət qədər rəqabətqabiliyyətlidir. Buna görə də bu məhsullar üzrə ixrac potensialının 
artırılması üçün yerli istehsalçılar tərəfindən böyük sahələrdə yeni meyvə bağları salınır və istixanalar 
yaradılır. İstehsal həcminin artırılması ilə yanaşı ixrac infrastrukturunun da inkişaf etdirilməsi mühüm 
əhəmiyyətə malikdir. Bu baxımdan dövlət dəstəyi ilə ixrac bazarlarında logistik mərkəzlərin 
qurulmasına başlanılıb. 


Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
 
 
75 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə