Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri



Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
 
 
71 
UOT: 338.431.4, 338.433.4 
AQROBİZNES SFERASINDA BAZAR İNFRASTRUKTURUNUN İNKİŞAF AMİLLƏRİ 
Müşfiqə Əjdər qızı Məmmədova, i.ü.f.d, dosent, 
Aqrar Tədqiqatlar Mərkəzi, baş mütəxəssis 
 Tel.: (055) 689-98-60; e-mail: mushfiqa38@gmail.com 
Xülasə 
 
Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd 
təsərrüfatının inkişafı ilə bağlı infrastrukturun formalaşmasına qoyulan tələblər açıqlanır. Eyni 
zamanda, son dövrlər ərzində bazar infrastrukturunun inkişafının əsas istiqamətləri araşdırılır və 
müvafiq dəyərləndirmələr aparılır. Göstərilir ki, modern infrastruktur obyektlərinin yaradılması, 
müvafiq institusional dəyişikliklərin aparılması kənd təsərrüfatı məhsullarının itkilərinin ixtisar 
olunmasına və keyfiyyətinin saxlanılmasına əhəmiyyətli təsir göstərmişdir. Bununla birlikdə müvafiq 
istiqamətdə sistemli tədbirlərin reallaşdırılmasının davam etdirilməsinə ehtiyac vardır. 
Açar sözlər:
 bazar infrastrukturu, istehsal, topdansatış, pərakəndə satış, logistika, marketinq. 
Giriş 
 
Azərbaycan Respublikasında bazar infrastrukturunun formalaşması müasir dövrdə vacib və 
aktual problemdir. Məlumdur ki, ölkədə kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur 
islahatları aparılır. Bu islahatlar və müvafiq yönümdə dövlət tərəfindən həyata keçirilən sistemli 
tədbirlər deməyə əsas verir ki, kənd təsərrüfatında daha sürətli inkişaf təmin olunacaqdır. Belə bir 
şəraitdə aqrar sferada bazar infrastrukturuna tələblər yüksəlir, ilk növbədə, istehsalın artım miqyasları 
ilə bağlı məhsul yığımından sonrakı mərhələlərdə itkilərin azaldılması, məhsulların keyfiyyətinin 
saxlanılması, ən əsası isə istehsalçıların bazara çıxış şərtlərinin yaxşılaşdırılması məqsədi ilə bazar 
infrastrukturunun təkmilləşdirilməsinə ciddi ehtiyac yaranır. 
Bazar infrastrukturunun mövcud vəziyyətində yerli istehsalçıların ticarət şəbəkələrinə əlverişli 
şərtlərlə daxil olmasına müəyyən maneələr yaranır və bəzən istehsalçılar yetişdirdikləri məhsulu 
ticarət vasitəçilərinin təklif etdikləri qiymət şərtləri ilə onlara satmağa məcbur olurlar. Bazar 
infrastrukturunun, xüsusilə də topdansatış və pərakəndə satış şəbəkələrinin kifayət qədər inkişaf 
etməməsi istehsalçı qiymətləri ilə bazar qiymətləri arasında fərqin 2-3 dəfə, bəzi hallarda isə daha 
çox olmasını şərtləndirən amillərdən biri kimi çıxış edir. İnkişaf etmiş ölkələrdə bazar infrastrukturun 
ticarət, logistika, bazar məlumatlarının toplanması və yayılması, tələb və təklifə nəzarət 
funksiyalarının həyata keçirilməsi üçün zəruri vasitə rolunu səmərəli yerinə yetirir və yüksək əlavə 
dəyərin yaradılmasında mühüm rol oynayır. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə