Xülasə Tədqiqatın məqsədi Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix08.10.2017
ölçüsü165,64 Kb.
#3671
növüXülasə
1   2   3   4   5   6

1977) adı öndədir. Belə ki, 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İtti-

faqı dünyada ilk dəfə Mars planetində qeyri-üzvi birləşmələrin əsasını təşkil edən

molekulların mövcudluğunu kəşfinə görə Mars planeti səthində krateri “Nadir İbrahi-

mov” adlandırılıb. Hazırda artıq səmada Azərbaycanla bağlı 11 ad vardır [16].

Azərbaycanda yeni mərhələdə kosmosla bağlı daha miqyaslı fundamental elmi

araşdırmalar sferasında 1975-ci ildə Bakıda Təbii Ehtiyatların Kosmik Tədqiqi Elmi

Mərkəzinin (“Kaspi”) yaradılması ilə də bağlı olmuşdur. Bu elmi mərkəz ümummilli

lider Heydər Əliyevin rəhbərliyi ilə 1974-cü ildə Azərbaycan KP MK Bürosu qərarı

ilə təsis olunmuşdur. Öz laboratoriyalarına və konstruktor bürosuna malik olan bu

mərkəz tezliklə kosmik tədqiqatlar sahəsində əhəmiyyətli mövqe tutmuş və 1978-ci

ildə onun bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılmışdır. 1982-

ci ildə isə bu institutun əsasında təsis olunan Kosmik Tədqiqatlar Elm-İstehsalat Bir-

liyi daha geniş miqyasda fəaliyyətə başlamışdır. Bu təsisat 2007-ci ildən Azərbaycan

Respublikasının  Müdafiə  Sənayesi  Nazirliyinin  nəzdində  Milli  Aerokosmik

Agentliyi kimi fəaliyyət göstərir. O da qeyd olunmalıdır ki, Kosmik Tədqiqatlar Elm-

İstehsalat Birliyinin və onun sələfi olmuş müvafiq qurumların yaradıcısı görkəmli

alim, Azərbaycanda kosmonavtika elminin əsas simalarından biri professor, Tofiq

Kazım oğlu İsmayılov (1933-1991) olmuşdur [16].

Kosmik elm və texnikanın, praktiki tədqiqat sferası sahəsində azərbaycanlı Kərim

Abbas Əli oğlu Kərimovun (1917-2003) xidmətləri də xüsusi diqqətə layiqdir. O,

kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa gön dəril -

məsində rolu az olmamışdır. K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini

yüksək qiymətləndirən məşhur sovet konstruktoru S.P.Korolyov 1966-cı ildə təkidlə

onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail ol-

muşdur. O, bu vəzifədə 25 il çalışmış, kosmik uçuşlarla bağlı bütün sistemlərin hazır-

lığının  yoxlanmasına,  uçuşun  başlanmasına  icazə  verməsinə  məsul  şəxs  kimi

rəhbərlik etmişdir [16].

Respublikada nüvə texnologiyaları və nüvə energetikası sahəsində də kompleks

tədbirlərin həyata keçirilir. Bu sahə ölkənin gələcək dayanıqlı inkişafının təmin ol-

unmasında xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, respublikada nüvə en-

erjisinin dinc məqsədlərlə istifadəsinin əsası ötən əsrin 70-ci illərində Ulu öndər

Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, nüvə enerjisinin dinc məqsədlərlə

istifadəsi sahəsində elmi araşdırmalar aparmaq məqsədi ilə AMEA-nın Radiasiya

Tədqiqatları Sektoru, Fizika İnstitutunda nüvə fizikası laboratoriyası, radioaktiv tul-

lantıların basdırılması və uzunmüddətli saxlanılması üçün “İzotop” Xüsusi Kombi-

natı yaradılmışdır. Azərbaycan alimləri nüvə çevrilmələri, nüvə reaktoru fizikası,

radiasiya  materialşünaslığı,  atom-hidrogen  energetikası  kimi  aktual  elmi  is-

tiqamətlərdə  İ.V.Kurçatov  adına  Atom  Enerjisi  İnstitutu,  M.Lomonosov  adına

Moskva Dövlət Universiteti, Dubna Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzi və digər

aparıcı  elmi  qurumlarla  birgə  elmi-tədqiqat  işləri  aparmış  və  müəyyən  təcrübə



147

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


toplamışlar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter

daşımışdır. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun ol-

maması  səbəbindən  ölkəmizdə  nüvə  texnologiyalarının  müasir  tələblərə  uyğun

inkişafına nail olunmamışdır [16]. Belə bir fakt da maraq doğurmaya bilməz ki,

Azərbaycan SSRİ-nin tərkibində olduğu zamanlarda bir çox azərbaycanlılar respub-

likadan kənarda ittifaqın müvafiq elmi-tədqiqat institutları və digər müvafiq təşki-

latlarında çalışmışlar. Bu sırada dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru,

professor Abbas Abbasəli oğlu Çayxorski (1917-2008) daha irəlilərə gedərək 1969-

1981-ci  illərdə  möhtəşəm  dövlətin  – SSRİ-nin  nüvə  reaktorlarının  qəbulu  üzrə

Dövlət Komissiyasının sədri olmuşdur [16].

Müasir  reallıqlar,  Azərbaycanın  artan  iqtisadi  qüdrəti  göstərir  ki,  nüvə

texnologiyalarının inkişafı və bu sahədə kadr hazırlığı üçün ölkədə tədqiqat nüvə

reaktorunun olması zəruri etmişdir. Vurğulanmalıdır ki, hazırda dünyada 250-yə

yaxın tədqiqat nüvə reaktorunun fəaliyyəti göstərir ki, bunlardan 88-i inkişaf et-

məkdə olan ölkələrdə qurulmuşdur. Ən çox tədqiqat nüvə reaktoru Rusiyada - 49,

ABŞ-da - 41, Yaponiyada - 15, Fransada - 12 və Almaniyada – 11-i fəaliyyət göstərir.

Bütün bunlardan irəli gələrək nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə

üçün ölkədə 2014-cü ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılmışdır.

Cəmiyyətin əsas məqsədini nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası

sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, nüvə texnologiyalarının müasir

dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsi

və ondan istifadənin təmin olunması, nüvə elmləri və texnologiyaları sahəsinin

maddi-texniki bazasının yaxşılaşdırılması, elmi tədqiqatların genişləndirilməsi və

yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi məsələləri əhatə edir. Təsisatın

hərtərəfli fəaliyyətini təmin etmək üçün ölkədə gücü 20 MVt olan tədqiqat nüvə

reaktorunun qurulması istiqamətində işlər aparılır. Bundan başqa AEBA-nın Texniki

Əməkdaşlıq üzrə Proqramı çərçivəsində ölkədə tibbi material, avadanlıq, qida və

kənd təsərrüfatı məhsullarının sterilizasiyası, rezin-polimer materiallar və texniki

məmulatların alınması məqsədilə ilə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də

“Qamma Şüalanma Kompleksi”nin yaradılması işlərini də başa çatdırmışdır [5, 19].

O da vurğulanmalıdır ki, respublikada Atom elektrik stansiyası - AES ideyası Azər-

baycan üçün yeni bir təzahür deyildir. Məlumdur ki, Azərbaycan SSRİ dövlətinin

tərkibində olduğu zamanlarda burada AES tikintisi mərkəzi hökumətin baş planları

sırasında qərar tutmuşdu. Proses, hətta konkret reallaşma mərhələsinə də daxil ol-

muşdu. Həmin məqsədlə layihə üzrə smeta-maliyyə sənədləri hazırlanmış və respub-

likanın  Şirvan  şəhəri  yaxınlığındakı  Nəvai  kəndi  ərazisində  müəyyən  yardımçı

binalar və tikililər inşa edilmişdi. Lakin SSRİ-nin kollapsı bu layihənin o zamanlar

reallaşmasını mümkünsüz etmişdir.

Azərbaycanın  uğurlu  inkişafı  və  nüvə  tədqiqatlarının  aparılması  sahəsində

göstərdiyi  əzmkarlıq,  xüsusən  də  dünyada  nüvə  təhlükəsizliyinə  töhfə  verməsi



148

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə