Xülasə Tədqiqatın məqsədi Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix08.10.2017
ölçüsü165,64 Kb.
#3671
növüXülasə
1   2   3   4   5   6

Azərbaycanın İKT sektorunda sürətli inkişafın təmin edilməsi 2015-ci ildə də

diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində “Azərbaycan Respublikasında in-

formasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın

həyata keçirilməsi üzrə 2015-2017-ci illər üçün müvafiq Dövlət Proqramının layi-

həsi hazırlanmış, Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli

481 nömrəli Fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılmışdır

[10, 11, 13].

2015-ci ildə İKT sektorunun ölkə iqtisadiyyatında payı ötən dövrə nisbətdə daha

da  yüksəlmiş,  burada  əldə  olunan  gəlirlərin  həcmi  xeyli  artmışdır.  2014-cü  illə

müqayisədə artım tempi İKT sektorunda 4,9% təşkil etmişdir. 2015-ci ildə İnfor-

masiya və rabitə sektoruna 350 milyon manatdan çox investisiya qoyulmuş və bunun

nəticəsində həmin sektorlarda gəlirlərin həcmi artaraq 1,65 milyard manat təşkil et-

mişdir. Həmin gəlirlərin təxminən 81%-i qeyri-dövlət sektoruna məxsus sahibkarlıq

subyektlərinin payına düşmüşdür [11, 13, 14].

Aşağıda 2010-2015-ci illərdə Azərbaycanda dövlət və qeyri-dövlət rabitə müəs-

sisələri tərəfindən göstərilmiş informasiya və rabitə xidmətlərinin dinamikası əks

etdirən diaqram verilmişdir:

Diaqram 1. Dövlət və qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilmiş

informasiya və rabitə xidmətlərinin dinamikası, milyon manat.

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin saytının məlumatları.

Diaqram 1-in məlumatlarından görünür ki, qeyri-dövlət sektorunda inkişaf me -

yilləri dövlət sektoruna nisbətdə daha yüksək templidir. Bu isə qeyri-dövlət sektoru-

nun payının hər ilə genişlənməsi ilə müşayiət olunmuşdur.

Hazırda ölkənin informasiya və rabitə sektorlarında 400-dən çox qeyri-dövlət

müəssisəsi fəaliyyət göstərir və son beş ildə onların gəlirləri hər il orta hesabla 7,1%

artaraq 2015-ci ildə 1329,8 milyon manata çatmışdır. Həmin sektorlarda gəlir artım-

ları son 10 il ərzində də dinamik olmuşdur. 2015-ci ildə müvafiq göstərici 2005-ci

illə müqayisədə 3,4 dəfə artaraq 1642,8 milyon manat təşkil etmişdir [11, 14].

144

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Aşağıda Azərbaycanda 2005-2015-ci illərdə informasiya və rabitə sektorlarında

gəlirləri əks etdirən diaqram verilmişdir:



Diaqram 2. Azərbaycan Respublikasının 2005-2015-ci illərdə informasiya və

rabitə sektorlarında gəlirlər.

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin saytının məlumatları.

Ölkədə çoxsaylı informasiya resurslarının və xidmətlərinin yaradılması, onlardan

istifadənin artması ilə əlaqədar olaraq Azərbaycanda ABŞ-ın “UpTime İnstitute”nun

texniki tələblərinə uyğun “TİER III” (99,99% etibarlılıq) səviyyəli “Data Mərkəzi”

qurulmuşdur. Bununla yanaşı ölkədə həm də ən yeni mobil texnologiya - 4G xidməti

istifadədir. Vurğulanmalıdır ki, Azərbaycan bu texnologiyanı tətbiq edən Avropanın

9-cu, dünyanın isə 37-ci ölkəsidir [11].

İKT sektoru ilə bir sistem təşkil edərək əsasən RYTN-nin tənzimləmə sferasına

daxil olan yüksək texnologiyalar üzrə göstəricilər də dəyərləndirilməlidir. Bu sahə

hazırda kosmik sənaye, nüvə və nanotexnologiya sferalarını əhatə edir. Burada real

imkanlar qazanmış lider sahə kimi kosmik sənaye çıxış edir. O, da qeyd olunmalıdır

ki, kosmik sənaye ilə bağlı digər təsisatlar, həmçinin ölkənin müdafiə sənayesi

nazirliyi strukturları daxilində də yer alır. Bütün bunlardan irəli gələrək ölkənin

kosmik xidmətlər bazarında rəqabətədavamlı və əlverişli mövqe tutması üçün əməli

proqram təminatlı işlər aparılır. Bu sırada peyk xidmətlərinin davamlılığının və

etibarlılığının təmin edilməsi sahəsində daha miqyaslı işlər görülür. Hazırda “Az-

erspace-1” peyk üzərindən yerli və beynəlxalq səviyyəli ümumilikdə 120 televiziya

və 20-dən çox radio kanalı yayımlanmaqdadır ki, bu sırada qonşu ölkələrin - Gür-

cüstan və Türkiyə TV kanalları da yer alırlar. O da vurğulanmalıdır ki, “Azerspace-

1” peyki respublikada keçirilən I Avropa Oyunlarının dünyada televiziya yayımını

təmin edən 4 telekommunikasiya peykindən biri olmuş və oyunların görüntülərini

dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılmasını uğurla həyata keçirmişdir.

Bundan başqa müraciət edən dövlət orqanları, müəssisə və təşkilatlar aşağı orbitli

145

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


“Azersky” peyki vasitəsi ilə əldə olunan yüksək ayırdetmə keyfiyyətində təsvirlərlə

təmin edilirlər. 2017-ci ildə orbitə çıxarılacaq “Azerspace-2” peyki ilə yayım və

satışın əhatə dairəsi, həmçinin xidmətlərin çeşidi daha da genişlənəcək, 2018-ci

ildən isə kreditlərin qaytarılmasının tam olaraq “Azərkosmos” ASC-nin gəlirləri

hesabına təmin olunacaqdır [11].

Kosmik sənaye ilə bağlı müasir reallıqları şərh edərkən tarixə nəzər salınmasına

da ehtiyac vardır. Belə ki, bununla bağlı olaraq Azərbaycanda astronomiya elminin

tarixinə müraciət olunmalıdır. Bu elmin hələ orta əsrlərdən nə qədər inkişaf etdiyini

dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) əsərlərindən aydınlıqla gör-

mək mümkündür. Bununla belə, bir qədər sonra astronomiya elminin bu məkanda

astronom, riyaziyyatçı, filosof və ümumiyyətlə ensiklopedik biliklərə malik yetişmiş

dahi Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin (1201-1274) XIII əsrdə yarat-

dığı məşhur Marağa Rəsədxanası ilə daha da şöhrət tapdığının şahidi oluruq. Qısa

müddətə dünyanın astronomiya mərkəzinə çevrilən rəsədxanada astronomiyaya dair

100-dən çox əsər hazırlanmışdır ki, bunlardan da 30-u şəxsən N.Tusinin özünə məx-

sus  olmuşdur.  Zəngin  kitabxanası  olan  rəsədxanada  sistematik  astronomik

müşahidələr aparılmış və bu müşahidələr əsasında müasir dövrdə də elmi mahiyyə-

tini itirməyən məşhur “Elxan cədvəlləri” tərtib olunmuşdu. Rəsədxanaya rəhbərlik

edən N.Tusi zəmanəsinin tələblərinə görə burada ulduzların dəqiq qlobusunu yarat-

mışdı. 


Ümumiyyətlə, tarixə nəzər yetirdikdə ayrı-ayrı Azərbaycan alim və mütəfəkkir-

lərinin, şair və ədəbiyyatçılarının əsərlərində astronomik biliklərlə hər zaman geniş

yer verildiyi məlumdur. Lakin bu istiqamətdə daha əlamətdar mərhələ XX əsrdə

milli astronomiyanın daha geniş praktiki məzmun alması ilə bağlıdır. Belə ki, 1927-

ci ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyətə başlamış, bir sıra rayo -

nlarını tədqiqatlar apararaq respublikada rəsədxana tikilməsi üçün ərazilər müəyyən

etmişlər. Alternativlik baxımdan astrofizika müşahidələri üçün yaxşı keyfiyyətli ən

müvafiq ərazilər kimi Şuşa və Şamaxı rayonları seçilmişdir. Sonda paytaxt Bakıya

daha yaxın Şamaxı rayonun Pirqulu ərazisinə üstünlük verilməsini tövsiyə etmişdir.

Rəsədxananın  yaradılması  ilə  əlaqədar  layihələrin  işlənməsinə  1954-cü  ildən

başlanılmış və Astrofizika Rəsədxananın tikintisinə 1958-ci ilin sonunda başlamışdır.

Hazırda bu təsisat AMEA-nın nəzdində Nəsirəddin Tusinin adını daşıyan Şamaxı

Astrofizika Rəsədxanasının - ŞAR kimi fəaliyyət göstərir. ŞAR-ın rəsmi yaranma

tarixi 13 yanvar 1960-ci ildən götürülür. Burada qurulan teleskop o zaman SSRİ

ərzazisində və ümumilkidə Avropada ən güclü olmuşdur. ŞAR fəaliyyət göstərdiyi

dövrdə minlərlə səma cisimlərinin xassələrini öyrənmiş, bir sıra kosmik proqram-

larda iştirak etmişdir. Rəsədxana əməkdaşlarının aldıqları elmi nəticələr dünya al-

imləri tərəfindən yüksək qiymətləndirilmiş və 20-yə qədər əməkdaş bir sıra nüfuzlu

elmi təşkilatlara üzv seçilmişdir. Marsda və Ayda bir sıra krater ŞAR əməkdaşlarının

adını daşıyır. Bu sırada Azərbaycan astrofiziki Nadir Baba oğlu İbrahimov (1932-



146

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə