Xülasə Tədqiqatın məqsədi Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix08.10.2017
ölçüsü165,64 Kb.
#3671
növüXülasə
1   2   3   4   5   6

BMT-Birləşmiş Millətlər Təşkilatının uyğun komitəsində Azərbaycan kosmik ölkələr

sırasına qəbul olunmuş və respublika kosmik fəzanın sülh məqsədlərlə istifadəsi

üzrə müvafiq öhdəliklər götürmüşdür. Kosmik sənayenin yaradılması və inkişafı

üzrə Dövlət Proqramı icrasına uyğun olaraq 7 fevral 2013-cü il tarixində Azərbay-

canın birinci telekommunikasiya peyki “Azərspace-1” Fransız Qvianasında (Cənubi

Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodro-

mundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18:36-da (Bakı vaxtı ilə 8



fevral 2013-cü il saat 01:36) orbitə buraxılmışdır.  “Azerspace-1” peyki “Orbital

Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin

üzərində uğurla fəaliyyət göstərdiyi “STAR-2” peyk platforması əsasında yığılmışdır.

Telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin

həyata keçirilməsini təmin etmək üçün ölkə prezidentinin sərəncamı ilə (03.05.2010-

cu il tarixli, 885 №-li) mühüm təsisat “Azərkosmos” ASC yaradılmışdır. Respub-

likada  peyk  infrastrukturunun  inkişafı  və  müxtəlif  təyinatlı  peyklərin  orbitə

çıxarılması məqsədi ilə Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji

əməkdaşlıq çərçivəsində 2014-cü ildə Fransanın “Airbus DS Geo” SA şirkətinə məx-

sus “SPOT 6” peyk toplusu formasında birgə istifadəsi nəzərdə tutulan Yer səthinin

məsafədən müşahidə peyki - “Azersky” də orbitə çıxarılmışdır. “Azərkosmos” ASC

və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış Qrant Müqa -

viləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommu-

nikasiya peykinin 2017-ci ildə orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma

hazırlanmışdır. Bu məqsədlə Kanadanın “MDA” korporasiyasına məxsus olan və

qərargahı ABŞ-ın Kaliforniya ştatında yerləşən “Space Systems Loral” peyk is-

tehsalçısı şirkəti ilə müvafiq müqavilə (20.10.2015-ci il tarixində) bağlanmışdır.

Həmçinin peyki orbitə çıxaracaq raketdaşıyıcının seçilməsi üzrə tenderin nəticələrinə

əsasən  Fransanın  “Arianespace”  şirkəti  ilə  “BakuTel-2015”  21-ci  beynəlxalq

telekommunikasiya sərgi və konfransı çərçivəsində 63 milyon ABŞ dolları dəyərində

müqavilə (02.12.2015-ci il) imzalanmışdır. Bundan başqa “Azərspace-2” peykinin

resurslarının 45,9%-nin uzunmüddətli icarəsi haqqında peyk rabitəsi üzrə dünya li -

derlərindən olan “İntelsat” şirkəti ilə də müvafiq müqavilə bağlanılmışdır. Bütün

bunlara rəğmən Azərbaycanda İKT dövlət idarəçiliyi, elm, təhsil, səhiyyə, bank işi

və digər sahələrdə yeni dəyərlər yaradan ictimai-iqtisadi münasibətlərin vacib tərkib

hissəsinə çevrilmişdir [10-13, 15].

Azərbaycanda da davamlı təmin etmək üçün yeni “Azərbaycan Respublikasında

informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”

qəbul olunmuş, dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Rabitə və

İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar

Nazirliyi yaradılmışdır. Nazirliyin Əsasnaməsinə müvafiq olaraq yüksək texno -

logiyalar – telekommunikasiya, informasiya texnologiyaları, mikroelektronika, kos-

mik, nüvə, nano, bio və digər innovativ elmtutumlu texnologiyaları əhatə edir. Yeni



142

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


statusda nazirliyin missiyasına qabaqcıl texnologiyaları ölkəyə gətirmək, elm tu-

tumlu sənayenin inkişafını sürətləndirmək kimi vəzifələr də daxil edilmiş və bu

məqsədlə onun nəzdində MDB-Müstəqil Dövlətlər Birliyi məkanında və bir çox

Avropa ölkələrində belə analoqu olmayan bir təsisat -“Yüksək Texnologiyalar üzrə

Tədqiqat  və  İnkişaf  Mərkəzi”  yaradılmışdır.  Mərkəz  XXI  əsr  konverqensiya

texnologiyasını  həyata  keçirir  və  hazırda  burada  “nanotexnologiya”,  “biotex -

nologiya”, “neyroelektronika” və “süni intellektin” birləşərək gələcəyin təkamül sə-

nayesi formalaşdırılır. Mərkəzdə, həmçinin sonuncu nəsil, o cümlədən Fotometrik,

Bio-kimya nanotexnoloji, A-CVD karbon nanotexnologiyalar, Optik spektrometriya,

Elektron mikroskop (AFM-Atom Qüvvət Mikroskopu, SEM - Skanedici Elektron



Mikroskopu)  kimi  çoxsaylı  laboratoriyalar  fəaliyyət  göstərir.  Burada,  həmçinin

Avropa standartlarına uyğun müasir “Clean room” yaradılıb ki, ondan da yüksək

texnoloji məhsullar alınır [11].

3. İnformasiya iqtisadiyyatı quruculuğu: 

mövcud vəziyyət və inkişaf meyilləri

Hazırda  Azərbaycanın  da  İKT  sektorunda,  o  cümlədən  ölkədə  informasiya

cəmiyyəti quruculuğu sahəsində başlanan miqyaslı işlər davam etməkdədir. İnternet

mediasının inkişafı, bu şəbəkədə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet

və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə

verdiyi yeni imkanlar sırasındadır. Bu gün Azərbaycanda ölkənin iqtisadi qüdrətinin

artırılması, sosial həyatın keyfiyyət yüksəlişinin təmin edilməsi istiqamətində iqti-

sadiyyatın şaxələndirilməsi və gücləndirilməsi strategiyası həyata keçirilir [2, 10].

Həmin məqsədlə respublika prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli

fərmanı bazar iqtisadiyyatına keçidi adlayan yeni innovativ iqtisadiyat quruculuğuna

təkan  verən  “Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  qəbul

edilmişdir. Burada əsas hədəf olaraq 2020-ci ilə Azərbaycanda ÜDM-in həcminin 2

dəfə  artırılması  və  bu  artımın  iqtisadiyyatın  diversifikasiyasına  nail  olunması,

rəqabətqabiliyyətliyinin  yüksəldilməsi,  qeyri-neft  sektorunun  sürətli  inkişafı  və

ölkədə biliklər iqtisadiyyatının qurulması hesabına reallaşdırılması nəzərdə tutul-

muşdur [10, 12]. Bu istiqamətdə əsas güc amillərindən biri kimi də İKT sektorunda

inkişafın sürətləndirilməsi ilə 2020-ci ilə qədər respublikada informasiya cəmiyyət-

inə keçid təmin edilməli, biliyə əsaslanan innovasiya yönümlü iqtisadiyyat qurul-

malı,  dövlət  və  yerli  özünüidarəetmə  orqanlarında  İKT-nin  tətbiqi  və  elektron

xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilmə-

lidir. Bunları əsas götürərək respublika Prezidenti İ. Əliyevin müvafiq Sərəncamı

ilə  2013-cü  il  Azərbaycan  Respublikasında  “İnformasiya-kommunikasiya  tex -

nologiyaları ili” elan olunmuş və bu məqsədlə müvafiq tədbirlərin həyata keçi -

rilməsinə başlanılmışdır [10].



143

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə