Xülasə Tədqiqatın məqsədi Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix08.10.2017
ölçüsü165,64 Kb.
#3671
növüXülasə
1   2   3   4   5   6

beynəlxalq birlik tərəfindən təqdir olunur. Bundan irəli gələrək Prezident İ. Əliyev

2016-cı ilin martında 50-dən çox ölkənin dövlət və hökumət başçılarının iştirak et-

diyi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində

çıxışında demişdir. “Nüvə materiallarının yayılması ilə əlaqədar yaranan təhlükəni

və ölkəmizin coğrafi vəziyyətini nəzərə alaraq, biz ölkəmizin ərazisində nüvə ma-

teriallarının qanunsuz trafiki üçün mümkün istifadənin qarşısının alınmasına böyük

əhəmiyyət veririk. Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq etməklə, biz dünya

standartlarına uyğun olan möhkəm qanunvericilik bazasına əsaslanan hərtərəfli milli

ixrac nəzarəti sistemini yaratmışıq. Bu gün bizim ixrac üzrə milli nəzarət sistemi

nüvə materiallarının qeyri-qanuni daşınmasının qarşısının alınmasında etibarlı me -

xanizm kimi özünü doğruldur. Lakin bizim bütün ərazilərimizə nəzarətin həyata

keçirilməsi imkanları olmadığından biz proqramı tam yerinə yetirə bilmirik” [10].

Azərbaycanda informasiya iqtisadiyyatının təşəkkülü və mövcud vəziyyəti ilə

tədqiqat aparılarkən hazırda Yüksək Texnologiyalar Parkında davam etdirilən işlərə

də təhlili yanaşılmalıdır. Vurğulanmalıdır ki, müvafiq sahədə əsas icraçı qurum olan”

YT Park MMC-nin fəaliyyəti hazırda genişləndirilir. Onun icarəyə götürdüyü ərazidə

gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, innovativ ideyalar bazasının

formalaşdırılması,  həmçinin  innovasiya  məhsulunun  hazırlanması  və  işlənməsi

məqsədilə pilot layihə olaraq “PiCampus” Biznes İnkubasiya Mərkəzi (biznes inku-

bator) fəaliyyət göstərir. Həmin Mərkəzdə isə ilkin fəaliyyət nəticəsində artıq LED

lampaları  elektrik  dövrəsinə  qoşması  üçün  impulsvericilər,  11%-lik  karbon

nanoborular əsasında maqnit sahəsinə həssas sensorlar da hazırlanmış, istiliyə və

güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik di-

ametrli  (5-10  km)  karbon  nanoborular  alınmışdır  [11].  Bunlar  isə  bir  daha  onu

göstərir ki, ölkədə yüksək texnologiyalar parklarının təsisatlandırılması informasiya

iqtisadiyyatının təşəkkülü və irəliləyişlərində özünə məxsus rola malikdirlər.

Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunda elektron təhlükəsizliyin

təminatı və onun irəliyişlərində yeni təsisatlar olan ETM və İTİDF-nin rolu da

qiymətləndirilməlidir. Hazırda ETM tərəfindən ölkə səviyyəsində elektron təhlükələr

barədə müxtəlif vasitələrlə məlumatlandırma, maarifləndirmə işləri aparılır,  infor-

masiya təhlükəsizliyi sahəsində bir sıra qurumlarla əməkdaşlıq əlaqələri genişlə -

ndirilir.  Qeyd  olunmalıdır  ki,  ETM  “Avropa  CERT  cəmiyyət”i  tərəfindən  təsis

olunmuş “Trusted İntroducer” təşkilatının akkreditə olunmuş üzvlüyünə və “FİRST”

beynəlxalq təşkilatının tam hüquqlu üzvlüyünə qəbul edilmişdir. Bundan başqa İKT

sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə İTİDF-yə hər il mil -

yonlara  manat  vəsait  ayrılır.  Bununla  da  İKT  sahəsində  fəaliyyət  göstərən  bir

sahibkarlıq subyektlərinə güzəştli kredit verilir, həmçinin Fondun keçirdiyi qrant

müsabiqələrində qalib olmuşlara müvafiq vəsaitlər ödənilir [11].

Azərbaycanda informasiya iqtisadiyyatının və informasiya cəmiyyətinin hərtərəfli

bərqərar olmasında dövlət xidmətlərinin təqdimatının avtomatlaşdırılması prosesi

149

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


kimi çıxış edən elektron hökumət (e-government) institutunun rolu danılmazdır.

Ölkədə “Elektron hökumət” tərəfindən təqdim olunan onlayn xidmətlərin inkişafının

əsas meyarı kimi “bir pəncərə” prinsipi üzərində qurulmuş “elektron xidmətlər” por-

talı çıxış edir (www.e-gov.az saytına daxil olmaqla burada təklif edilən istənilən xid-



mətdən yararlanmaq mümkündür). Bu təsisatın məqsədlər çevrəsinə əhaliyə internet

şəbəkəsində inteqrasiyali formada xidmətlərin təqdimatı, hökumətin vətəndaşlara

və biznesə göstərdiyi xidmətlərinin optimallaşdırılması, vətəndaşların özünəxidmət

imkanlarının genişləndirilməsi və texnoloji məlumatlandırılmasının artırılması, iqti-

sadiyyatın  inkişafına  yardım  göstərilməsi,  coğrafi  yerləşmə  amilinin  mülayim-

ləşdirilməsi  və  informasiya  bərabərsizliyinin  aradan  qaldırılması  kimi  vəzifələr

daxildir.

“Elektron hökumət” müxtəlif rəsmi prosedurların sadələşdirilməsinə imkanlar

yaradaraq daha çox effektiv və daha az məsrəfli inzibatçılığı təmin edir, sənədlərin

dövriyyəsini optimallaşdırır, kargüzarlıq işlərinin kəmiyyətini azaldır, vergilərin

ödənişi,  statistik  hesabatların  təqdimatını  asanlaşdırır,  ictimaiyyətlə  hökumət

arasında  münasibətlərin  dəyişməsini  stimullaşdırır  və  bütövlükdə  ölkədəki

demokratikləşməni təkmilləşdirir [1, 3, 8 s. 32-39].

“Elektron  hökumət”in  məqsədlərinin  genişliklə  reallaşdırılması  informasiya

cəmiyyətinin  inkişafına  təkan  verəcəkdir.  Daha  çox  vətəndaşın  iştirak  etdiyi

idarəetmə formalarının yaradılması, insanların oxuyub-öyrənmək imkanlarının art-

ması, zaman maneələrini təcrid edən müqabil idraklı qanunların işlənməsi, seçicilərin

ölkənin idarəetmə proseslərində iştirakının yüksəldilməsi kimi istiqamətlərdə də

nailiyyətlər əldə olunacaqdır [3].

Hazırda ölkədə “Elektron hökumət” çərçivəsində normativ bazası “İnformasiya

əldə  etmək  haqqında” Azərbaycan  Respublikası  qanununa  əsaslanan  “Elektron

hökumət dövlət informasiya sistemi” layihəsinin reallaşdırılması həyata keçirilir. Bu

gün RYTN-nin AzDataCom, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə

Xidmətinin StateNet, Delta və Azərtelekom şirkətlərinin yüksək sürətli məlumatların

ötürülməsi şəbəkələri bütün ölkə ərazisini əhatə edir. Bu, sistemlər və dövlət orqan-

ları arasında elektron məlumat mübadiləsinin təşkilinə imkan verir [11].

“Elektron hökumət”in inkişafı üçün ölkədə elektron imza infrastrukturunun for-

malaşdırılmış və həmçinin mobil autentifikasiya sertifikatları mərkəzi yaradılmışdır.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin

dövlət  reyestrləri,  həmçinin  elektron  xidmətlər  reyestri  hazırlanmış  və  tətbiq

edilməkdədir. Bundan başqa “Elektron hökumət” portalından istifadəni genişlən -

dirmək  məqsədilə  ölkə  ərazisində  genişzolaqlı  xidmətlərdən  istifadə  imkanları

artırılır.  Bu  məqsədlə  “Hər  evə  optika”  prinsipi  əsasında  evlərin  optik  kabel-

ləşdirilməsi layihəsi reallaşdırılmaqdadır. Bundan başqa dövlət qulluqçularının İKT

üzrə bilik və bacarıqlarının artırılması, “Elektron hökumət”in tətbiqində onların işti-

rakının təmin edilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə



150

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə