Xülasə Tədqiqatın məqsədi Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix08.10.2017
ölçüsü165,64 Kb.
#3671
növüXülasə
1   2   3   4   5   6

yiyələnməsi, həmçinin əhalinin İKT, e-hökumət və e-xidmətlərlə bağlı biliklərini

artırması üçün Nazirlər Kabinetinin qərarı (17.12.2015-ci il tarixli 389 №-li) ilə

“Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC yaradılmışdır [13].

“Elektron hökumət” effektivliyini artıran mühüm cəhətlərdən biri də onun vasitəsi

ilə  göstərilən  xidmətlərlə  bağlıdır.  Hazırda  (01.10.2016-cı  il  tarixinə)  belə  xid-

mətlərin sayı 463-dür (Aİ standart olaraq 265 xidmətin elektronlaşması və əhali



tərəfindən istifadəsini irəli sürmüşdür). Onların 90%-dən çoxu “Elektron hökumət

portalı” vasitəsi ilə həyata keçirilir. Bu portalda istifadə edənlərin təkcə 2015-ci ilə

sayı isə 2,6 milyon nəfərdən çox olmuş və istifadəçilər tərəfindən 17,6 milyon dəfə

elektron xidmətlərə müraciət edilmişdir. Bundan başqa, 2015-ci ildə Açıq Hökumət

Məlumatları portalının təqdimat mərasimi keçirilmişdir. Hazırda bu portalda Ədliyyə

Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi,

Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Azərsu” ASC-yə məxsus 25

adda açıq hökumət məlumatları yerləşdirilmişdir. O da qeyd olunmalıdır ki, hazırda

dövlət xidmətlərinin elektron formada təqdimatı 30%, vətəndaşların elektron xid-

mətlərə çıxış imkanları 80% təşkil edir. Bu göstəricilərin 2020-ci ildə 100%-ə çat-

dırılması məqsəd olaraq qarşıda durur. Həmçinin, 2020-ci ildə elektron xidmətlərdən

istifadə edən vətəndaşların xüsusi çəkisinin də indiki 20%-dən 80%-ə qaldırılması

da əsas strateji hədəflər sırasındadır [11, 14].

“Elektron hökumət” institutu ilə bağlı daha böyük irəliləyişlər aparıcı iqtisadiy -

yatlara  malik,  informasiya  cəmiyyətinin  inkişaf  etdiyi,  İKT  istifadənin  geniş

yayıldığı ölkələrdə baş verir. Həmin təcrübədən isə digər ölkələr kimi Azərbaycan

da faydalanır. Bu baxımdan “Elektron hökumət” institutu ilə bağlı ayrı-ayrı inkişaf

etmiş ölkələrdəki təcrübəyə nəzər yetirdikdə aşağıdakıları görmək olar [4, 6, 8, 17]:

ABŞ-da bütün e-xidmətlər “Usa.gov” adlanan portalda inteqrasiya olunmuşdur.

Axtarış sistemi vasitəsilə müxtəlif dövlət qurumlarının verilənlər bazasına daxil olub,

istənilən məlumatı rahatlıqla əldə etmək məqsədilə hər bir istifadəçi üçün bütün

lazımi şərait yaradılmışdır.

Danimarkada  “Elektron  hökumət”in  portalı  bütün  sistem  iştirakçılarını  bir

şəbəkəyə birləşdirməklə yanaşı, həm də ölkə üzrə bütün pul köçürmələrini təmin

edən mərkəz funksiyasını yerinə yetirir. Bu ölkədə hər bir vətəndaş, dövlət idarəsi

və  şirkətlər  məktubların  daxil  olduğu  “E-Box”  adlı  şəxsi  elektron  poçtuna  ma-

likdirlər.

“Elektron hökumət” təsisatlandırılmasında lider olan dövlətlərdən biri Cənubi

Koreyada əhalinin mobil telefonların imkanlarından geniş yararlanması, xüsusən

IOS və Android əməliyyat sistemləri üçün mobil əlavələrdən geniş istifadə etməsi

və bütün ölkə ərazisində internetə girişin asanlığı zəmin olmuşdur.

“Bulud texnologiyalarının” daha çox inkişaf etdiyi Sinqapurda isə hökumətin

elektron xidmətlər şəbəkəsi “Sinqapur vətəndaşının portalı” vasitəsi ilə həyata keçi -

rilir və burada müəllimlər üçün “bulud” verilənlər mərkəzi yaradılmışdır.



151

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Macarıstanda dövlət qulluqçularının vətəndaşlarla fasiləsiz ünsiyyətini təmin edən

onlayn iş rejimli hakimiyyəti, “elektron demokratiya” adlı multifunksional xidməti

fəaliyyət göstərir.

Böyük Britaniya, Braziliya, Niderland, Yaponiya, Estoniya, İsrail, Lüksemburq,

Lixtenşteyn, Avstraliya, Yeni Zelandiya və Panamada da “Elektron hökumət” insti-

tutu genişliklə fəaliyyət göstərir. Bugünki reallıqlar sosial şəbəkələrdən istifadədə

davamlı dinamizmin olmasını göstərir. Bunu nəzərə alaraq bir çox ölkələr “Face-

book”, “Twitter” və digər bu kimi qloballaşan şəbəkələrdə öz rəsmi səhifələrini

açmaq zərurətində qalırlar. Statistika göstərir ki, belə ölkələrin sayı artıq 80-ə yaxın-

laşmışdır. Dünyanın 14 ölkəsi tərəfindən isə dövlət portallarında çatlar və ya dərhal

informasiya mübadiləsini təmin edən “IM”-xidmətlərı təqdim edilir. Dövlət orqanları

ilə vətəndaşlar arasında onlayn-mübadilə daha çox Latın Amerikası ölkələrində geniş

yayılmışdır [17, 18].

Bütün bunları da əsas götürərək Azərbaycabda “Elektron hökumət” infrastruktu-

run hərtərəfli inkişafı üçün bir sıra maneələrin açılması da vacibdir. Belə ki, elektron

xidmətlərin tətbiq sferası daim genişləndirilməli, onlayn rejimində təqdimatlarda

təhlükəsizlik və konfidensiallıq təmin edilməli, hüquqi norma və standartlar qəti

müəyyən olunmalı, xidmətlərin daha səmərəli göstərilməsi üçün onların sayı optimal

həddə gətirilməlidir.

Qeyd olunmalıdır ki, yaşadığımız dövrdə vətəndaş, biznes və dövlət arasında mü-

nasibətlərdə həyatı rol oynayan Elektron Hökumət təsisatı beynəlxalq səviyyədə in-

deksləşdirilir. Burada əsas indeks BMT-yə məxsus və ənənəvi olaraq təşkilatın hər

iki ildən bir nəşr etdiyi “E-Government Survey 2016” adlı hesabatında əksini tapan

dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini xarakterizə edən kompleks

göstərici - Elektron Hökumətin İnkişaf İndeksidir (The UN Global E-Government

Development Index - EQDİ). Həmin indeks İKT-dən istifadə əsasında vətəndaşlara

dövlət xidmətlərinin təqdimatında milli dövlət strukturlarının imkan və hazırlığını

qiymətləndirir. İnternet xidmətlərin əhatə dairəsi və keyfiyyəti səviyyəsi, İKT infra-

strukturunun inkişaf səviyyəsi və insan kapitalı olan üç tərkib hissə üzrə müəyyən-

ləşdirilir. İndeks üzrə ölkələr reytinqi çox yüksək, yüksək, orta, zəif olmaqla 4 qrup

üzrə təsnifatlandırılır. 2016-cı il hesabatına görə Azərbaycanın mövqeyini 12 pillə

artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib və əvvəlki hesabatdakı kimi “Yüksək”

EGDI ölkələr qrupuna daxil edilib. Azərbaycan, həmçinin MDB regionunda əvvəlki

hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib. İkinci müvafiq indeks isə

elektron hökumət xidmətlərinin vətəndaşların qərarların qəbul olunmasında iştiraka

cəlb edilməsinin nə dərəcədə səmərəli və faydalılığını əks etdirən göstərici - Elek-

tron-İştirak İndeksidir (E-Participation). Bu indeks üzrə meyarlar e-informasiya, e-

məsləhət,  e-qərarvermə  alt  göstəriciləri  əsasında  hesablanır. Təqdim  edilən  son

hesabatda  Azərbaycan  bu  göstəriciyə  görə,  dünya  ölkələri  arasında  30  pillə

irəliləyərək 77-ci yerdən 47-ci yerə, eyni zamanda MDB dövlətləri arasında 7-ci

152

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


yerindən 2-ci yerə yüksəlib. Hər iki indeks üzrə liderlik Böyük Britaniyaya məxsus-

dur. EGDI qrupunda 2-ci yeri Avstraliya, 3-cü yeri Koreya Respublikası, E-Partici-

pation qrupunda 2-ci yeri Yaponiya 3-cü yeri isə Avstraliya tutur [11, 18].

Azərbaycanda “Elektron hökumət” layihəsi uğurla həyata keçirməsi, onun geniş-

liklə  reallaşdırılması,  xüsusən  də  dövlət  orqanları  əməkdaşlarının  fəaliyyətinin

əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, elektron xidmətlərin

təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsini

təmin etmək üçün isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara

Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Bu agentlik va-

sitəsi ilə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçi -

rilməsini təmin edən milli brend - Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi

-  “ASAN  xidmət”  (Azerbaijan  Service  and  Assessment  Network)  mərkəzləri

yaradılaraq əhalinin istifadəsinə verilmişdir. ASAN xidmət genişliklə “Elektron

hökumət”lə qarşılıqlı əlaqə və fəaliyyətdə “bir qapı” prinsipli - yəni ayrı-ayrı dövlət

qurumlarının müxtəlif xidmətlərindən bir mərkəzdə eyni məkanda və eyni vaxtda

fiziki istifadə imkanlı təsisat olaraq çıxış edir. Agentliyin “Elektron hökumət”lə

qarşılıqlı əlaqəsini onun elektron xidmətlər reyestrinin operatoru funksiyasının yerinə

yetirilməsi daha da mükəmmələşdirir. Bütün bunlar isə məsrəflərin azalmasına,

yətərliklə vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığa və şəxsi rahatlığa şərait

yaradaraq dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafına

təkan verir [10, 11].

“Elektron hökumət” dövlətin vəzifələrini icra etmək üçün yaradılmış çox unikal

bir infastrukturdur. Bu mühüm yeni innovativ infrastrukturun dövlət xidmətlərinin

təqdimatının avtomatlaşdırılması prosesindəki və ümumilikdə informasiya cəmiyyə-

tinin  inkişafında  rolu  daim  artır.  “Elektron  hökumət”  cəmiyyət  qarşısında  yeni

tələblər qoyur və özünün strateji planda təkmilləşməsini şərtləndirir. Onun geniş tə-

sisatlandırılması strategiyasının səmərəliliklə reallaşdırılması isə iqtisadi nailiyyətləri

davamlı etməyə, ölkənin rəqabətqabiliyyətliyini artırmağa, mühüm sosial effektlərin

yaranışına geniş imkanlar açır.

Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğu istiqamətində təhlilləri dərin-

ləşdirərkən ölkənin müvafiq sahədə beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqət

yetirilməlidir.  Sahə  üzrə  beynəlxalq  səviyyədə  əməkdaşlığın  genişləndirilməsi

məqsədilə ayrı-ayrı ölkələrin aidiyyəti strukturları ilə əməkdaşlıq sazişləri imzalan-

mışdır.  Beynəlxalq  təşkilatlarla  qarşılıqlı  əməkdaşlığının  inkişaf  etdirilməsi  is-

tiqamətində görülmüş işlər nəticəsində 2014-cü ildə Koreya Respublikasının Busan

şəhərində keçirilmiş BTİ Səlahiyyətli Konfransında Azərbaycan ilk dəfə olaraq İtti-

faqın Şurasına üzv seçilmişdir [11, 18].

Hər il Bakıda beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sər-

gisi və konfransı təşkil edilir. Buraya müxtəlif ölkələrdən sərgi iştirakçıları və nü-

mayəndələr  gəlirlər.  2015-ci  ilin  sonunda  isa  sayca  21-ci  olan  “BakuTel-2015”



153

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisi və konfransı

keçirmişdir. O da qeyd olunmalıdır ki, 2012-ci ildə Bakıda 18-ci “BakuTel-2012”

beynəlxalq  telekommunikasiya  və  informasiya  texnologiyaları  sərgi-konfransı

çərçivəsində BMT ilə RYTN-in birgə təşkilatçılığı ilə çox nüfuzlu olan bir beynəl -

xalq yığıncaq - 7-ci İnternet İdarəçilik Forumu da keçirilmişdir [11].

Azərbaycan informasiya iqtisadiyyatı quruculuğu və informasiya cəmiyyətinə

keçidi uğurları hər beynəlxalq reytinq təşkilatları tərəfindən qiymətləndirilir. Ölkədə

İKT sektorunun sürətli inkişafı fonunda beynəlxalq təşkilatların hesabatlarında Azər-

baycan öz mövqeyini ilbəil daha da möhkəmləndirir. 2015-ci ildə Dünya İqtisadi

Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2015” hesabatında Azərbaycan

“Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə dünyanın 143 ölkəsi arasında 57-ci yeri,

həmin təşkilatın “Qlobal rəqabətqabiliyyətlilik 2015-2016” hesabatında “Qlobal

Rəqabətqabiliyyətlilik İndeksi” üzrə dünyanın 140 ölkəsi arasında 40-cı yeri, BTİ-

nin “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında “İKT İnkişaf İndeksi”nə

görə 166 ölkə arasında 67-ci yeri tutmuşdur [11]. Bundan əlavə Beynəlxalq Telekom-

munikasiya İttifaqının (BTİ) “The State of Broadband” adlı yeni hesabatında Azər-

baycanın 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı

yerə irəliləyib.[18] Bu reytinq göstəricilərinə nəzər saldıqda, bir daha Azərbaycanın

nəinki Cənubi Qafqazın, regionun və MDB dövlətlərinin, hətta, Şərqi Avropanın,

habelə Mərkəzi Asiya, Yaxın və Orta Şərqin lider iqtisadiyyatlı ölkələri sırasında

qərarlaşdığı yəqin edilir.

4. Nəticə

Azərbaycanda informasiya iqtisadiyyatının təşəkkülü və mövcud vəziyyətinin

təhlili  üzrə  tədqiqatlar  göstərir  ki,  ölkədə  aparılan  məqsədyönlü  dövlət  siyasəti

nəticəsində İKT və yüksək texnologiyalar sektorlarında hər üç ildə 2 dəfə artım baş

vermişdir. Burada orta illik artım tempi son 8-10 ildə 20-25% təşkil etmişdir ki,

həmin göstərici üzrə Azərbaycan ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır.

Sahələrin davamlı investisiyalaşdırılması nəticəsində 2025-ci ildə Azərbaycanda yal-

nız İKT sektorundan əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər

olacaq və növbəti illərdə isə bu gəlirləri də üstələyəcəkdir. İşlərin rəvan gedişində

qarışadıkı 10-12 il ərzində İKT sektorunun ÜDM-dəki tutumunun daha da artaraq

hətta 10%-i keçəcəyi proqnoz edilir. Bunun üçün müvafiq illər ərzində davamlı in-

vestisiyalaşmanı (təqribi hesablamalara görə 10 milyard ABŞ dollarından çox) sti -

mullaşdırmaqla  İKT  sektoru  bir  neçə  dəfə  genişlənməli  və  sahədən  əldə  edilən

gəlirlər ən azı 12-15 milyard ABŞ dollarına qədər yüksəlməlidir. Belə olan təqdirdə

istehsal sahəsinin İKT strukturunda 9,6%-lik payının həmin dövrdə 25-30%-ə yük-

səlməsi gözləniləndir. Bütün bunları yetərli təmin etmək üçün isə iqtisadiyyatın həm

də digər sektorlarda İKT-nin tətbiqi ilə bağlı adekvat layihələrin həyata keçirilməsi

154

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


genişləndirilməli, müvafiq sahəvi infrastruktur daha da təkmilləşdirilməli, telekom-

munikasiya, xüsusən də genişzolaqlı internet inkişaf etdirilməlidir. Bu həm də onunla

əsaslandırılır ki, İKT hazırlığı ilə rəqabətqabiliyyətlilik səviyyəsi arasında sıx bağlılıq

mövcuddur.  O,  ölkələrdə  ki,  İKT  sektoru  inkişaf  etmişdir,  orada  rəqabətqa-

biliyyətlilik də nisbətən yüksəkdir. Belə ki, İT uzunmüddətli perspektivdə iqtisadiy -

yatın  effektivliyini  yüksəldir,  genişzolaqlı  rabitəyə  yönələn  10%-lik  investisiya

artımları  müvafiq  qiymətləndirmələrdə  ÜDM-in  0,6-0,7%  tempdə  artırır.  Bu

məqsədlərə nail olmaq üçün İKT sektorunda ixracyönümlü istehsalın stimullaşdırıl-

ması,  vergi  güzəştlərinin  tətbiqi  və  gömrük  rüsumlarının  optimallaşdırılması,

rentabelliliyi  və  reinvestisiya  imkanlığı  ilə  fərqlənən  fiberoptik  infrastrukturun

inkişafı və digər bu kimi məsələlərin həlli də diqqətdən yayınmamalıdır. Bununla

belə,  yenin  hədəflərə  yetişmək  üçün  yüksək  texnologiyalarının  inkişafını

sürətləndirməklə innovasiya iqtisadiyatına əsaslı keçid də təmin olunmalıdır.

Ədəbiyyat siyahısı

1. Akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr edilmiş “Azərbaycan

iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Respublika elmi-

praktiki konfransının materialları Milli inkişaf modelinin formalaşması problem-

ləri”. (2010). АMEА-nın İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı,

Beynəlxalq İqtisadçılar İttifaqı, Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı:

“Şərq-Qərb”, 982 s.

2. İ. Kərimli, N.Süleymanov. (2001). Milli iqtisadiyyatın əsasları. Bakı: 295 s.

3. Hacızadə M.E. (2013). İnformasiya-kommunikasiya texnologiyaları və “Azər-

baycan 2020” hədəfləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə

həsr olunmuş iqtisadiyyat üzrə magistrantların beynəlxalq Bakı forumu məruzələr.

ADİU. Bakı: “İqtisad Universiteti”. 

4. Hajizadeh M.E. (2014). E-government and its features in Azerbaijan. Collection

of scientific articles. “Scientific enquiry in the contemporary world: theoretical

basiсs and innovative approach”. Issue 3, Volume 2. San Francisco, California,

USA, B&M Publishing: Research and Publishing Center “Colloquium”,  0,6 p. 



155

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


5. Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. (2000). Мировая энер-

гетика и переход к устойчивому развитию, Новосибирск: Наука, 433 с.

6. Горбенко, А.О. (2012). Информационные системы в экономике. М.: БИНОМ.

ЛЗ, 292 c.

7. Самедзаде З.А (2004). Этапы большого пути - Экономика Азербайджана за

полвека, её новые реалии и перспективы, Баку: Издательско-полиграфиче-

ский Центр “НУРЛАР”, 936 с.

8. Электронные  правительства:  потенциал  и  практическое  использование.

(2009). / под ред. Ивановой Г.Р. М.: Знание, 329 c.

9. Гаджизаде М.Э. Особенности формирование информационной экономики

и ее перспективы развития Азербайджане. Международный научный жур-

нал “Актуальные проблемы экономики, социологии и права”. (2015). № 2.,

Россия, Ставропольский край, Пятигорск 0,9 п.л. 

10. www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

11.  www.mincom.gov.az  -  Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək

Texnologiyalar Nazirliyi

12. www.economy.gov.az - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi.

13. www.e-qanun.az. - Azərbaycan Respublikasının qanunvericilik aktları.

14. www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

15. http://rabitadunyasi.info.az/News/?lang=az&newsId=641 - İnformasiya iqtisa-

diyyatının formalaşmasında innovasiyalar: onların rolu və mahiyyəti. R.Əliqu-

liyev, Ə.Əliyev

16. www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

17. www.weforum.org - Beynəlxalq İqtisadi Forum - Davos Forumu

18. www.itu.int - Beynəlxalq Telekommunikasiya İttifaqı.

19. http://www.iaea.org - BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi.



156

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Гаджизаде Махмуд Эльшан оглы

диссертант, Научно-Исследовательский Институт Экономических Реформ



Формирование информационной экономики в Азербайджане:

исторический аспект, нынешнее состояние и тенденции развития

Аннотация

Цель исследования – исследование формирования информационной эконо-

мики в Азербайджане с исторического аспекта, оценка нынешнего состояния

и обоснование ее основных тенденций развития.

Методология исследования – системный подход, анализ, включающий фак-

торы и сравнения.



Результаты исследования – ретроспективый и перспективный анализ и

оценка информационной экономики и формирования информационного об-

щества.

Ограничения исследования – ограничения не предусмотрены.

Практическая значимость исследования – возможность применения в раз-

работках  и  исседованиях  в  сфере  высоких  информационных  технологий  в

Азербайджане.  

Оригинальность и научная новизна исследования – анализ и оценка взаимо-

действия информационно-коммуникационных технологий и высоких техноло-

гий в Азербайджане.

Ключевые слова: информационная экономика, информационно-коммуни-

кационные технологии, высокой технологии, электронное правительство.

157

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Hajizadeh Mahmud Elshan oglu

Ph.D student, Scientific Research Institute of Economic Reforms



Formation of information economy in Azerbaijan: historical aspect, 

present condition and development tendencies

Abstract

Purpose – formation of information economy in Azerbaijan from historical aspect,

assessment of a present condition and reasons for its main tendencies.



Design/methodology – the system approach, factor analysis and comparisons.

Findings – retrospective and perspective  analysis and estimation of the informa-

tion economy and the information society.



Research limitations – lack.

Practical implications – the possibility of applying to the development and re-

search in the field of information and high technologies in Azerbaijan



Originality/value – analysis and estimation of interplay between information and

communication technologies and high technologies in Azerbaijan.



Keywords: information economy, information and communication technologies,

high technologies, E-government.

JEL Classification Codes: D8, D83, E21, L86.

Məqalə redaksiyaya daxil olmuşdur: 05.06.16.

Təkrar işləməyə göndərilmişdir: 12.06.16.

Çapa qəbul olunmuşdur: 26.08.16.



158

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016

Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə