Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl



Yüklə 248,72 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix08.10.2017
ölçüsü248,72 Kb.
#3665
növüXülasə
1   2   3   4   5   6   7   8   9

1.  İstilik  Elektrik  Stansiyalarında  -  (İES) karbohidrogenlərin  yandırılması

nəticəsində alınan istilik enerjisi vasitəsilə su qızdırılmış istilikdaşıyıcıya (buxara)

çevrilir,  o  isə  öz  növbəsində  enerjini  elektrik  cərəyanı  generatorunun  rotorunu

hərəkətə gətirən turbinə verir və elektrik enerjisi istehsal olunur. İstilik elektrik stan-

siyalarının 60%-i daş kömürlə işləyir ki, bu göstərici CAR-da 100%, Avstraliyada

75%, Almaniya və ABŞ-da isə 50%-dən çoxdur. Son illərdə istilik elektrik stan-

siyalarında qaz resurslarından istifadə genişlənməkdədir.

2. Su Elektrik Stansiyalarında - (SES) xüsusi təyinatlı böyük diametrli borular

vasitəsilə sürətlə axan suyun turbini hərəkətə gətirməsi nəticəsində elektrik enerjisi

istehsal edilir. Dünyada ən iri SES Çində Yansızı çayı üzərində inşa edilmişdir. Bu

stansiyanın gücü 22,4 min MVt-dir. Parana çayı üzərində (Braziliya - Paraqvay)

olan «İtaypu» SES-in gücü isə 18 min MVt-dir [3, 22, 23, 28].

Yeni enerji alternativlərinin palitrası isə geniş spektrlidir. Burada hazırda ənənəvi

enerji mənbələri ilə (biokütlə, oduncaq, neft, qaz, daş kömür, yanar şist, torf, nüvə)

yanaşı, yeni enerji alternativləri (günəş, külək, geotermal, hidrogen, dalğaların,

dəniz lərin qabarma və çəkilməsi enerjisi) də yer alır. Lakin enerji istehsalının opti-

mallaşdırılması istiqamətində geniş miqyaslı elmi-tədqiqat işlərinin aparılmasına

baxmayaraq, energetikanın yeni inkişaf mərhələsində təbii enerji resurslarının payı

yenə də yüksək olaraq qalmaqdadır. Hazırda dünya energetikasında əsas yeri üzvi

yanacaqla işləyən İES-lər tutur. Elektrik enerjisi istehsalında onların payı təqribən

60%-dən çox, SES-lərin  payı 20%, atom elektrik stansiyalarının (AES) payı isə 16%

həcmindədir. [13, 17, 28].

Bütün bunlarla yanaşı, hazırda tədqiqatlar bərpa olunan enerji mənbələrindən

səmərəli istifadə perspektivliyinə yönəlmişdir. Lakin müvafiq istiqamətdə texnoloji,

rentabellilik və sair bu kimi bir sıra spesifik problemlər hələ də qalmaqdadır. Belə

ki, çaylar və termal enerji mənbələri planetin fasiləsiz enerji təminatına o qədər də

adekvat deyildir. Bir sıra mülahizələrə görə artan su anbarları yer kürəsinin hərəkət

ritminə təsirir göstərərək planetar təhlükə yaradır. Külək enerjisinin (külək vasitəsilə

pər rotoru hərəkətə gətirərək elektrik cərəyanının yaranmasına səbəb olur) ənənəvi

enerji mənbələrinə nisbətdə coğrafi, güc və iqtisadi rəqabətqabiliyyətliliyi, hələ ki,

üs tünlük ala bilmir. Günəş enerjisi (Günəş enerjisinin fotoelementlər vasitəsilə bir-

başa elektrik enerjisinə çevrilməsi) ilə bağlı da hələ ki, çoxsaylı problemlər mövcud-

dur.


Bir cəhəti də xüsusi olaraq vurğulamaq lazımdır ki, nəqliyyatla təsərrüfat həya -

tının digər sahələrinin energetik istehlak payı yetərli fərqlidir. Belə ki, bütün avto-

mobillər elektrik stansiyalarında istehsal olunan enerjidən 2 dəfə çox resurs istehlak

edir. Hidrogendən (H) yanacaq kimi istifadə edilməsi də prioritet məsələdir. Məlum-

dur ki, hidrogen kainatda ən geniş yayılmış maddədir. Planetdə intəhasız həcmdə

yayılmış su (H



2

O) molekulunu parçalamaqla hidrogen almaq olar. Eyni zamanda,

metanın (CH



4

) parçalanmasından da hidrogen əldə edilir. Lakin hər iki halda proses

S.Səməndərov. Azərbaycanın sovetləşdirilməsinin ilk illərində  N.Nərimanovun ictimai-siyasi hadisələr kontekstində...

108


E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  


enerjitutumlu olduğundan, geniş sənaye istehsalında yerini tapmamışdır. [6, s. 235-

244].


Alternativ  enerji  mənbələrinin  axtarışı  və  ram  edilməsi  ilə  yanaşı,  mövcud

resursların səmərəli istifadəsi və istismarı sahəsində də tədqiqatlar davam etdirilir.

Son zamanlar neft və qazın alternativi kimi, ekoloji baxımdan üstün hesab edilən

etanoldan geniş istifadə edilir. Etanol adi şərab spirtidir (C



2

H

5

OH). Onu istənilən

şəkər tutumlu xammaldan - şəkər qamışı və çuğunduru, oduncaq, qarğıdalı, buğda,

arpa və digər bu kimi bitkilərdən almaq mümkündür. Bir ton qarğıdalıdan 400 litrdən

artıq etanol alınır. Hazırda dünyanın bir çox ölkələrində etanol istehsalı avtomobil

yanacağı sferasına daxil olmuş və proses yeni hibrid yanacaqlı avtomobillər nəslini

ərsəyə gətirmişdir. Bu məqsədlə dünyada, əsasən də, nəhəng şəkər qamışı plan-

tasiyaları olan Cənubi Amerika ölkələrində minlərlə xüsusi etanol satışı ilə məşğul

olan yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir (məs., Braziliyada avtomobil-



lərin təqribən 40%-i etanolla işləyir) [2, 22, 28]. Lakin yeyinti məhsullarından

yanacaq kimi istifadə edilməsinin dünyada ərzaq qıtlığına səbəb ola biləcəyi ehti-

malının mövcudluğundan mütəxəssislər bu məsələyə ehtiyatla yanaşırlar.

Analitik şərhi verilən bu perspektiv enerji alternativləri göstərir ki, bəşər siviliza-

siyasının  enerji  təhlükəsizliyi  heç  də  ümidsiz  deyildir  və  bu  istiqamətdə  elmi

tədqiqatlar daha geniş vüsət alır, miqyaslı investisiya layihələri həyata keçirilir.

Dünya energetikasının aparıcı dövlətləri əlverişli və rentabelli enerji növü olaraq

nüvə enerjisindən istifadəni optimallaşdırır və investisiyaların önəmli hissəsi prob-

lemin ən səmərəli elmi həllinə yönəldilir.

3. Nüvə energetikası: reallıqlar və perspektivlər

Nüvə enerjisi bir çox ölkələrin energetik balansının əsas hissəsini təşkil edir. Belə

ki,  hazırda Fransada elektrik enerjisi istehsalında, demək olar ki, neftdən istifadə

olu n mur. Burada AES-lər ölkə elektrik enerjisinin 77,7%-ni verir. Enerji istehsalında

AES-lərin  pay  əhəmiyyətinə  görə  Ukrayna  (45%), Almaniya  (32%),  Yaponiya

(25%), İngiltərə (23,7%), ABŞ (19,3%) və Rusiya (16,5%) fərqlənirlər. Yeni irəliləyiş

templəri əldə edən Çin Xalq Respublikasında isə bu pay hələlik 2,2% təşkil edir [22,

24, 29].


İlk  nüvə  reaktoru  Enriko  Ferminin  (1901-1954)  rəhbərliyi  ilə  1942-ci  ildə

Çikaqoda yaradılmışdır. İtaliyadan ABŞ-a mühacirət edən E.Fermi ilk uran-qrafit

tipli nüvə reaktorunu inşa etmiş (45 ton təbii urandan və 450 ton qrafitdən ibarət)

və onda müvafiq nüvə reaksiyasını həyata keçirmişdir. E.Fermi ilə yanaşı, bu sahədə

həm birlikdə və həm də ayrı-ayrılıqda çoxsaylı elmi simalar fəaliyyət göstərmiş, XX

əsrin böyük tarixi dönüş reallığını bəşəriyyətin ümumi xidmət və istifadəsinə təqdim

etmişlər [2, 15, 28].

Atom enerjisinə əsaslanan ilk sənaye əhəmiyyətli enerji qurğusu isə 1954-cü ildə

109

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə