Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl



Yüklə 248,72 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix08.10.2017
ölçüsü248,72 Kb.
#3665
növüXülasə
1   2   3   4   5   6   7   8   9

keçmiş SSRİ-nin Obninsk şəhərində 5 MVt gücündə AES-in istifadəyə verilməsi ilə

təşəkkül tapmışdır. İkinci sənaye əhəmiyyətli AES (46 MVt gücündə)1956-cı ildə

Böyük Britaniyada, növbəti ildə isə ABŞ-da (60 MVt gücündə)  fəaliyyətə başlamış

və bununla da atom enerjisindən dinc məqsədlər üçün istifadənin əsası qoyulmuşdur.

Artıq ötən əsrin 80-ci illərində dünyada reaktorların sayı artaraq 300-ü ötmüş və

ümumi gücü 200 min MVt-ni haqlamışdır. Hazırda isə 33 ölkədə ümumi gücü 375

min MVt olan 442 nüvə reaktoru fəaliyyət göstərir. Burada istehsal olunan elektrik

enerjisinin həcmi 2011-ci ildə 2700 milyard kVt/saat təşkil etmişdir. Enerji gücü

baxımından  nüvə  elektroenergetikası  üzrə  dünyada ABŞ  (836,63  mlrd  kVt.s/il),

Fransa (439.73 mlrd kVts/il), Yaponiya (263,83 mlrd kVts/il), Rusiya (160,04 mlrd



kVts/il), Cənubi Koreya (142,94 mlrd kVts/il) və Almaniya (140,53 mlrd kVts/il) li -

derlik edirlər [9, 23]. (Cədvəl 1 ayrı-ayrı ölkələr üzrə nüvə energetikası ilə bağlı



məlumatları əks etdirir).

Bundan başqa, dünyanın 56 ölkəsində 250-yə qədər təcrübə reaktoru, təqribən

140 suüstü və sualtı gəmini hərəkətə gətirən 180 nüvə enerjisi  reaktoru fəaliyyət

göstərir.



4. Atom elektrik stansiyaları: texnoloji sistem və iş prinsipi

Atom  elektrik  stansiyası  (AES)  nüvə  enerjisini  elektrik  enerjisinə  çevirən

mürəkkəb qurğudur. AES-lər bir, iki və üç dövrəli (konturlu) olur. İş prinsipinə görə,

AES-ləri istilik elektrik stansiyalarına aid etmək olar. Stansiyada yüksək temper-

aturlu buxar karbohidrogenlərin yandırılmasından deyil,  idarə olunan nüvə reak-

siyası zamanı ayrılan istiliyin hesabına əldə edilir. Bu qurğuda istilikayırıcının,

isti lik daşıyıcının, turbin və elektrik cərəyanı generatorunun ümumi işi nəticəsində

elektrik enerjisi istehsal edilir.

Nüvə reaktorunda - güclü mühafizəedici təbəqə ilə əhatələnmiş şaquli slindirvari

qurğuda idarə olunan nüvə reaksiyası zamanı uran-235 atomu (92U235 izotopu) sər-

bəst neytronla qarşılıqlı təsirdə olaraq hissələrə bölünür. Bu zaman bölünən hər bir

atomdan yeni neytronlar meydana çıxır və bu neytronlar öz növbəsində başqa atom-

larla qarşılıqlı təsirdə olaraq onların bölünməsinə səbəb olur. Nəticədə daha böyük

miqdarda neytron seli yaranır. Belə reaksiyalar zəncirvari nüvə reaksiyası adlanır və

reaksiyanın gedişi zamanı böyük miqdarda istilik enerjisi ayrılır və həmin enerjidən

suyun buxara çevrilmsi üçün istifadə olunur.

İstifadə olunma xüsusiyyətlərinə görə nüvə reaktorları təcrübi, tədqiqat, izotop

və energetik reaktorlardan ibarət olur [16, s. 268-284]:

təcrübi reaktorlar nüvə reaktorlarının layihələndirilməsi və istismarı üçün vacib



olan müxtəlif fiziki kəmiyyətlərin hesablanması üçün istifadə edilir. Bu reak-

torların gücü bir neçə kVt-dən çox olmur;

tədqiqat reaktorlarında aktiv zonada yaranan neytron və γ - kvant seli nüvə



110

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  




111

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.





Ölkə

Fəaliyyətdə olan

İnşa edilən

Reaktor-

ların sayı

Ümumi güc

(MVt)



Reaktor-

ların  sayı

Ümumi güc

(MVt)

1

ABŞ


104

100,747


1

1,165


2

Fransa


58

63,130


1

1,600


3

Yaponiya


54

46,823


2

2,650


4

Rusiya


32

22,693


11

9,153


5

Koreya Respublikası

21

18,665


5

5,560


6

Hindistan

20

4,391


5

3,564


7

Böyük Britaniya

19

10,131


2

1,900


8

Kanada


18

12,569


x

x

9



Almaniya

17

20,490



x

x

10



Ukrayna

15

13,107



2

1,900


11

Çin


13

10,048


27

27,230


12

Tayvan


6

4,980


2

2,600


13

İsveç


10

9,303


x

x

14



İspaniya

8

7,514



x

x

15



Belçika

7

5,926



x

x

16



Çexiya

6

3,722



x

x

17



İsveçrə

5

3,238



x

x

18



Finlandiya

4

2,716



1

1,600


19

Macarıstan

4

1,189


x

x

20



Slovakiya

4

1,792



2

782


21

Bolqarıstan

2

1906


2

1906


22

Brazilya


2

1,884


1

1,245


23

CAR


2

1,800


x

x

24



Meksika

2

1,300



x

x

25



Rumıniya

2

1,300



x

x

26



Argentina

2

935



1

692


27

Pakistan


2

425


1

300


28

Sloveniya

1

666


x

x

29



Hollandiya

1

487



x

x

30



Ermənistan

1

375



x

x

31



Litva

2

2370



1

900


32

İran


x

x

1



915

33

KXDR



x

x

1



1040

Cəmi

442

374 958

65

63 762

Cədvəl 1.  Dünya nüvə energetikası (2011-ci il)

Mənbə: http://www.iaea.org saytının məlumatları əsasında müəlliflər tərəfindən işlənmişdir.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə