Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl



Yüklə 248,72 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix08.10.2017
ölçüsü248,72 Kb.
#3665
növüXülasə
1   2   3   4   5   6   7   8   9

terium  və  tritium olan kiçik həcmli yanacağı ifrat güclü lazer şüası və ya yüksək

enerjili zərrəcik (ion, elektron) seli ilə qısamüddətli qızdırmaqla əldə etmək nəzərdə

tutulur. Belə şüalanma ardıcıl istilik-nüvə mikropartlayışlarının baş verməsinə səbəb

olur.


Beləliklə, idarəolunan istilik-nüvə reaksiyasının həyata keçirilməsi üçün əsas şərt

əvvəlcə milyonlarla dərəcə temperatura qədər qızdırılmış plazmanın əldə edilməsi,

sonra reaksiyanın baş verməsi üçün həmin plazmanın müəyyən zaman kəsiyində

qorunub saxlanılmasıdır. Lakin belə yüksək temperaturlu plazma ilə təmasda ola

bilən bir maddə mövcud deyil. Bu problemin aradan qaldırılması üçün plazmanı

reaksiya zonasında maqnit sahəsi ilə termoizolyasiya etmək nəzərdə tutulur.

İstilik-nüvə enerjisinin alınması prosesində çətin tədqiqatlara əsasən müəyyən

edilmişdir ki, müvafiq layihələri heç bir dövlət təkbaşına yerinə yetirə bilməz və bu-

rada hökmən ümumi səylər, birgə elmi-texniki və maliyyə potensialı ortaya qoyul-

malıdır. Buna görə də hazırda istilik-nüvə energetikası sferasında  “Beynəlxalq

Eksperimental İstilik-nüvə Reaktoru”nun - İTER (ingiliscə - International Ther-

monuclear Experimental Reactor) layihəsi üzrə fəaliyyət reallaşmaqdadır [17, 23].

Hazırda sənaye əhəmiyyətli istilik-nüvə reaksiyası həyata keçirilməmiş və İTER

tikintisi hələlik ilkin mərhələdədir. Bu qurğuda yüksək temperaturlu plazmanın

müəyyən xüsusiyyətləri və sənaye reaktorunun konstruksiya materiallarının tədqiqi

nəzərdə tutulur. Sonra isə sənaye əhəmiyyətli reaktorun prototipi yaradılaraq yüksək

temperaturlu plazmanı əldə edərək konstruksiya materiallarının yararlılığını sübut

etmək və s. texnoloji problemlərin həlli zəruridir. Lakin bu sahədə aparılan elmi

tədqiqatlarda irəliləyişlər əldə edilsə də, daim yeni texniki problemlər qarşıya çıxır.

İlk sənaye əhəmiyyətli idarəolunan istilik-nüvə reaktorunun yaradılması təqribən

2040-cı ildən sonraya proqnozlaşdırılır.



8. Nüvə enerjisindən istifadənin perspektivliyi

AEBA-nın proqnozlarına görə, AES-lərin inkişaf sürəti yaxın onillikdə o qədər

də yüksək olmayacaqdır. Reallıqlar isə belədir ki, təhlükəsizlik aspektinə baxmaya -

raq nüvə enerjisindən istifadə daha da geniş xarakter alır  və  “Nüvə energetik klubu”

üzvlərinin sayı artır. Bu təyinatın isə öz özəllikləri vardır. Belə ki, atomun parçalan-

masından alınan enerji, mənbəyinə görə, fiziki tükənməzdir. Lakin qəza riski kəskin

ekoloji fəsadlıdır. Daim ətrafımızda mövcud olan təbii radioaktiv fonun cüzi artımı

belə arzuedilməz haldır. Məhz buna görə də onun istehsalının təhlükəsiz istismarı

istiqamətində böyük sərmayələr xərclənməkdədir. İndi bu sistemin fəaliyyəti daha

çox nəzarətə götürülmüş, onun təhlükəsizliyi istiqamətində növbəti texnoloji uğurlar

əldə olunmuşdur və həmin işlər davam etdirilir. [23].

Nüvə enerjisi ilə bağlı vəziyyət ötən əsrin 90-cı illərində məyusedici idi. Bu

məyusluğun da yetərli əsasları olmuşdur. Çernobıl faciəsinin müdhiş qorxusu AES-

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

123



lərə olan inamı səngitmiş, atom enerjisindən dolğun istifadə perspektivini kölgəyə

sürükləmişdir. Həmin AES-də baş vermiş hadisə kütləvi insan tələfatı ilə nəticələnən

yeganə nüvə reaktoru qəzasıdır. Bu qəza nüvə energetikasının reputasiyasına çox

ciddi zərər yetirmişdir. Fukusima-1 AES-də baş verən hadisə də bu proseslərdə ciddi

səngimələrə səbəb olmuşdur. Bir sıra ölkələr, xüsusən də, Almaniya özünün nüvə

enerjisindən istifadə  strategiyasını götür-qoy etməyə məcbur olmuşdur.

Terror təhlükəsinin mövcudluğu da nüvə reaktorları olan dövlətlərdə daha geniş

mühafizə tədbirlərinin görülməsi istiqamətində işləri gücləndirmişdir. Hazırda bir

sıra sənaye ölkələrində “yaşıllar” nüvə enerjisindən istifadənin əleyhinə çıxsalar da,

proses irəliləyişini davam etdirir. Belə ki, İsveçrədə 2003-cü ildə keçirilən referen-

dum AES-lərin bağlanmasına yox dedi. İsveçdə də əhalinin 80%-i AES-lərin is-

tismarının davam etdirilməsini və genişləndirilməsini istəyir. Araşdırmalar göstərir

ki, ABŞ əhalisinin də 2/3 hissəsi atom enerjisindən istifadəyə müsbət yanaşır.

Nüvə energetikası dünya iqtisadiyyatının qlobal problemləri sırasında qalmaqda

davam  edir.  Nüvə  təhlükəsizliyi  məsələsi  nüvə  silahının  və  müvafiq  energetik

sahənin yaranışı ilə eyni vaxtda beynəlxalq mühafizəyə götürülmüş və konkret olaraq

1957-ci ildə atom enerjisindən dinc məqsədlər üçün istifadə istiqamətində əmək-

daşlığın inkışafı missiyasını daşıyan AEBA təsis edilmişdir. Nüvə təhlükəsizliyi ilə

bağlı son üç ildə artıq iki beynəlxalq sammit keçirilmişdir. 2012-ci ilin mart ayında

Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sam-

mitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. Dövlə-

timizin başçısı çıxışında bildirmişdir ki, «Azərbaycan nüvə təhlükəsizliyini təmin

edən norma və standartların formalaşdırılması işində AEBA-nın oynadığı rolu vacib

hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə

uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis et-

diyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi va-

sitəsilə daha da genişləndirmək əzmindəyik». Prezident İlham Əliyev həmçinin qeyd

etmişdir ki, «Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək

transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təh-

lükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam

dəstəkləyir. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda

köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor

stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mən-

bəyidir.  Belə  ki,  son  illərini  yaşayan  reaktor  soyudulması  üçün  zəruri  olan  su

resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı

Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Met-

samor reaktorunu “ən köhnəlmiş və ən etibarsız” hesab etmişdir. Bununla belə, biz

nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional

nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini

təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibar-

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  

124



lılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların

qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula

bilər» [21].

Bütün  bunlar  bir  daha  onu  göstərir  ki,  nüvə  energetikası  problemi  getdikcə

beynəlxalq ictimayyətin daha çox diqqət və tələbləri sırasında möhkəmlənir və bu

sahədə inkişaf meyilləri ekosivil və modern texnoloji aspektlərdə irəliləyiş tapır.

Azərbaycanın da bu dəyərlərdən faydalanması üçün mühüm zərurətlər və imkanlar

görünür [4, 28].



9. Enerji təhlükəsizliyi və milli energetik strategiya

Enerji müstəqilliyi və enerji təhlükəsizliyi bol enerji resurslu Azərbaycan Res -

publikası üçün də həyati əhəmiyyətli bir məsələdir. Geoloji əsaslandırmalar göstərir

ki, Azərbaycanda 2-3 milyard ton neft, 2,6 trilyon m

3

qaz, 25-27 milyon ton kömür,



400-450 milyon ton yanar şist ehtiyatı vardır. Hazırda ölkəmizdə layihə gücü 6,4

min, faktiki gücü isə 4,5 min MVt olan, istehsal konfiqurasiyası 83:17 nisbətli 13

İES və 5 SES fəaliyyət göstərir və ildə orta hesabla 20-23 milyard kVts elektrik en-

erjisi istehsal olunur. Bu güc  ümumilikdə Gürcüstan və Ermənistanın elektrik ener-

jisi potensialından (ümumi güc 1,7 min MVt) 3-4 dəfə çoxdur. Lakin bütün bu enerji

təhlükəsizliyinin  təminat  potensialına  baxmayaraq,  iqtisadiyyatın  inkişafı  və

genişlənən sosial təminatlılıq qarşıya artan enerji istehlakı tələbini qoyur [1, 23, 27].

Hesablamalara görə, yaxın perspektiv üçün respublikanın təbii qaza olan tələbatı ar-

taraq 12-14 milyard m

3

təşkil edəcəkdir. Elektrik enerjisinə görə isə bu tələb 8-10



min MVt-yə bərabər olacaqdır. Bütün bunlar  iqtisadiyyatın aparıcı sahəsi olan enerji

sektorunda aparılan islahatların daha da dərinləşməsinə və təkmilləşdirilməsinə

əsaslı zəmin yaradır [5, 8, 14]. Araşdırmalar göstərir ki, respublikada iqtisadi artımın

davamlı təminatı enerji sektorunda yeni istehsal güclərinin buraxılışı və sahəvi is-

tehsal infrastrukturunun yeniləşməsinin həyata keçirilməsi ilə yüksək səmərəli ola-

caqdır [3, 12].

Enerji təhlükəsizliyi vaxt çərçivəli dövri bir məsələ deyildir. O, çox uzaq zaman

hədəflərini əhatə edən milli və dövləti bir vəzifədir. Buna görə də enerji resurslarının

səmərəli bölgüsü, istifadəsi və başlıca olaraq artırılması, gələcək nəsillərə transfor-

masiyası  çox  mühüm  və  vacibdir.  Artırma  və  transformasiya  prosesində  isə

əsaslandırmağa cəhd etdiyimiz kimi, gələcəkdə nüvə enerjisindən istifadə strate-

giyasına da bu istiqamətdəki alternativlərdən biri kimi baxılmalıdır.

Nüvə enerjisindən istifadə ideyası Azərbaycan üçün yeni bir məsələ deyildir. Hələ

Azərbaycan güclü SSRİ dövlətinin tərkibində olduğu zamanlarda burada AES ti -

kintisi keçmiş SSRİ hökumətin baş planları sırasında qərar tutmuşdu. Lakin 1986-

cı ildə Çernobıl AES-də baş verən ağır nüvə qəzası və layihədə nəzərdə tutulan

reaktorun Çernobıl AES-dəki РБМК tipli olması,  hətta konkret reallaşma mərhələ -

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

125



sinə daxil olsa da, bu prosesi dayandırdı. Həmin məqsədlə layihə üzrə smeta-maliyyə

sənədləri hazırlanmış və Bakı-Şirvan şəhərləri arasındakı Nəvai qəsəbəsi ərazisində

müəyyən yardımçı binalar və tikililər inşa olunmuşdu. Bu hadisə isə onu göstərir ki,

ənənəvi neft ölkəsi olan, perspektiv karbohidrogen ehtiyatları ilə  fərqlənən Azər-

baycanda AES tikintisi strateji dəyərləndirilmiş, yüksək seysmoloji amilə baxmadan

belə, o, məqbul hesab edilmişdir. Bununla belə, hazırkı mərhələdə AEBA ekspertləri

karbohidrogen bolluğunu qabartmadan, seysmoloji amili nəzərə almaqla 2005-ci

ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında respublikamızda nüvə ener-

jisindən dinc məqsədlər üçün istifadəyə müsbət rəy vermişdilər. Agentlik bir daha

hansı enerji mənbəyinin ölkə üçün əlverişli olub-olmadığını araşdırmaq məqsədilə

Azərbaycan  Respublikasının  Sənaye  və  Energetika Nazirliyi ilə “Azərbaycanın

enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması” adlı

müştərək layihələrin həyata keçirilməsinə dair əməkdaşlığa başlamışdır. Bu layihə

əsasında bütün enerji mənbələri, o cümlədən nüvə enerjisi ilə bağlı perspektivlər

nəzərdən keçiriləcək və onların ətraf mühitə təsiri öyrəniləcəkdir [27].

Azərbaycanda nüvə enerjisindən istifadə strategiyasına real müstəvidə keçiddə

xammalla təminat problemi də həllini tapacaqdır. Belə ki, bir qayda olaraq layihəni

gerçəkləşdirən ölkə xammal təminatını öz üzərinə götürür və ciddi problem olan

nüvə tullantılarının utilizasiyasını həyata keçirir. Stansiyanın işinə nəzarəti isə daimi

olaraq AEBA ekspertləri reallaşdırırlar.

Hansı sayda və gücdə nüvə reaktoru və stansiyası məsələsi də araşdırıla bilər.

Hesab olunur ki, gələcəkdə enerji istehsalı sahəsində diversifikasiyaya ciddi ehtiyac

yaranarsa, bu güc 1000-2000 MVt arasında nəzərdə tutula bilər.

İlk AES üçün inşaat məkanı kimi yenə də qeyd edilən Nəvai ərazisinin və yaxud

dəniz sahilində yerləşən cənub rayonlarından birinin ərazisində küləyin, əsasən,

dənizə tərəf istiqamətləndiyi bir mövqenin nəzərdən keçirilməsi məqsədəuyğun

hesab olunur. Nəvai ərazisinin AES tikintisi üçün adekvatlığı, fikrimizcə, keşmiş

SSRİ tərəfindən mümkün qədər əsaslandırılmışdır. Əlbəttə, bütün bu ilkin araşdırma

predmetləri və obyektləri böyük bir konsepsiyanın nəzəri müddəalarının prioritetləri

və  niyyət  manifestidir.  Konsepsiyanın  qurulması,  strategiyanın  işlənməsi,  layi-

hələndirmə prosesləri isə daha kəskin məsuliyyətli, ciddi bir məsələdir.

10. Nəticə

Aparılan  təhlil  və  əsaslandırmalar  göstərir  ki,  milli  enerji  təhlükəsizliyinin

davamlı təminatında nüvə energetikasından istifadəyə də yer ayrılmalı və enerji ef-

fektivliyini artıran aşağıdakı prioritetlər nəzərdə tutmalıdır.

Nüvə enerjisindən istifadə strategiyasında başlıca meyar enerji təhlükəsizliyi

məsələsidir. Bu məsələ gələcəkdə daha səmərəli həllinə qovuşacaq, onun ekoloji

təhlükəsizlik  sistemi  təkmilləşdiriləcək  və  daha  mühafizəli  olacaqdır.  Belə  ki,

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  

126



gələcəkdə Azərbaycan nüvə enerjisinin istehsalı üçün yeni modern nəsil reaktorlar-

dan və texnologiyalardan istifadə edə bilər.

Nüvə enerjisindən istifadə elmi-texniki tutumlu sistemdir. Bu strategiya milli elmi

bazamızı nüvə fizikası araşdırmaları ilə zənginləşdirəcəkdir. Nəticə etibarilə ölkədə

nüvə fizikası  sahəsində elmi-tədqiqat institutunun, digər müvafiq elmi mərkəzlərin

yaranışını, təhsil sisteminin rəqabət qabiliyyətinin yüksəlişini labüd edəcək, yüksək

texnologiyalar sahəsində yeni təməlçi prinsipləri formalaşdıracaqdır və nüvə dövləti

kimi ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına tövhəsini verəcəkdir.

Nüvə  enerjisindən  istifadə  strategiyası  respublikaya  həm  də  siyasi  güc

gətirəcəkdir. Ölkənin beynəlxalq qurumlara inteqrasiyasında nüfuz və kamilliyi yük-

sələcəkdir.

Nüvə enerjisindən istifadə strategiyası ölkədə bu istiqamətdə yeni institusional

dəyişiklikləri labüd edəcəkdir. Bu sistem, birmənalı olaraq, ölkə qanunvericiliyində

yeni normativ-hüquqi aktların təzahürü, infrastruktur təsisatlarının formalaşması ilə

müşayiət ediləcəkdir.

Nüvə enerjisindən istifadə strategiyası şəhər və regionyaratma baxımından da ef-

fektlidir. Bu mənada o, ərazi və ölkə məşğulluğunu mülayimləşdirəcək, sosial sfe -

ranın mütərəqqiliyinə təsir göstərəcək, iqtisadi gücü daha da artıracaqdır. Praktiki

tətbiq sferasında bu prioritetlər daha fundamental iqtisadi əsaslandırmaya məruz

qalacaq və dəyişən siyasi-iqtisadi situasiyaya uyğun fərqli və alternativ düzümdə

formalaşdırılması daha elmi məntiqi həllini tapacaqdır.

Ədəbiyyat siyahısı:

1. Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı: 1997, 478 s.

2. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

3. Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm,

2000, 257 s.

4. İsmayılov S.F. Azərbaycanın qeyri-neft sənaye sahələrinin inkişafında yeni

mərhələ. Bakı: Elm 2011, 136 s.

5. Müstəqil Azərbaycan  -  20. Azərbaycan  Respublikasının  Dövlət  Statistika

Komitəsi. Bakı: “9 №-li kiçik müəssisə”, 2011, 640 s.

6. Qarayev Z. Qeyri-üzvi kimya. “Maarif” nəşriyatı. 1983, 437 s.

7. Şirinov X. Nüvə energetikası qurğuları. Bakı: “Maarif” nəşriyyatı, 1978, 293 s.

8. Алиев И. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.

9. Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика

и переход к устойчивому развитию. Новосибирск: Наука, 2000, 433 с.

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

127



10. Белая книга ядерной энергетики (Под общей редакцией проф. Е.О.Ада-

мова) М.: ГУП НИКИЭТ, 2001, 324 с.

11. Браун Т., Лемей Г.Ю. Химия в центре наук. М.: «Мир». Том 2, 520 с.

12. Исмаилов С.Ф. Реформирование и развитие промышленных предприя-

тий в условиях переходной экономики, Баку: Элм, 2006, 340 с.

13. Максимов В.А., Аношин В.В., Чернов И.Л. Исследования рынков ос-

новных энергоносителей, Уфа: БГУ, 2000, 561 с.

14. Мирзаджанзаде А., Султанов Ч. Этюды нефтяной концепции Азербай-

джана. Баку: 1994, 100 с.

15. Пустовалов Г.Е. Атомная и ядерная физика. M.: Издателства Москов-

ского Университета. 1968, 311 с.

16. Сивухин Д.В. Обший Курс Физики-Атомная и Ядерная Физика. Часть

2, M.: “Наука”, 453 с.

17. Социально-экономическая география зарубежного мира. (под редакцией

члена корреспондента РАН заслуженного профессора МГУ В.В.Волж-

ского) М.: Дрофа, 2003, 190 с.

18. Трофимова Т.И. Курс Физики. M.: “Академия”, 560 с.

19. Фримантл М. Химия в действии. M.: “Мир” 1991, 528 с.

20. Широков Ю.М., Юдин Н.П. Ядерная Физика. М.: “Наука”, 1980, 727 с.

21. http://www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

22. http://www.iea.org - Beynəlxalq Enerji Agentliyi.

23. http://www.iaea.org - BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi.

24. http://www.europa.eu.int - Avropa İttifaqı.

25. http://www.socar.az - ARDNŞ.

26. http://www.oilfund.az - ARDNF.

27. http://www.azerenerji.com - “Azərenerji” ASC.

28. http://www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

29. http://www. energystrategy.ru - Rusiya Federasiyasının enerji strategiyası.

QEYD: Müəlliflər məqalənin hazırlanmasında göstərdiyi köməyə görə, Azərbay-

can  Respublikası  Nazirlər  Kabineti  Aparatının  Sənaye  və  energetika  şöbəsinin

müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Səyyaf İsmayılova öz minnətdarlıqlarını

bildirirlər.

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikasi: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  

128



Гаджизаде Эльшан Махмуд оглы 

д.э.н. проф. Азербайджанский Государственный Экономический Университет 



Гусейнов Фаиг Нураддин оглы 

т.х.н., Бакинский Государственный Университет 



Ядерная энергетика: экологически-экономические оценки

и перспективы развития

Резюме

Цель исследования – оценка технических и технологических, экологических

и экономических показателей особенностей ядерной энергетики в условиях

современной глобализации и аналитическое представление важных аспектов

перспектив использования данного сегмента в развитии национальной энер-

гетики.

Методология исследования – факторные, оценочные и статистические ме-

тоды анализа. 



Результаты исследования – 1. Оценка аспектов безопасности ядерной энер-

гетики в техническом, технологическом, экологическом и экономическом кон-

текстах в условиях современной глобализации. 2. Исследование обоснования

перспективности её рационального использования в направлении разветвления

источников обеспечения национальной энергетической безопасности.

Ограничения исследования – в основном можно отметить ограниченную и

конфиденциальную характерность системы экономических и статистических

показателей, информационной базы предмета темы исследования.

Практическая важность исследования – возможность использования как

научного источника концептуальных основ перехода на ядерную энергетику в

направлении обеспечения национальной энергетической безопасности.

Оригинальность и научная новизна исследования – выступая из глобальных

призывов, впервые была оценена и проанализирована перспективность исполь-

зования ядерной энергии в развитии национальной энергетики в техническом,

технологическом, экологическом и экономическом аспектах.



Ключевые слова: экономическая политика, ядерная энергетика, налого-

обложение, экономика Азербайджана.

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

129



Hajizadeh Elshan Mahmud oglu

prof. dr., Azerbaijan State Economic University



Huseynov Faig Nuraddin oglu

phD in Chemical Sciences Baku State University



Nuclear Power: environmental and economic estimates and prospects

Abstract

Purpose – evaluation of technical and technological, environmental and economic

performance characteristics of nuclear power in today's globalization and the ana-

lytical representation of the important aspects of the prospects for this segment in

the development of system of national energy.



Methodology – factor, evaluation and statistical analysis methods.

Findings – 1. Estimate of safety of nuclear power in the technical, technological,

environmental, and economic contexts in today's globalization. 2. Research study

of the prospects of rational use of branching in the direction of sources of national

energy security.



Research limitations – in can mainly be restricted and confidential note the speci-

ficity of the system of economic and statistical indicators, the information base object

of the research topic.

Practical implications – ability to use as a research source framework transition

to nuclear energy in the direction of ensuring national energy security.



Originality – according to the global appeals, the first time has been evaluated

and analyzed the prospects of using nuclear energy in national energy development

in technical, technological, environmental and economic aspects.

Keywords: economic policy, nuclear power, taxation, Azerbaijan economy

JEL Classification Codes: N7, O1, P11, Q38, Q43, Q51

Məqalə redaksiyaya daxil olmuşdur: 05.05.2012.

Çapa qəbul olunmuşdur: 25.05.2012.

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikasi: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri 



130

Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə