Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl



Yüklə 248,72 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix08.10.2017
ölçüsü248,72 Kb.
#3665
növüXülasə
1   2   3   4   5   6   7   8   9

fizikası, bərk cisimlər fizikası, radiasiya kimyası, bioloji tədqiqatlar və müx-

təlif izototların (xüsusilə tibbdə istifadə olunan) istehsalında istifadə olunur;

İzotop (silah, sənaye) reaktorları müxtəlif  izotopların istehsalında istifadə



olunur, məsələn, nüvə silahlarında istifadə olunan U235 (

94

Pu

239

);



Energetik reaktorlar elektrik və istilik enerjisinin alınması, dəniz suyunun duz-

suzlaşdırılması,  gəmilərdə  güc  qurğularının  hazırlanmasında və s. istifadə

olunur. 

Neytron spektrinə görə reaktorlar istilik (yavaş) neytronları ilə işləyən reaktorlar,

sürətli neytronlarla işləyən reaktorlar və aralıq neytronlarla işləyən reaktorlara, nüvə

yanacağının reaktorda yerləşdirilməsinə görə isə heterogen və homogen reaktorlara

bölünür. Energetik reaktorlar adətən istilik neytronları ilə işləyən heterogen reaktor-

lardan ibarət olur.

Növündən asılı olmayaraq, hər bir reaktorun əsas tərkib hissələri aşağıdakıları

əhatə edir [20, с. 578-588]:

 aktiv zona;

 istilikötürücü;

 nizamlama sistemi (idarəedici çubuqlar);

 radiasiyadan (şüalanmadan) mühafizə;

 məsafədən idarəolunma mərkəzi;

 digər konstruksiya elementləri.

Reaktorda nüvə yanacağı yerləşdirilən sahədə - aktiv zonada uran-235 atomunun

bölünməsi nəticəsində istilik enerjisi ayrılır. Ayrılan istilik maye və yaxud qaz şək-

lində istilikdaşıyıcı vasitəsilə aktiv zonadan istilikdəyişdiriciyə ötürülür. İstilik-

daşıyıcı su, natrium (maye halda), karbon qazı ola bilər. İstilikdaşıyıcı ilə birlikdə

bu qapalı sistem birinci dövrə (kontur) adlanır. İstilikdəyişdiricidə birinci dövrənin

istisi ikinci dövrədəki suyu qaynama dərəcəsinə qədər qızdırır. Əmələ gələn yüksək

təzyiqli buxar turbinə istiqamətləndirilir. Turbin isə öz növbəsində generatorun ro-

torunu hərəkətə gətirərək elektrik cərəyanı yaradır. Zəncirvari nüvə reaksiyasının

sürəti idarəedici çubuqlar vasitəsilə idarə olunur. Bu çubuqlar adədən bor və kad-

mium maddəsindən hazırlanır. İdarəedici çubuqlar aktiv zonaya nə qədər dərin daxil

edilərsə daha böyük miqdarda neytron udur və reaksiyanın sürəti, eyni zamanda

ayrılan istiliyin miqdarı azalır. İdarəedici çubuqlar aktiv zonadan çıxarıldıqda isə

reaksiyada iştirak edən neytronların miqdarı artır, daha çox uran atomu bölünür və

böyük miqdarda istilik enerjisi ayrılır.  İES-lərdə olduğu kimi, AES-lərdə də istifadə

olunmuş sudan  təkrar istifadə üçün soyutma sistemi  inşa edilir.  Adətən, istifadə

olunmuş buxar qradirnilər vasitəsi ilə soyudularaq təkrar sistemə qaytarılır.

Nüvə  reaktorlarının  ən  vacib  xassəsi  onun  gücüdür  -  yəni  müəyyən  zaman

kəsiyində ayırdığı istiliyin miqdarıdır. Sənaye reaktorlarının gücü meqavatla (MVt)

ölçülür. 1 MVt (10

6

Vt) güc saniyədə 3.10

16

bölünmə aktına bərabər nüvə reaksiyasına



uyğundur.  İlk dəfə  nüvənin  bölünməsi uran atomunda (

92

U

235



92

U

238

)  müşahidə

112

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  




olunmuşdur. Eyni zamanda, uran-233 və plutonium-239 izotopları da istilik və sürətli

neytronların qarşılıqlı təsiri nəticəsində bölünür və nəticədə çoxlu miqdarda istilik

ayrılır [11, 19].

Aşağıda uran-235 izotopunun bölünməsi variantları göstərilmişdir [11, s. 272-

273]:

0

n



1

+

92



U

235


52

Te



137

+

40



Zr

97

+



0

n

1



0

n

1



+

92

U



235

56



Ba

142


+36Kr

91

+



0

n

1



Bu izotopun bölünməsi nəticəsində 200-dən artıq müxtəlif izotopun, 35-dən artıq

kimyəvi elementin əmələ gəlməsi müəyyən edilmişdir. Bu maddələrin böyük ək-

səriyyəti yüksək radioaktivliyə malikdir və həyat üçün böyük təhlükə törədir.

Aşağıda reaktorda nüvə reaksiyası sxematik quruluşda verilmişdir:



Sxem 1. Reaktorda nüvə reaksiyası

Mənbə: Пустовалов Г.Е. Атомная и ядерная физика. M.: Издателства Московского Университета. 1968.

с. 302.

113


AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

məhsulları




Aktiv  zonada  yerləşdirilmiş  nüvə  yanacağı  3-5%  zənginləşdirilmiş  uran-235

(

92



U

235

) və uran-238 (



92

U

238

) izotopunun qarışığından ibarət olur.

Plutonium-239 (

94

Pu

239

)  nüvə energetikasında  istifadə  oluna  bilər, hazırda bu

element nüvə silahlarında əsas komponentlərdəndir.

Aşağıda BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin - AEBA (ingiliscə



- IAEA, International Atomic Energy Agency) təsnifatına görə sənayedə istismar

edilən müxtəlif tipli reaktorlar haqqında məlumatları əksini tapmışdır:



Səkil 1. AEBA-nin təsnifatına görə sənayedə istismar edilən müxtəlif tipli

reaktorlar.

Mənbə: http://www.iaea.org saytının məlumatları əsasında müəlliflər tərəfindən işlənmişdir.

PWR (ingiliscə - Pressurised Water Reactor) - Yüksək təzyiqli sulu reaktor.

Bu reaktorlarda aktiv zonada istilikyaradıcı elementlərdən ayrılan istilik enerjisi

birinci dövrədə yüksək təzyiq altında olan adi suya verilir. Birinci dövrədəki yüksək

təzyiq (160 atm) suyun 300

C-dən yuxarı temperaturda qaynamasının qarşısını

almaq üçün yaradılır. Birinci dövrədəki su enerjisini istilikdəyişdirici vasitəsilə ikinci

dövrədəki suya verir. İkinci dövrədəki su 330

C temperaturda buxara çevrilərək 12-

60 atm təzyiqdə turbini hərəkətə gətirir. Birinci dövrədəki su həm istilikdaşıyıcı,

həm də neytronyavaşıdıcı rolunu oynayır. PWR  dünyada ən çox istifadə olunan

reaktordur (dünyada istismar olunan sənaye reaktorlarının yarıdan çoxu). Reaktor-

larda suyun həm istilikdaşıyıcı, həm də neytronyavaşıdıcı kimi istifadəsinin bir sıra

üstünlükləri mövcuddur.

BWR (ingiliscə - Boiling Water Reactor) - Qaynayan sulu reaktor.

S.Səməndərov. Azərbaycanın sovetləşdirilməsinin ilk illərində  N.Nərimanovun ictimai-siyasi hadisələr kontekstində...

114

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  



Reaktorun növü

Yanacağın növü

İstilikdaşıyıcı

Neytron

yavaşıdıcısı

Yüksət təzyiqli sulu reaktor

(PWR)

Zənginləşdirilmiş

Su

Su

Qaynayan sulu reaktor



(BWR)

Zənginləşdirilmiş

UO

2

Su



Su

Təzyiqli ağır sulu reaktor

“CANDU”

Təbii UO


2

Ağır su


Ağır su

Qazla soyudulan reaktor

(Magnox, AGR)

Təbii uran,

zənginləşdirilmiş

UO

2



CO

2

Qrafit



Sulu-qrafitli (kanallı) reaktor

(РБМК)

zənginləşdirilmiş

UO

2



Su

Qrafit


Sürətli neytronlarla işləyən

reaktor (FBR)

PuO

2

və UO



2

Maye natrium

İstifadə edilmir



Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə