Xülasə Tədqiqatın məqsədi



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.10.2017
ölçüsü176 Kb.
#2600
növüXülasə
1   2   3   4   5   6   7

P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...

Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki, bunun da nəticəsi olaraq

qərar qəbul edilir.

Təşkilatda işin səmərəliliyi əməyin şaquli bölünməsinin iqtisadi mahiyyətindən

asılıdır. Söhbət idarəetmə sahəsində rəhbərin işinin quruluş bölmələrinin fəaliyyəti

və icrasından gedir. Təşkilatda idarəetmə prosesinin fəaliyyət prinsipinə aşağıdakılar

daxildir [8]:

idarəetmənin əsas məqsədlərinin işlənib hazırlanması;



idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi;

heyətin idarə olunması prinsiplərinin müəyyən edilməsi;



heyət üzvlərinin vəzifəyə yararlığının yoxlanılması;

idarəetmə ilə bağlı məlumat bankının yaradılması;



heyətin dinamikası və fəaliyyəti ilə bağlı qərarların işlənib hazırlanması;

idarəetmə qərarlarının icraçılara çatdırılması mexanizminin dəqiqliyinin təmin



edilməsi;

idarəetmə qərarlarının qəbulu ilə bağlı dinamik fəaliyyətə bütün idarəetmə



heyətinin cəlb edilməsi;

idarəetmə heyəti tərəfindən işçilər arasında münasibətlər, istehsal şəraiti və



vəziyyəti haqqında çevik məlumatların hazırlanması;

idarəetmə üzrə qərarların ötürülməsi və onların yerinə yetirilməsi üzərində



daimi nəzarətin təmin edilməsi;

heyət  üzvləri  ilə  bağlı  idarəetmə  sahəsində  qazanılmış  təcrübənin  tətbiqi



sahələrinin genişləndirilməsi və s.

Heyətin idarə edilməsi konsepsiyası özündə heyətin idarəedilməsinin metodolo -

giyasının işlənib hazırlanmasını, heyətin idarəedilməsi sisteminin formalaşdırılması

və heyətin idarəedilməsi texnologiyasının işlənib hazırlanmasını birləşdirir. Müasir

şəraitdə idarəetmənin statistik quruluşunu dinamik proses kimi nəzərdən keçirməklə

əldə edilmiş nəticələrə əsasən təşkilat üzrə idarəetmə heyətinin tərkibində kəmiyyət

dəyişiklikləri ilə bərabər mühüm keyfiyyət göstəricilərinin baş verdiyini görmək

mümkündür.

İdarəetmə quruluşunda ən vacib yerdə idarəetmə heyətinin özünün fəaliyyətinin

yaxşılaşdırılması durur. Məqsədyönlük idarəetmənin əsasıdır və mərkəzləşdirilmiş

rəhbərlik məsələləri - idarəetmənin əsas məsələsi olmaqla idarəetmə prosesinin

mövcud  səviyyəsinə bu və digər istiqamətdə təsir göstərir.

Heyətin idarəetmə quruluşu dedikdə, nəyi başa düşürük? İdarəetmə quruluşu

heyətin  idarə olunmasında əmək bölgüsüdür. Heyətin idarəetmə quruluşu isə ümumi

idarəetmə sisteminin əsas hissəsi kimi qəbul edilir. Heyətin idarəetmə qurumunun

səmərəliliyinin artırılması üçün idarəetmə quruluşlarının funksiyaları ümumi sis-

temin son məqsədinə uyğun formalaşdırılmalıdır.

İdarəetmə  heyəti  quruluşunun  təşkil  olunması  elə  optimal  olmalıdır  ki,  o

gələcəkdə normal fəaliyyət göstərmək qabiliyyətinə malik olsun. Buna görə də

3(117)/2014

106



P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...

idarəetmə quruluşunun tətbiqində bir sıra zəruri tələblər nəzərə alınmalıdır. Bunlar

təşkilatın müxtəlif fəaliyyət sahəsinin xüsusiyyətlərini nəzərə almaqla idarəetmə qu-

ruluşu irəli sürülərkən aşağıdakı tələblərə cavab verməlidir [9]:

 heyətin idarəetmə quruluşu optimal olmalıdır;

 heyətin idarəetmə quruluşu çevik və bacarıqlı işçilərdən seçilməlidir;

 heyətin idarə aparatının fəaliyyətinin etibarlılığı təmin olunmalıdır;

 heyətin idarəetmə quruluşuna daxil olanlar bütün sahələrdə qənaətçillik ol-

malıdır.


İdarəetmə heyətinə vahid rəhbərlik və kollegialığın düzgün nisbəti idarəetmənin

vacib məsələlərindən biri olmaqla, qarşıya qoyulan vəzifələrin düzgün həllindən,

heyətin işinin səmərəliliyi və fəaliyyət dərəcəsindən çox asılıdır. İdarəetmənin prin-

sipləri dedikdə, idarə edən sistemin əsaslandığı rəhbər ideyalar, qaydalar, əsas müd-

dəalar və davranış normaları başa düşülür.

Heyətin idarəetmə prinsipləri, iqtisadi münasibətlərə əsaslanmaqla, insanların

şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən münasibətlərdir. Bu münasibətlər

insanların yaşaması və inkişaf etməsi üçün olduqca zəruri həyat tələbatıdır. İqtisadi

heyətin tənzimləyicisi olan idarəetmə fəaliyyəti bir yerdə donub qala bilməz. O, də -

yişən şəraitə uyğun olaraq inkişaf edir və ictimai-iqtisadi sosial həyatda baş verən

kəmiyyət və keyfiyyət irəliləyişlərinə uyğunlaşmaqla, daha mütərəqqi formada həyat

tsiklinə çevrilir.

Vəzifə  səlahiyyətlərinə  əsaslanan  idarəetmə  aparatı  tam  müstəqil  idarəetmə

fəaliyyətini həyata keçirə bilir. Bu formada idarəetmə üsulu iş yerində meydana çıxan

konkret əmək bölgüsünə əsaslanır. İdarə aparatı üzrə üfüqi və şaquli istiqamətlərdə

iş  sahələrinə  görə  idarəetmə  heyəti  yaradılır.  Üfüqi  istiqamətdə  isə  idarəetmə

mərhələləri formalaşır.

Heyət haqqındakı informasiya özündə bütün operativ məlumatların məcmusunu,

həmçinin kadr planlaşdırılması üçün onların işlənməsi prosesini birləşdirir. Bu aşağı-

dakı tələbatlara cavab verməlidir [10]:

 sadəlik - yəni informasiyada öz əksini tapan məlumatların həcmi həmin situ-

asiyanın tələb etdiyi qədər zəruri olmalıdır;

 əyanilik - məlumatlar elə təqdim edilməlidir ki, başlıca məsələni tez müəyyən

etmək və sözçülükdən qaçmaq mümkün olsun. Bunun üçün cədvəllərdən,

qrafiklərdən, şəkilli material tərtibatından istifadə edilməlidir;

 birmənalılıq - məlumatlar aydın olmalı, onların şərhi zamanı materialların se-

mantik, sintaktik və məntiqi birmənalılığı gözlənilməlidir;

 müqayisəlilik - məlumatlar müqayisə edilə bilən vahidlərlə təqdim edilməli,

təşkilatın daxilində və həm də kənardakı obyektlərlə müqayisə edilə bilən ol-

malıdır;


 varislik - müxtəlif dövrlərdə kadrlar haqqında verilən məlumatlar eyni bir

metodika ilə hesablanmalı və eyni formada təqdim edilməlidir;



3(117)/2014

107


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə