Xülasə Tədqiqatın məqsədi



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix02.10.2017
ölçüsü176 Kb.
#2600
növüXülasə
1   2   3   4   5   6   7

Rəhbərlik üslubunun obyektiv cəhətləri rəhbərlik fəaliyyətinə sosial və iqtisadi

tələblərin vəhdətiliyi ilə səciyyələnir. Üslubun subyektiv cəhətləri isə öz növbəsində

rəhbərin şəxsiyyəti və ilk öncə onun psixologiyasının spesifikası ilə müəyyən edilir. 

Qeyd etmək lazımdır ki, iş üslubu rəhbərin fəaliyyətinin bütün sahələrində, o

cümlədən kollektivə rəhbərlik prosesində ortaya çıxan iqtisadi, sosial-psixoloji və

ideoloji-siyasi münasibətlərin reallaşdırılmasında öz əksini tapır. Rəhbərlik üslubu

rəhbərin fəaliyyətinin forması ilə yanaşı, işinin məzmununu da müəyyənləşdirir.

Rəhbər tərəfindən yürüdülən üslub daim tabeçilikdə olanların diqqət mərkəzində

olur. Bu üslub axırıncılar tərəfindən müəyyən şəkildə qiymətləndirilərək qəbul edilir.

Çoxları rəhbəri təqlid etməklə ona oxşamağa çalışırlar. Hər bir rəhbər obyektiv

mövcud olan vəziyyətlərdə və özünün şəxsi keyfiyyətlərinə əsaslanaraq, öz üslubunu

yaradır. Üslub rəhbərlər və tabeçilikdə olanlar arasındakı münasibətləri ifadə edir.

Rəhbərlik üslubunun aşağıdakı 3 növü fərqləndirilir [5]:

 direktiv (avtoritar), 

 demokratik,

 liberal (passiv).

Hər bir fərdi üslub rəhbərin ideya-siyasi, təşkilati, səriştə, peşəkar və mənəvi-etik

keyfiyyətlərinin, xüsusiyyətlərinin onun fəaliyyəti ilə nə dərəcədə uzlaşması ilə

xarakterizə olunur.

Direktiv üslubu fərqləndirən cəhətlərə aiddir:

 hakimiyyətin mərkəzləşdirilməsi;

 vahid rəhbərliyə sadiqlik;

 kollektivin fəaliyyətindəki həm kiçik, həm də böyük məsələlərin vahid rəh-

bərlik  prinsipinə (təkbaşına) əsaslanaraq həll edilməsi;

 tabeçilikdə olanlarla əlaqələrin şüurlu şəkildə məhdudlaşdırılması.

Bu üsluba söykənərək rəhbər insanları öz iradəsinə tabe etdirməyə çalışır, etiraz -

lara dözmür və başqasının fikirləri ilə razılaşmır, tez-tez tabeçilikdə olanların işinə

müdaxilə edir, onların fəaliyyətini çox sərtliklə yoxlayır, verilən tapşırıqların və

sərancamların çox dəqiqliklə  yerinə yetirilməsini tələb edir. Bu rəhbərlik üslubunun

tətbiqi zamanı keçirilən müşavirələr və yığıncaqlar ancaq formal xarakter daşıyır.

İşçilərin işlərinə daim müdaxil olunur və onlara münasibətdə kobudluğa yol veri -

lir. Ümumiyyətlə, avtoritar rəhbər üçün ətrafdakılara hörmətin çatışmaması xarak-

terikdir. Direktiv üslub, hər şeydən əvvəl, fəaliyyət sisteminin nəticələrinin vacib

sayıldığı hallarda özünü göstərir. Bu zaman həmin nəticələrin hansı vasitələrlə əldə

edilməsinə o qədər də əhəmiyyət verilmir.

Demokratik üslub aşağıdakıları nəzərdə tutur:

tabeçilikdə olanlara müstəqilliyin verilməsi; 



onlara ixtisas dərəcəsinə uyğun funksiyaların verilməsi; 

onların məqsədlərinin müəyyənləşdirilməsi; 



işlərin qiymətləndirilməsi; 



P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...



3(117)/2014

112


P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...

qərarların  hazırlanması  və  qəbul  edilməsi  kimi  fəaliyyət  növlərinə  cəlb



edilməsi;

işlərin yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və onların səylərinin



ədalətli qiymətləndirilməsi;

insanlara  hörmətlə  yanaşma  və  onların  tələbatlarının  ödənilməsinə  qayğı



göstərilməsi.

Bu üslubun xarakterik cəhəti ondadır ki, o təşəbbüsləri aşağıdan həvəs-ləndirməyə

başlayaraq və tabeçilikdə olanlara öz hörmətini bildirərək, göstərişləri yazılı şəkildə

deyil, təkliflər, məsləhətlər və hətta xahişlər şəklində verir, nəinki onların fikirlərini

dinləyir,  hətta  nəzərə  alır,  tabeçilikdə  olanların  fəaliyyətinə  nəzarəti  təkbaşına

aparmır, bu işə kolektivin bütün üzvlərini cəlb edir.

Liberal  üslubun  əsasən  fəaliyyətdə  qətiyyətin,  təşəbbüskarlığın  olmaması  və

həmişə  yuxarıdan  göstərişlərin  gözlənilməsi,  qərarların  uğurlu  olmadıqda  mə-

suliyyətdən qaçmağa çalışmaq kimi neqativ əlamətləri mövcuddur. Bu üslubdan is-

tifadə edən rəhbər tabeçilikdə olanların işinə nadir hallarda qarışır və ümumiyyətlə,

elə bir fəallıq göstərmir, əsasən başqa kollektivlərlə qarşılıqlı münasibətlərdə vasitəçi

rolunu oynayır. Öz səriştəsinə inamsızlıq, xidməti ierarxiyada tutduğu vəzifəyə

uyğun olmaması səbəbindən çox ehtiyatlıdır. İşlərində ardıcıl deyil, ətrafdakıların

təsiri altına tez düşür, hər hansı vəziyyətlə tez razılaşır, heç də ciddi olmayan səbəblər

üzündən əvvəlcədən qəbul edilmiş qərarı dayandıra bilir.

Qeyd  etmək  lazımdır  ki,  o  nüfuz  qazanmaq  və  onu  möhkəmləndirmək  üçün

tabeçilikdə olanlara müxtəlif növ güzəştlər, qazanılmamış mükafatlar verir və s.

Həmçinin özünün yox demək hüququndan nadir hallarda istifadə edir, tez-tez yerinə

yetirə bilməyəcəyi vədlər verir.Çətin və böhran vəziyyətlərdə özünün mövqeyini

müəyyənləşdirə bilmir. Çox vaxt ona elə gəlir ki, hüquqları məhduddur,  buna görə

də bu və ya digər qərarı qəbul etməyə cəsarəti çatmır. Təyin olunmuş qaydalara, və -

zifə təlimatına və inzibati sərəncamlara sözsüz riayət edir.

Yuxarıda  göstərilən  üç  əsas  rəhbərlik  üslubunun  təhlilindən  görünür  ki,  de -

mokratik  üslub daha effektivdir. Lakin bu üslubu hər zaman və hər bir konkret

şəraitdə tətbiq etmək mümkün deyil. Məsələn, intellektual səviyyəsi aşağı olan təş -

kilatlarda bu üslubun tətbiqi bəzi hallarda lazımi səmərəni verməyə bilər, bu halda

direktiv üslubdan istifadə etmək daha da səmərəli olur. Bəzən də konkret liberal üs-

lubdan istifadə olunur. Göstərilən hər üç üslubun müəyyən müsbət cəhətlərini bir

araya gətirmək olar. Praktiki olaraq, bu çətin olsa da, çox səmərəli olardı.

Mühit amillərini nəzərə alaraq belə hesab edilir ki, idarəetmədə çevik rəhbərlik

üslubundan istifadə etmək daha məqsədəuyğun və səmərəlidir. Çevik rəhbərlik üs-

lubunun vacibliyi həm də münaqişələrin, dəyişkənliklərin və stress vəziyyətlərinin

idarə olunmasında onun səmərəliliyi ilə də izah olunur. Qeyd etmək lazımdır ki,

çevik rəhbərlik üslubunun tətbiqi rəhbərdən yüksək peşəkarlıq, səriştəlilik, təcrübə,

bilik, qabiliyyət, istedad və s. kimi keyfiyyətlərin olmasını tələb edir. Sadalanan key-

3(117)/2014

113



Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə