Xülasə Tədqiqatın məqsədi



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.10.2017
ölçüsü176 Kb.
#2600
növüXülasə
1   2   3   4   5   6   7

P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...



4. İdarəetmə qərarlarının mahiyyəti

Təşkilati-hüquqi formasından asılı olmayaraq müxtəlif təyinatlı təşkilatların idarə

edilməsi prosesində fasiləsiz olaraq müxtəlif situasiyalar meydana çıxır. Bu situ-

asiyalarda müxtəlif səviyyə rəhbərləri həmişə bir neçə mümkün fəaliyyət variant-

larından birini seçmək, qərar qəbul etmək zəruriyyəti ilə qarşılaşırlar. Qərarın işlənib

hazırlanması, qəbul edilməsi və reallaşdırılması rəhbərin fəaliyyətində ən mühüm

və ən vacib proseduradır. Çünki idarəetmə prosesinin normal gedişi, xüsusilə də

idarəetmə fəaliyyətinin son nəticələri bu proseduranın nə dərəcədə düzgün yerinə

yetirilməsindən asılıdır.

İdarəetmə prosesində qəbul edilən qərarlar özündə rəhbərlərin (öz səlahiyyətləri



zamanı) yerinə yetirdiyi məntiqi-təfəkkür, emosional-psixoloji və təşkilatı-hüquqi

aktları əks etdirir. 

Qərarların qəbulu idarəetmə işlərinin əsasını təşkil edir. İdarəetmə fəaliyyətində

qərarların hazırlanması mərhələsində hər bir bölmə rəhbərinin şəxsi iştirakı ilə aşağı-

dakı proseslərin həyata keçirilməsi təşkil edilməlidir:

idarəetmə məqsədlərinin qoyuluşu və hazırlanması;



əldə edilmiş məlumatlar əsasında heyətlə bağlı vəziyyətin öyrənilməsi;

qəbul olunan idarəetmə qərarlarının səmərəlilik dərəcəsinin müəyyən edilməsi,



ona uyğun alternativ variantın seçilməsi;

idarəetmə fəaliyyətinin həllində müxtəlif variantların mütəxəssislərlə müza-



kirəsinin təşkil olunması;

optimal idarəetmə qərarının formalaşması və seçilməsi;



idarəetmə heyəti tərəfindən idarəetmə qərarının qəbulu;

heyətin idarəetmə qərarlarının konkretləşdirilməsi aparılmaqla icraçılar üçün



icra prosesində yarana biləcək çətinliklərin həllinin alternativ layihəsinin hazır-

lanması.


İdarəetmə texnologiyası baxımından idarəetmə qərarlarının mövcud olması üç

mərhələdən ibarət olan aşağıdakı prosesdir [5]:

idarəetmə qərarların hazırlanması;



qərarın qəbulu;

qərarın yerinə yetirilməsi üzrə hazırlıq tədbirləri və onların icra me xanizmi.



Azərbaycan iqtisadiyyatının inzibati-amirlik mühitindən azad bazar mühitinə,

yeni iqtisadi mühitə keçidi ilə əlaqədar işgüzar fəaliyyətin subyektiv amillərinin

idarə edilməsində rəhbərlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan rəh-

bərlər rəhbərlik üslubunun formalaşdırılması və heyətin idarə edilməsinin təkmil-

ləşdirilməsi istiqamətində bilik və bacarıq nümayiş etdirməlidirlər. Fikirimizcə,

müəssisə və təşkilat çərçivəsində iqtisadi effektivliyin artırılmasının əsas daxili mən-

bəyi kimi rəhbər faktoru mühüm əhəmiyyətə malikdir. Bu nöqteyi nəzərdən bazar

iqtisadiyyatı şəraitində yeni addımlayan ölkə kimi Azərbaycanda fəaliyyət göstərən



3(117)/2014

110


P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...

müəssisə və təşkilatlar rəhbərlik fəaliyyətinin xarici təcrübələri ilə yaxından tanış

olmalı və onun müsbət cəhətlərini tətbiq etməyə çalışmalıdırlar.



5. Müasir idarəetmədə rəhbərlik və davranış üslubları

Cəmiyyətin idarə edilməsi sistemi siyasi, iqtisadi və sosial idarəetmə prosesindən

ibarətdir.  Cəmiyyətdə  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsinə  uyğun  olaraq

idarəetmənin qarşılıqlı münasibətləri mürəkkəbləşir. Yüksək inkişaf isə idarəetmə

ritmini sürətləndirir, idarəetmə aparatının mütəşəkkiliyinə səlahiyyətliliyinə olan

tələbin yüksəlməsinə gətirib çıxarır. Bu işdə təşkilatın rəhbəri həmişə mühüm rol

oynamalıdır.

Rəhbər hər şeydən əvvəl yüksək təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. O

kollektiv yaratmağı bacarmalı, işdə zəruri şərait yaratmalı, vəzifələri dəqiq bölüşdür-

məli və göstərişlərin yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət etməlidir. Rəhbər

qarşıya qoyulan məqsədə çatmaq üçün əzmkarlıq göstərməli və zəruri resursları

lazımi istiqamətdə cəmləşdirməyi bacarmalıdır. Bazar iqtisadiyyatının formalaşması

şəraitində təşkilatların fəaliyyətinin effektivliyinin artırılması və qarşıya qoyulan

məqsədlərə çatmaq üçün düzgün rəhbərlik üslubunun seçilməsi xüsusi əhəmiyyətə

malikdir. Rəhbər üçün son dərəcədə zəruri olan keyfiyyətlərdən biri də daimi işin

elementi kimi müntəzəm nəzarəti təşkil etmək bacarığıdır.

Rəhbərlik üslubu hər bir rəhbərə xas olan metodlar və fəndlər sistemidir. Rəh-

bərlik üslubu dedikdə qərarın işlənib hazırlanması, qəbul edilməsi və onun icrasına

nəzarətin həyata keçirilməsi formaları başa düşülür.  Bunların köməyi ilə onlar

idarəetmə üzrə öz funksiyalarını reallaşdırırlar. Konkret idarəetmə şəraitində kollek-

tiv rəhbərlik üslubu bir sıra əsas amillərdən təşkil olunur. Mühüm amillərdən biri

təşkilatda idarəetmənin xarakteri, onun təşkili və psixoloji xüsusiyyətləridir. Təşki-

latda idarəetmənin xarakterinin təsiri yalnız bir mənalı deyildir, həm də ziddiyyət-

lidir.  O,  eyni  zamanda  müxtəlif  istiqamətlərdə  fəaliyyət  göstərir.  Bir  tərəfdən

təşkiletmə və idarəetməni mürəkkəbləşdirir. Digər tərəfdən isə idarəetmə heyətinin

və bütövlükdə bütün kollektivin fəallığını stimullaşdırır [3, 5].

Bəzi mütəxəssislər rəhbərlik üslublarını idarəetmə metodları ilə qarışdırırlar.

Onlar bunu əldə rəhbər tuturlar ki, idarəetmə metodları ilə rəhbərlik üslublarının

funksional  təyinatı  üst-üstə  düşür.  Rəhbərlik  üslubları  idarəetmə  metodları  sıx

qarşılıqlı münasibətdə və təsirdə olsalar da, onların bir-birindən fərqləndirilməsi

üçün tutarlı dəlillər vardır. İdarəetmə metodu dedikdə, isə rəhbərin işçilərə və kollek-

tivə  məqsədyönlü  təsir  üsulları  başa  düşülür.  Bu  üsullar  tabeçilikdə  olanların

hərəkətlərini əlaqələndirir. İdarəetmə metodundan fərqli olaraq,  rəhbərlik üslubu öz

əsasına görə obyektiv olsa da, rəhbərin şəxsi keyfiyyətləri ilə xarakterizə  olunur.

Üslubun obyektiv və subyektiv cəhətlərini bir-birindən fərqləndirmək zəruridir.

3(117)/2014

111



Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə