Xx əsrin əvvəlindən etibarən elm, bütün dünyada partlayışa oxşar şəkildə inkişaf etmişdir



Yüklə 200,4 Kb.
səhifə3/3
tarix02.12.2017
ölçüsü200,4 Kb.
#13523
1   2   3

Yerin qlobal dinamikası

“Yeni qlobal tektonika” (“plitələr tektonikası”) tərəfdarlarına görə bir neçə bərk litosfer plitələri Yerin mantiyasının üst hissəsində yerləşən astenosfer səthində dreyfə (yerdəyişmə) məruz qalır. Dreyf edən okean plitələrinin sərhədləri aralıq okean silsilələrinin rift yarıqları dərin novlar və kontinentlərin kənarlari üzrə cavan qarışıqlı dağlardır. Rift yarıqlarına mantiyadan qalxan bazalt lavalar keçir və okeanların yeni diblərini formalaşdırır. Yarıqlarda soyuyaraq, onlar okean plitələrini əks tərəflərə aralayır, onların əks yanları dərinlik novlərinin maili səthləri boyunca mantiyaya batır. Kontinentlərin sərhəddində plitələr toqquşaraq dağ-qırışıqlıq qurşaqlarını əmələ gətirirlər. Bu hipotezin tərəfdarları hesab edir ki, məsələn, Alp-Himalay dağ qırışıqlıq qurşağı belə yaranıb, yeni Avrasiya şimal materikinin Qondvana ilə və Hindistan plitəsinin Asiya plitəsi ilə toqquşması nəticəsində.

Müasir müşahidələrlə müəyyən edilmişdir ki, litosferin ayrı-ayrı plitələrinin nisbi hərəkəti həqiqətən mövcuddur. Yaponiya dəniz təhlükəsizliyi agentliyinin peyk müşahidələrinə əsaslanan məlumatlarına görə, 1983-1987-ci illərdə Avstraliya Yaponiyaya tərəf - 38 sm, Şimali Amerika – 11 sm, Havay adaları – 39 sm yaxınlaşmışdır. Əgər belə hərəkət tempi saxlanılarsa, onda Havay adaları 100 milyon ildən sonra Yapon adaları ilə birləşə bilər.

Zəlzələrin geoekoloji nəticələri

Yer kürəsi əhaləsinin yarıya qədəri seysmik cəhətdən təhlükəli ərazilərdə yaşayır.Yeri hər il M7 maqnitudalı 8-10 seysmik zəlzələlər titrədir. 300-ə qədər zəlzələlərin maqnitudası 5-ə bərabərdir. Dünyada hər il 10-15 min insan zəlzələlərin qurbanı olur. Təxmini hesablamalara görə axırıncı 4 min ildə zəlzələlər 13 milyon insanın həyatına son qoyub. Çin alimləri 2750-ci il üçün zəlzələlərin siyahısını tərtib etmişlər. Onlar 1000-dən artıq dağıdıcı zəlzələlərin olacağını göstərirlər. Maddi dəyərlərin dağılması ilə əlaqədar itkilər milyard dollarla hesablanır. Zəlzələ ocağında seysmik təkanların intensivliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün zəlzələni yaradan seysmik ehtirazların (vibrasiyanın) ümumi enerjisini səciyyələndirən maqnitudaların şkalası yaradılmışdır.Onu yunan alimi T.Vadati təklif etmiş və amerikan seysmoloqu Ç.Rixter təkmilləşdirmişdir.Sonuncunun adı ilə o “Rixter şkalası” adlanır.

Zəlzələlərin dağıdıcı nəticələri qruntun yumşalması, qırılmalar, sürüşmələr, uçqunlar və s. proseslərlə güclənir.

Qırılmalarla əlaqədar Şimali Çində (1976), Qvatemalada (1976), Baykal gölündə (1999) sürüşmə və uçqunlarla əlaqədar isə (Anqanikada 1850), Pamirdə (1911), Çində (1920), Yaponiyada (1923), Peruda (1970) güclü zəlzələlər olmuşdur.



Vulkanizmin geoekoloji nəticələri

Vulkan fəaliyyəti Yerin bütün geoloji tarixini müşayiət etmişdir. O, yer qabığının, hidrosferin və atmosferin yaranmasına kömək etmişdir. Yer kürəsində 850 fəaliyyətdə olan vulkan vardır. Onların çoxu sualtı vulkanlardır. Hər il dünyada yüzlərlə vulkan püskürməsi baş verir. 4.5 milyard il ərzində vulkanlar yer səthinə 13.5ּ 1018 ton dərinlik maddəsi çıxarmışdır.

Qədim geoloji dövrlərdə bazalt lavalarının püskürmələri geniş yayılmışdır. Belə ki, Krasnoyarski vilayətində 1.5 milyon km2 ərazi mezozoy yaşlı bazalt örtükləri ilə tutulmuşdur.

Hazırda bazaltlar okean dibinin çox böyük sahələrini örtür.Vulkanlar böyük miqdarda lava, kül, xırda və iri süxur parçaları, müxtəlif qazlar püskürməklə, geoloji mühitə və insanların həyatına çox güclü təsir göstərir.



Palçıq vulkanları. Azərbaycanda palçıq vulkanları geniş yayılmışdır. Palçıq vulkanı brekçiyası üçün xarekterik elementlər bunlardır:B,Hg, Mn, Ba, Sr, Cu, Mo, Li, Pb.

Belə bir fikir formalaşır ki, Abşeron yarımadasında ekoloji gərginliyin yaranmasında palçıq vulkanları da müəyyən rol oynayır. Onların fəaliyyəti nəticəsində ətraf mühitə zəhərli kimyəvi elementlər daxil olur. Ən böyük vulkanlardan olan Lökbatan, Leyrəki, Bozdağ, Güzdək və s. Püskürmə zamanı yer səthinə külli miqdar müxtəlif duzlar və mikroelementlər çıxarır. Əsasən bor, qurğuşun, molibden, xrom və s. Torpağa və qrunt sularına nüfuz edərək onların kimyəvi tərkibini və xassələrini pisləşdirir, bitkiləri zəhərləyərək, onların növ tərkibini dəyişir, seyrəkləşdirir, məhv edir.



Neft çıxışları. Litosferin həmçinin hidrosferin təbii yolla çirklənməsində neft-qaz çıxışları da müəyyən rol oynayır. Abşeron yarımadasında geoekoloji vəziyyəti gərginləşdirən amillərdən biri də geniş ərazidə neft-qaz çıxışlarının olmasıdır. Yasamal dərəsində Məhsuldar Qatın klassik kəsilişində neft ilə doymuş çoxlu layları müşahidə etmək olar. Binəqədidə Bitum yatağı, IV dövr fauna və florası ilə zəngin olan “heyvanlar qəbiristanlığı” mövcudddur.

Atəşgahda neftin kustar üsulla hasilatı sahələri, qaz çıxışları, neftlə doymuş sahələr müşahidə olunur. Binəqədidə, Qırməki Dərəsində üzə çıxan neftli laylar geniş əraziləri neft ilə hopdurmuşdur.

Ümumiyyətlə, dənizdə neft hasilatı olan sahələrdə dəniz dibində neft-qaz sızmaları (qrifonlar) qetdə alınır. Onların sayı Xəzərdə yüzdən çoxdur və mənşə etibarilə tektonik qırılmalarla əlaqədardır.



Texnogen birləşmələr. “Texnogenez” termini akademik A.Fersmanın tədqiqatlarından sonra (1922) tətbiq olunmağa başlayıb, lakin insanların fəaliyyətinin geokimyəvi nəticələri bir neçə yüzilliklər bundan əvvəl təzahür etmişdir. Ancaq bu nəticələrin mənası yalnız XX əsrdə kəskin surətdə yüksəlmişdir. Antik dünyada insanlar cəmi 19 elementdən istifadə edirdilər. XXIII əsrdə - 28, XIX əsrdə - 50, XX əsrin əvvəllərində - 60. Son onilliklərdə, nəinki yer qabığında mövcud olan 89 məlum kimyəvi elementdən hətta süni radioaktiv elementlərdən istifadə etməyə başlamışlar.

Mineral xammal hasilatı, kaustobiolitlər daxil olmaqla, 100 milyard ton təşkil edir. Mineral xammal emal məhsullarının əksəriyyəti kimyəvi elementlərin birləşmələrindən ibarətdir. Onlar təbii proseslər nəticəsində yaranmır və biosferdə rast gəlinmir, yalnız antropogen fəaliyyət nəticəsində bura düşürlər. Bununla əlaqədar onların biosferdə davranışı təbii birləşmələrin davranışından fərqlənir. Bu texnogen mənşəli birləşmələr, təbii metallar texnogen yolla biosferə keçərək sonradan burada fəaliyyət göstərən miqrasiya və koufentrasiyanın əsas qanunlarına tabe olmağa başlayır. Texnogen birləşmələr biosferə daxil olduqdan sonra canlı orqanizmlərə xüsusi şəkildə təsir etməyə başlayır.

Belə birləşmələrin istehsalı, həm ümumi kütlə üzrə həm də müxtəlifliyinə görə fasiləsiz surətdə və tez artdığından, orqanizmlərə təsirdə də get-gedə güclənir. Artıq texnogen birləşmələrin biogeokimyəvi rolunu nəzərə almamaq mümkün deyildir.

Texnogen birləşmələrin istehsalı üçün enerji lazımdır. Əksər hallarda onun mənbəyi təzələnməyən ehtiyatlar olan kömür, neft, və qazdır. Neft üzvi sintez üçün də xammal kimi xidmət edir: Bu məqsəd üçün bütün xammalın 90%-i neftdən alınır. Beləliklə, bir o qiymətli, təzələnməyən ehtiyatlardan istifadə edirik ki, onlar milyon illər ərzində toplanmışlar və təkcə bizə deyil, gələcək nəsillərə də məxsusdur.



Texnosferə çirkləndirici maddələrin daxil olma həcmləri

Texnogen ehtiyat dövrləri ətraf mühitin çirklənməsilə əlaqədardır. Çirklənmə hər hansı mühitə yəni onun üçün xarekterik olmayan fiziki, kimyəvi, bioloji maddələrin, agentlərin gətirilməsi, mühitdə saydığımız bu maddələrin insana, floraya və faunaya zərərli təsir etməklə təbii orta səviyyəsinin müəyyən vaxtda yüksəlməsidir.

Hazırda texnogenezin sənaye çirklənməsinin miqyası bəzən insanin yerdə yaşaması üçün böhran vəziyyətləri yaratmaqla təhlükəli ölçülər almışdır:


  1. Hər il Dünya okeanına 10 milyon ton neft daxil olur:

  2. Hər il sənaye müəssisələri və nəqliyyat vasitəsilə atmosfer havasına 1 mlrd.m3 hiss (qurum) ayrılır:

  3. Hər il daxili hövzələrə və su cərəyanlarına 500 milyon ton sənaye-məişət axınları daxil olur:

  4. Hər il 19 mld. ton şərti yanacağın yandırılması zamanı 150 mln. ton kükürd anhidridi və 30 mlrd. m3 CO2 ayrılır ki, bu da parnik effektinin yaranmasına səbəb olur:

  5. Məişət və sənaye tullantılarının həcmi artır:

  6. Suların çirklənməsi güclənir, çirklənmiş suların həcmi dünyada hər il 700 km3 artır:

Texnosferin çirklənməsində əsas rolu sənaye, energetika və nəqliyyat oynayır.

Litosferin sənaye müəssisələri tərəfindən çirklənməsi

Sənaye və məişət tullantılarının böyük miqdarı torpağa düşərək onun kimyəvi tərkibini və keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişir, özünütəmizləmə işi ya yavaş gedir ya da heç getmir. Torpağın ağır metallarla yanaşı kükürdlü çirklənmə ocaqları ilə çirklənməsi texnogen səhraların yaranmasına gətirib çıxarır, çünki dəmirin kükürdlə qarşılıqlı əlaqəsi zamanı güclü zəhər kükürdlü dəmir yaranır. Nəticədə torpağda mikroflora məhv olur, bu da münbitliyin itməsinə, geokimyəvi mühit və canlı orqanizm vəhdətinin pozulmasına səbəb olur.

Sənayenin bərk tullantıları iki əsas növə ayrılır: zəhərli və zəhərli olmayan. Bundan başqa onlar metallik və qetri- metallik və konbinəli olmaqla da təsnif edilir. Qeyri-metal tullantıları inert (boş süxur atmaları, kül və s.) və kimyəvi fəal (rezin,plastmass və s.) olmaqla da ayrılır.

Torpaqların sənaye müəssisələri tərəfindən kimyəvi çirklənməsinin əsas yayılmış maddələr qrupuna daxil etmək olar:



  • Qazlar (CO2 ;CO ;SO2 ;NO2 ;H2S ) ;

  • Ağır metallar və onların birləşmələri (Hg,Pb,Cd )

  • Tsiklik karbohidrogenlər

  • Radioaktiv maddələr

Kosmik tədqiqatların geoekoloji nəticələri

Kosmik aparatın qarşısında qoyulan məqsədən asılı olaraq, onu kosmik fazanın müxtəlif rayonlarına istiqamətləndirirlər.Bu rayonların öyrənilməsi göstərir ki, raket-kosmik texnikanın istimarı, həm yerin biosferi ( litosfer, atmosfer, hidrosfer ), həm də Təbii mühitə təsirlə əlaqədardır. Bu məsələ də local və qlobal təsirləri artırır.

Raket-Kosmik texnikanın Yerin təbiətinə qlobal təsirinin mümkünlüyü onunla göstərilir ki, birincisi, kosmik aparatın kosmosa çıxarılması zamanı daşıyıcıların hərəkət trayektoriyası yerindən xeyli aralı olan region əraziləri üzərində olan atmosferin bütün təbəqələrindən keçir, ikincisi, orbitə çıxarılan kosmik aparatlar və raketlərin sonuncu pilləri atmosferin üst təbəqələrində tormozlanma və onların natamam yanmaları zamanı

Yer səthində çox nəhəng əraziləri üçün təhlükə kəsb edir, onların yerətrafı kosmik fəzada uzun müddət mövcud ola bilənləri isə öz aktiv mövcudluğunu sona çatdırdıqdan sonra fəzanı zibilləyir və yeni göndərilən aparatlar üçün təhlükəli olur.Ekoloji təsirin qlobal amillərinə bunlar aiddir:

-daşıyıcı raketlərin aktiv sahədə iş zamanı atmosferə yanma məhsullarının atılması (o cümlədən canlı təbiət üçün zəhərli maddələrin);

-daşıyıcı raketlərin və kosmik aparatın işlənmiş pilləsinin atmosferdə yanması;

-yeraltı fəzanın işlənmiş məmulatların fraqmentləri ilə (kosmik apparat, daşıyıcıların son pillələri, qurğunun ayrı-ayrı elementləri) zibillənməsi;

-qəza hallarında həm daşıyıcı raketlərin, həm də kosmik aparatın konstruksiyalarının işlənmiş elementlərinin nəzərdə tutulmayaraq Yerə düşməsi;



Təsirin “lokal amilləri” bunlardır:

-yanacaqdoldurma yerlərinə aparılan zaman və bilavasitə yanacaqdoldurma zamanı yanacaq komponentlərinin dağılması ( bu zəhərli komponentlərə aiddir)

-daşıyıcı raketlərin işlənmiş pillələrinin Yerə düşməsi;

-daşıyıcı raketlərin hərəkəti zamanı səs tezyiqinin və dalğasının yayılması;

-Kosmik fəaliyyəti zamanı ozon, yanma məhsullarında olan su buxarlarının, həmçinin azot oksidlərinin təsiri ilə parçalanır. Təcrübi olaraq, hər hansı daşıyıcı raketin uçuşu zamanı ozon təbəqəsində “pəncərə” əmələ gəlir. Raketin iri boyu bir neçə yüz metrlik diametrdə ozon, bütün yüksəkliklərdə ani olaraq tam dağılır və sonra 2-3 saatdan sonra bərpa olunmağa başlıyır.

Energetikanın geoekoloji nəticələri
Axtarış və kəşfiyyat işlərində ekoloji problemlər.Ümumi müddəalar

Ölkənin xalq təsarrüfatında neft-qaz kompleksinin rolu danılmazdır.Bununla belə, bu kompleks ətraf mühitin çirklənməsində və müxtəlif işlər görülən zaman, ekoloji tədbirlər görülmədikdə, potensial qorxu mənbəyidir. Ətraf mühitin əsas komponentlərinə (hava, su, bitki və heyvan aləmi, insanlar) neftin və qazın mənfi təsiri, karbohidrogenlərin və kükürdlü birləşmələrin toksik təsiri, texnoloji proseslərdə istifadə olunan kimyəvi maddələrin müxtəlifliyi ilə və həmçinin neft-qaz quyularının qazılması, mədənlərdə neftin və qazın çıxarılması və sonrakı nəqli, saxlanılması, email şəraiti ilə sıx əlaqədardır.

Bütün texnoloji proseslər (kəşfiyyat, qazıma, neft-qaz çıxarma, yığılma, nəql, saxlanılma, emal) müəyyən şəraitdə ekoloji mühiti poza bilər.

Müxtəlif kimyəvi birləşmələrdən ibarət olan neft, qazma məhlulu, şlam və çirkab sular hava, torpaq, bitki və heyvanlar aləminə, insanlara pis təsir göstərə bilər.

Neft-qaz kompleksində qəzaların nəticələrinin təhlili, çox hallarda onların insan amilinin təsirindən baş verdiyini deməyə imkan verir (təbii və texnogen amillər istisna edilməklə-dənizdə tufan, boru kəmərlərinin korroziyası və s.)

Buna görə də quyuların qazılması , yataqların axtarışı, kəşfiyyatı, işlənməsi və həmçinin neftin və qazın nəqli, saxlanılması, email, istehsalatda çalıçan mütəxəssis və texniki personaldan çox asılıdır.



Quruda quyuların qazılması zamanı əsas çirklənmələr neftin və neft məhsullarının (dizel yanacağı, yağlar və s.) və həmçinin qazıma zamanı istifadə olunan kimyəvi reagentlərin dağılması ilə əlaqədardır.

Dənizdə qazıma zamanı çirklənmələrin əsas mənbəyi isə suya axıdılan üzvi maddələrdir. Bunlara qrafit, neft, sulfidli-spirtli birləşmələr, karboksitli sellüloza və s. və qeyri-üzvi maddələr (barit, akustik soda və s.)aiddir. Bu maddələr dəniz suyuna düşdükdə çirklənmə ocaqlarının yaranmasına və fauna və floranın məhvinə gətirib çıxarır.
Axtarış və kəşfiyyatda ətraf mühitin qorunması məqsədilə qoyulan əsas tələblər:

Geoloji-kəşfiyyat ,o cümlədən qazma işləri aparılarkən, təbiətin mühafizə edilməsinə aid tədbirlər görülmədikdə aşağıdakı fəsadlar meydana gələ bilər: Yer səthinin, göllərin,çayların və digər su hövzələrinin neft və neft məhsulları ilə çirklənməsi, neft və qazın atmosferə çıxışı (atılması) , yüsək mineralizasiyalı lay sularının və yuyucu mıhlulun su hövzələrinə axıdılması geoloji-kəşfiyyatın istehsalat obyektlərinin qurulması zamanı torpağın münbit qatlarının korlanması və yanğınlarən baş verməsi və s.

Axtarış kəşfiyyat işləri aparılarkən müxtəlif qəzalı vəziyyətlər yarana bilər ki, bu da insanlara, yeraltı sərvətlərə və ətraf mühitə böyük zərər verə bilər.

Quyuların qazılması zamanı qəzalar, qazma texnologiyası və qaydalarına əməl olunmadıqda, məhsuldar neftli-qazlı layların yatım şəraiti və geoloji quruluşu nəzərə alınmadıqda baş verir. Buna görə axtarış və kəşfiyyat quyularında kəmərlərin sementlənməsi işlərinə sərt tələblər qoyulmalıdır.

Neftin və qazın digər horizontlara axınının və məhsuldar horizontlrının sulaşmasının qarşısını almaq məqsədilə qazılan quyuların lüləsini açıq qoymaq olmaz.

Bundan başqa, quyular qazılarkən neftin və qazın açıq fontanının qarşısını almaq məqsədilə, ağırlaşdırılmış yuyucu məhlullardan istifadə edilməlidir.

Kəşfiyyat quyularının qoruyucu kəmərlərinin ətrafı tam sementlənməlidir. Eyni zamanda sementin keyfiyyət göstəriciləri yoxlanılmalıdır ki, tamqonaj zamanı sementin erkən bərkiməsi baş verməsin.

Anomal lay təzyiqi olan rayonlarda neft-qaz atılmalarına qarçı daha kəskin mübarizə aparılmalıdır. Bu zaman ağırlaşdırılmış gil məhlullarından istifadə edərək, lay təzyiqindən artıq əks təzyiq yaradılmalıdır.

Bir sıra rayonlarda qrifon əmələgəlmə müşahidə edilir. Qrifon əmələgəlmə və açıq fontan kəskin pozulmuş qırışıqları olan sahələrdə daha çox müşahidə edilir. Belə hallar yanğın yaranmasına gətirib çıxara bilər.Qrifonların və açıq fontanın bas vermemesi ucun,quyuya xüsusi əlavə qoruyucu kəmər byraxılır. Kəsilişin dağılmış hsssələri izolyasiya olunur. Qrifon və açıq fontan baş verdikdə isə,bunun qarşısı ya maiili quyunun qazınması ilə,ya da quyuya böyük həcmdə sementin vurulması ilə alınır.

Quruda quyular qazılarkən aşağıdakı tədbirlər həyata keçirilməlidir:

1.Qazıma avadanlığının montajından əvvə torpağın üst münbit qatı çıxarılmalı və anbara yerləşdirilməlidir.

2.Qazılma aparılan yerin ətrafı xüsusi olaraq,elə düzəldilməlidir ki,ətraf mühit sement və digər məhlullarda çirklənməsin.

3.Texniki suyun yenidən istifadəsi məqsədi ilə əlavə sirkulyasiya sistemi qurulmalıdır.

4.Qzılma işləri dayandırıldıqda quyunun ağzı preventrlə tam hermetic bağlanılmalıdır ki,təzyiqli məhsullar horizntlardan gələn fluid çıxışlarının qarşısı alınsın.

5.Kimyəvi reagentlər zavəd qablaşdırılmasında olmalı və xüsusi yerlərdə saxlanılmalıdır.

6.Qazılmış süxurları və əlavə gil məhlulunun və şlamı xüsusi yerlərə aparmaq və basdırmaq lazımdır.

7.Qazılma avadanlığının demontajından sonra,ərazi düzəldilməli və rerultivasiyaya məruz qalmalıdır,torpaq isə əvvə ki,istifadəçisinə təhvil verilməlidir.

Axtarış-kəşfiyyat işləri aparılan rayonlarda H2S –in insanlara və bütün canlılar aləmə olan təsiri qeyd olunmalıdır. H2S –zəhərli qazdır,nəfəs yollarının iflicinə gətirib çıxarır. H2S –in varlığını müəyyənləşdirən bir neçə üsul vardir:


  1. H2S-in olduğu yerlərdə,onun konsentrasiyasından asılı olaraq,ampulada olan sirkəli quruluşun rəngini tünd qəhvəyi və qaraya qədər dəyişir.

  2. Portativ electron dedektorlar H2S-i müəyyən etdikdə sısli siqnalizasiya işə düşür.

Quyuların dənizdə qazılması zaman stasionar platform və estakada da olan sahələrr aşağıdakı kimi təchiz olunmalıdır:
1.Şlamın yığılması və aparılması üçün lazım olan texniki avadanlıqlarla

2.Yanar yağlayıcı materialların hermetic qəbulu və ötürülməsi sistemi ilə

3.Kimyəvi reagentlərin qəbulu,saxlanılması və ötürülməsi ilə əlaqədar qapalı pınevmo sistemlərlə

4.Yuyucu məhlulun qapalı sirkulyasiya sistemi ilə

5.Qazıma məhlulunun yığılması ,təmizlənməsi və utilizasiya sistemi ilə

6.Su təchizatı sistemi ilə

Bu tədbirlər həm quruda həm də dənizdə qazıma işləri aparılarkən,neftli-qazlı obyektlərin axtarışı və kəşfiyyatı ,işlənməsi mərhələlərində görülməlidir.

Bunan əlavə aşağıdakı qaydalara əməl olunmalıdır:

1.Quyuların kontruksiyası ilə ele seçilməlidir ki,qəzasız və effektiv istismar mümkun olsun

2.Bütün uducu horizontlar izolyasiya edilməli,kəmər arxası sahələr isə hermetic bağlanılmalıdır.

3.Mədən lay suları dərində yatan uducu horizontlara vurulmalıdır.

Dənizdə neftlə çirklənmənin qarşısının alınması üsulları:

Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Dəniz səthində çirklənmə ləkəsi müşahdə edildikdə ,onun hərəkət istiqaməti və sürətini müəyyən edirlər.İlk növbədə neftin yayılmasının qarşısı alınmalı,qirklənən ərazi lokallaşdırılmalıdır.

Bu məqsədlə xüsusi çəpərləmədən istifadə olunur ki,sonuncunun əsasını penoplast təşkil edir.

Bu çəpərlər ləkə ətrafında,onun perimetri üzrə qurulur.

Dənizin neftlə çirklənməsinin qarşıının alınmasının istifadə olunan ən geniş yayılmış üsul xüsusi gəmilərdə istifadə etməklə -mexaniki yayım üsuludur.



Bu gəmilər suyun üst qatını və neft ləkəsini nasoslar vaitəsilə sorur,sonra isə neft separatorla ayrılara gəmidə olan sistemlərə yığılır.

Digər üsul neftin fiziki-kimyəvi xassələrindən istifadə olunmasına əsaslanır.

Səthi aktiv maddələr suyun səthi dartılmasını azaldır və neftin səpələnməsinə səbəb olur.Bu neft suyun üzərində nazik plenka şəklində üzərək,xırda damcılar şəklində səpələnir və onra ya buxarlanır ya da atmosferin oksigeni hesabına oksidləşir.

Səthi aktiv maddələrdən istifadə neftin və neft üsullarının parçalanmasına səbəb olur,başqa sözlə desək,onun xassələrinin dəyişməsinə gətirib çıxarır;buxarlanma, həll olma,çökmə,oksidləşmə prosesləri neft və neft məhsullarının deqradiyasını asanlaşdırır.



Digər üsulsorbentlərin istifadəsinə əsaslanır ki,sonuncular öz növbəsində nefti udmaq və saxlamaq imkanına malikdirlər(quru torf,sintetik materiallar). Bunların istifadəsindən sonra əmələ gəlmiş bərkimiş materiallar yığılaraq yandırılır və ya kimya sənayesində istifadə olunur.

Digər maddələr-adsorbentlər udulmuş neftin və neft məhsullarının batırılması üçün istifadə olunur.(kömür tozu,kaolin,xırdalanmış təbaşir)

Bu metodlar dənizdə dalğa az olduqda və neft ləkəsinin qalınlığı az olduğu zaman daha effektivdir. Başqa bir üsul – nefti mənimsəyən bakteriyalardan istifadə olunmasıdır. Bu bakteriyalar istənilən dərinlik və temperatur şəraitində nefti emal edərək, CO2-nin ayrılmasına gətirib çıxarır. Qəza nəticəsində dənizə axan neftin qarşının alınması məqsədilə neftin yandırılması ekoloji mühitə təsirinə görə ən zarərli üsuldur. Fransada dənizə dağılmış nefti yığmaq üçün xüsusi sentrifuqa cihazı “siklonet” –dən istifadə olunur. Bu cihaz barjada nasoslarla birlikdə yerləşdirilir. Sonuncular nefti su ilə birlikdə soraraq, cihazın barabamna ötürülür ki, burada da bu qarışıq tez bir zamanda neft və suya ayrılır.

İsveç və ingilis mütəxəsisləri dəniz suyunun neftdən təmizlənməsi məqsədilə köhnə qəzet və xırda hidrof kağız parçalarından istidafə edirlər.

Qəzet və kağız parçaları- uzunluğu 3 mm olan hissələrə parçalanır. Bu xırda hisəciklər öz kütləsindən 28 dəfə çox nefti özünə çəkə bilər. Bu xırda hissəciklər suya salınmadan əvvəl neylon kisələrə doldurulur və sonuncular isə suya salınır. Bu üsuldan neft tankerləri qəzaya uğradıqda qəza yerindən nefti yığmaq üçün də istifadə olunur.

Yaponiyada- dənizdə olan neft ləkələrinin qarşının alınması məqsədilə unikal texnologiya yaradılmışdır.

“Kansaysange” korporasiyası ASWW reaktivi hazırlanmışdır. Bu reaktivin əsasını xüsusi hazırlanmış düyü toru təşkil edir. Bu tor neft ləkəsinin üzərinə səpələndikdən 0,5 saat sonra, nefti özünə çəkir və qatı kütlə əmələ gəlir ki, bunu da sonra adı torlarla çəkib sudan çıxarırlar.




Yüklə 200,4 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə