www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
152
qonur və «vətənə gəldim, imana gəldim» deyərək cəh-cəh
vurmağa başlayır.
Bütün bunları xana çatdırırlar. Xan öz-özünə fikirlə-
şir. Mən ona o cür baxırdım, bütün bunlar, qaratikan
kolunun yanında heç nə imiş.
***
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
153
153
153
DĠL
Qədim Yunanıstanın tanınmış təmsilçisi Ezop
filosof Ksanfın köləsi olmuşdur. Günlərin bir günündə
Ksanf dostlarını qonaq çağırmaq fikrinə düşür. O, Ezopa
ən yaxşı bir şeydən xörək bişirməyi əmr edir. Nahar vaxtı
süfrəyə ancaq dil xörəkləri gətirildiyini görən Ksanf təəc-
cüblənir və Ezopdan bunun səbəbini soruşur. Ezop cavab
verir: «Sən əmr etmişdin ki, ən yaxşı şeydən xörək hazır-
layım. Dünyada dildən yaxşı nə ola bilər? Dilin köməyi
ilə şəərlər salınır, xalqın mədəniyyəti inkişaf edir. Dilin
köməyi ilə biz biliklərə yiyələnirik. İnsanlar fikirlərini
bir-birlərinə dil vasiətsi ilə başa salırlar və dilin köməyin-
dən istifadə edirlər». Ezopun bu ağıllı sözləri Ksanfın da,
qonaqların da xoşuna gəlir.
Bu əhvalatdan bir neçə gün sonra Ksanf yenə öz
dostlarını nahara dəvət edir. Bu dəfə o, Ezopa tapşırır ki,
ən pis şeydən dadlı xörəklər hazırlasın. Ezop yenə də
bazardan dil alır.
Nahar vaxtı Ksanf və dostları süfrəyə gətirilən xö-
rəkləri görüb təəccüblə Ezopa baxırlar. Ezop üzünü
Ksanfa tutaraq deyir: «Sən mənə tapşırmışdın ki, nahar
üçün ən pis şeydən xörək hazırlayım. Dünyada dildən də
pis şey varmı? Dil bəzilərinə peşmançılıq gətirir.
Bəzilərini ikiüzlülüyə, yalan danışmağa, hiyləgərliyə
yuvarlayır. Dil adamları bir-birinə düşmən edə bilir.
Məgər dildən pis ikinci bir şey tapılarmı?».
Ezopun bu mənalı və həqiqətə uyğun sözlərini eşi-
dən qonaqlardan bəziləri çox məyus olurlar.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
154
NĠZAMĠ GƏNCƏVĠ
(1141-1209)
Şərq ədəbiyyatında ilk
«Xəmsə» müəllifidir.
N.Gəncəvi 1141-ci ildə
Gəncədə anadan olmuşdur.
Əsl adı İlyas Yusif oğludur.
Bütün ömrü boyu Gəncədən
ayrılmamış, burada mədrəsə
təhsili almış, ərəb və fars dillə-
rini dərindən öyrənmiş, tarix,
fəlsəfə, hüquq, məntiq, coğrafi-
ya, astronomiya ilə tanış olmuş,
mətnşünaslıq və rəssamlığı yaxşı bilmişdir. Yaradıcılığa
lirik şeirlər, qəzəllərlə başlasa da, Xəmsəyə daxil olan beş
poeması ilə tanınmışdır. Həmin poemalar aşağıdakılardır:
1. «Sirlər xəzinəsi» (1174-75).
2. «Xosrov və Şirin» (1181).
3. «Leyli və Məcnun» (1188).
4. «Yeddi gözəl» (1197).
5. «İsgəndərnamə» (1203-1205).
Nizami Gəncəvi öz yaradıcılığı ilə dünya ədəbiyya-
tının inkişafına təsir göstərmişdir. Şeyx Nizaminin hər
kəlməsi aforizmdir:
1. Peyğəmbərlərdən sonra şairlər gəlir.
2. Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
155
155
155
3. Hər uca rütbədən bilinir fəqət,
Alimin rütbəsi ucadır əlbət.
4. Əlində yumşalsa dəmir onu bil,
Tədbirlə yumşalar, hiddətlə deyil.
5. Varkən sağlıq əldə, cavanlıq əldə
Sənindir hər murad hər xoş əməl də.
6. Ömrünü boş yerə vermə əlindən
Ötən gün qayıtmır yaxşı anla sən.
7. Çatacaq kamına istedadlılar,
İşləri iş bilən aparsa əgər.
8. İnsana arxadır onun kamalı
Ağıldır hər kəsin dövləti-malı.
9. Səbr etməklə kişi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar.
10. Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan.
11. Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər.
12. Yüz ulduz yansa da göylərdə, inan
Bir günə baş əymək xoşdur onlardan.
13. Göydə parlasa da nə qədər ulduz
Günəşdir nur verən aləmə yalnız.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
156
14. Mədənlə dolsa da hər bir xəzinə
Hər kiçik zərrəsi dərmandır yenə.
15. Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
16. Ağzına qıfıl vur yandır sözünü,
Boş-boş söyləməkdən saxla özünü.
17. Şir kimi hücum et, şirə rast gəlsən
İt görən zamanda gəl baş qoşma sən.
18. Böyüklə vuruşda insan ad alar
Alçaqla vuruşda özü alçalar.
19. İradəsiz olma, iradəsizlər
Ayaqsız qurd kimi yerdə sürünər.
20. Sözün də su kimi lətafəti var
Hər sözü az desən daha xoş olar
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da
İncitək sözlər seç, az danış, az din
Qoy az sözlərinlə dünya bəzənsin.
21. Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək.
22. Az sözün incitək mənası solmaz
Çox sözün kərpic tək qiyməti olmaz.
Dostları ilə paylaş: |