Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
157 
157 
157 
23. İnsan yem dalınca qaçmasın gərək 
Quşdan ayıq olsun, zirəkdən zirək. 
 
Nizaminin  800  ilik  yubileyi  (1941-ci  ildə) 
YUNESKO xətti ilə dünya miqyasında qeyd edilmişdir. 
Şair  1209-cu  ildə  Gəncədə  vəfat  etmişdir.  Hazırda 
Azərbaycanın  hər  yerində  şairin  870  illiyi  ilə  əlaqədar 
yubiley tədbirləri keçirilir. 
 
 
«Xeyir və Ģər» 
(«Yeddi gözəl» poemasından ixtisarlar) 
 
Çin qızı söylədi: - İki növcavan, 
Başqa bir şəhərə oldular rəvan. 
Gəncin biri Xeyir, birisi Şərdi, 
Onlar adları tək işlər görərdi. 
Bir-iki gün gedib mənzil aşdılar, 
Yanlarında olan azuqə ki, var, 
Şər saxlayır, Xeyir yeyib, içirdi, 
O əkir, bu isə buğda biçirdi. 
Gedirdi yanaşı cavanlar belə, 
Birdən yetişdilər isti bir çölə. 
Bu çöl təndir kimi bir odlu yerdi,  
İstisi dəmiri mum eyləyirdi. 
Şər yaxşı bilirdi, yolu uzaqdır, 
Susuz xarabadır, xeyli quraqdır. 
Xəlvəti məşkinə su doldurub Şər,  
Dürr kimi gizlədi, vermədən xəbər. 
Xeyir: - Yəqin, yolda su var – deyirdi, 
Hər tərəf susuzdu, o bilməyirdi. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
158 
Yeddi gün getdilər qızğın çöl boyu, 
Qurtardı zavalı Xeyirin suyu. 
İçirdi Şər, susuz yanıb da, ancaq, 
Xeyir dinməyirdi, tikmişdi dodaq. 
Nəhayət, ciyəri qurudu, yandı, 
Endi kirpikləri, gözü qapandı. 
Yanında od rəngli cüt ləli vardı, 
Suyu daşda idi, sanma axardı. 
Açdı sulu ləli göstərib Şərə, 
Qoydu qabağında əlbəəl yerə. 
Dedi ki: «Yanğıdan öldüm, kömək et, 
Söndür atəşimi… yandım… mərhəmət… 
Bir içim saf su ver, imdadıma çat,  
Ya mərdlik ucundan bağışla, ya sat, 
Bu qoşa gövhəri öz suyuna sal, 
Su ver, gövhərimin bir qeydinə qal». 
Tanrı qəzəbinə gəlmiş zalım Şər 
Gördü adı kimi yaramaz işlər. 
«Bu daşdan, - dedi ki: - yonma gəl bulaq
Mümkünmü dünyada məni tovlamaq? 
Viranədə gövhər verirsən mənə 
Ki, abad şəhərdə alasan yenə?.. 
İstəyirəm elə bir gövhərki səndən,  
Ala bilməyəsən geriyə məndən». 
Xeyir dedi: «Nədir o, söylə görək? 
İstədiyin dürrü tapıb da verək». 
Şər dedi: «O gövhər ikicə gözdür, 
Bu, ondan, o, bundan daha əzizdir. 
Gözünü satmasan, bunu yaxşı bil, 
Bu sudan içməyin heç mümkün deyil». 
Xeyir bu rəftara qaldı xeyli mat,  
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
159 
159 
159 
Su üçün göz suyu axıtdı, heyrat. 
Gördü ki, öləcək, əldən gedir can, 
Xilas olmayacaq can yanğısından. 
Dedi: «Bıçaq gətir, xəncər gətir, gəl, 
Su ver içim ömrə qımayadan əcəl. 
Bu halı görüncə siyirib xəncər, 
Quş kimi şığıdı Xeyirin üstə Şər. 
Xəncəri çırağa çaldı, qanmadı, 
Çırağı söndürdü, qəlbi yanmadı. 
Ömrünü yazığın salıb zavala 
Su dəxi verməyib düzəldi yola. 
Bütün şeylərini, ləlini soydu. 
Koru təkbaşına səhrada qoydu. 
…Bir kürd vardı mallı, pulu, kefi çağ, 
Qurdun balasından sürüsü uzaq. 
Ot, ələf dalınca düşərdi çölə, 
Sürü otarardı hər zaman belə. 
Otlağın otları yetincə sona, 
Sürünü çəkərdi başqa bir yana. 
Qəzadan, iki gün vardı o yerə 
Pəncə uzatmışdı bənzəyib şirə, 
Onun türk baxışlı, xoş hindu xallı 
Bir qızı vardı ki, xeyli kamallı. 
Evdə bəslənilib çatmışdı boya 
Balıqtək meyl etdi o gözəl suya. 
Yolun kənarında bir çeşmə vardı, 
Soyuqdu, el suyu ordan alardı. 
Qız o şirin sudan gəlib doldurdu, 
Sonra evlərinə getməyə durdu. 
Birdən qulağına gəldi uzaqdan
Yaralı xəstədən qopan ah, fəğan. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
160 
Eşidib o yana qız tez yüyürdü, 
Gəlib qan içində bir gənci gördü. 
Dedi: «Vay halına, söylə görüm sən, 
Qanlar içindəsən nə üçün, nədən?» 
O dedi: «Ey mələk, de görüm ki, sən, 
Pərizadəmisən, ya mələkmisən? 
İşim çox qəribə oyundur heyhat
Uzundur başıma gələn əhvalat. 
 
                     *** 
(Ey Şər) 
Ona su verməyib çıxdın da getdin. 
Aldın göz gövhəri, kəmər gövhəri, 
Apardın onları, yandı ciyəri. 
Bil ki, gövhərləri gedən mənəm, mən! 
Sənin bəxtin öldü, mənimkidir şən. 
Mənim taleyimə Allah oldu yar, 
İqbalım eylədi məni tacidar. 
Kəsildi bəxtinin tanrı pənahı, 
İndi bu yerlərin şahıyam, şahı! 
Vay sənin halına, yamandır zatın, 
Qurtarmaz əlimdən artıq həyatın». 
Şər Xeyiri tanıdı və birdən-birə
Özünü götürüb çırparaq yerə, 
Söylədi: «Gördüyüm işlər yamandır, 
Pis əməllərimə baxma, amandır. 
Başımız üstündə dönən fələklər, 
Sənə Xeyir demiş, mənə isə Şər. 
Nələr eylədimsə o zaman sənə, 
Bütün eylədiyim yaraşır mənə. 
Nələr bacarırsan, mənə, durma, et, 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə