www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
8
AZƏRBAYCANIN ƏRAZĠSĠ
Azərbaycan Respublikasının ərazisi hazırda 86,6
min km
2
təşkil edir.
Ölkə 39
0
24
1
, 41
0
54
1
şm en dairələri arasında və 44
0
46
1
, 50
0
45
1
ş
uzunluğunda, Bakı 40
0
paralel üzərindədir.
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şi-
maldan Rusiya ilə 390 km, şimal-qərbdən Gürcüstan ilə
480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Xəzər dənizi ilə sahil xəttinin uzunluğu – 713- km, Bakı-
dan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora
qədər olan məsafə 4440 km-dir.
Dünyada ən böyük gölün – Xəzər dənizinin sahəsi
400000 km
2
, ən dərin yeri–1025 m. ən yüksək dağ
zirvəsi–Bazardüzü – 4466 m.-dir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
9
9 9
AZƏRBAYCANIN BAYRAĞI
Azərbaycan Respublikasında Dövlət bayrağı ilk
dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan
Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir.
1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin
süqutundan
sonra
bu
bayraqdan
imtina
edilmişdir. Bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə
Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edil-
miş, xalqın iradəsi ilə Azərbaycanın bayrağı kimi təsdiq
edilmişdir.
Rəmzi mənası:
Göy rəng – türklük;
Qırmızı rəng – müasirlik
və demokratiya;
Yaşıl rəng – islam;
Aypara və ulduz – aya və
günəşə işarə olub,
əbədilik, dünyəvilik rəmzidir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
11
11
11
AZƏRBAYCAN RESPUBLĠKASININ
DÖVLƏT HĠMNĠ
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən
olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min
bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!