www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
33
33
33
Vurğu
Sözdə bir hecanın, cümlədə bir sözün digərlərindən
fərqləndirilməsi, yüksək tonla deyilməsi vurğu adlanır:
vurğu´, ila´n, sevi´nc, sevə´r və s.
Əsl Azərbaycan-türk mənşəli sözlərdə vurğu sözün
son hecasına düşür. Bu, heca vurğusu adlanır. Vurğu söz
kökündən şəkilçilərə keçir. Deməli, Azərbaycan dilində
vurğu sabit, dəyişən vurğudur. ila´n→ ilan-la´r→ ilan-
lar-ı´n…
Lakin Azərbaycan dilində bəzi vurğu qəbul etməyən
şəkilçilər də vardır:
1. İsimlərə artırılan şəxs-xəbərlik şəkilçiləri: (-am)
2
,
(-san)
2
, (-dır)
4
, (-ıq)
4
, (-sınız)
4
…
2. Mənsubluq bildirən -gil şəkilçisi: Səlimgil,
babamgil və s.
3. Felin inkarlıq şəkilçisi -ma
2
: gəlmə, oxuma,
yazma.
4. Soyad sonluqları: ov (ova), yev (yeva).
Məmmədova, Əliyev…
5. Felin nəqli keçmiş, indiki və qeyri-qəti gələcək
zaman şəkilçilərindən sonra işlənən şəxs şəkilçiləri:
oxumuşam, gələcə´yəm, oxuyu´ram.
6. idi, imiş, isə, ilə – hissəciklərinin şəkilçiləşmiş
formaları: (-dı)
4
, mış
4
, -sa
2
, -la
2
. Məsələn. yazmı´şdı,
oxuyu´rmuş, oxuyu´rsa, ata´mla və s.
7. Feli bağlama şəkilçitləri: -arkən
2
, -araq
2
, -ınca
2
,
dıqca
4
, - şəkilçilərinin ikinci hecası. Məsələn. oxuya´raq,
gördü´kcə, gəli´ncə və s (Şühudi keçmiş zaman
istisnadır).
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
34
Madan
2
– şəkilçisi bütövlükdə vurğu qəbul etmir.
Məsələn: gö´rmədən, bi´lmədən, ox´umadan və s.
8. Fellərə artırılan (-lar)
2
şəkilçisi gəlirlər, bilirlər,
oxuyurlar və s.
Qeyd: Şühudi keçmiş (-dı
4
) şəkilçisindən sonra
işlənən (-lar
2
) şəkilşisi vurğu qəbul eidr: gəldilər,
oxudular və s.
9. Zərf düzəldən -la
2
şəkilçisi, cəsarə´tlə, sevi´nclə və
s.
10.
Zərf
düzəldən
-casına
şəkilçisi:
qəhrəma´ncasına, fədakarcasına.
11. -ca
2
qoşma kimi işləndikdə: məncə´, səncə´ və s.
12. -mı
4
sual ədatı: gəldi´mi, sə´nmi.
13. Zərf düzəldən -an
2
şəkilçisi: qə´sdən, qə´flətən və
s.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
35
35
35
Əsas orfoepik və orfoqrafik qaydalar
Fonetika iki əsas sahəyə ayrılır: orfoqrafiya və or-
foepiya.
1. Orfoqrafiyada sözlərin düzgün yazılış qaydaların-
dan, hərf tərkibindən bəhs edilir. Bakı, qələm, kitab və s.
2. Orfoepiyada sözlərin düzgün tələffüz qaydala-
rından, səs tərkibindən bəhs edilir.
dəftər
dəfdər
kitab
kitap
balıq
balıx
yarpaq
yarpax
və s.
Sözlərin tələffüz forması, səs tərkibi transkripsiyada
göstərilir.
1. Bəzi sözlərin səs-hərf tərkibi dəyişmir: qələm
qələm
5 hərf=5 səs, kitab
kitap
: 5 hərf=5 səs.
2. Bəzi sözlərdə hərfin sayı səsin sayından çox olur:
saat
sa:t
4 hərf >3 səs, dovğa
do:ğa
5 hərf > 4 səs və s.
3. Bəzi sözlərdə səslərin sayı hərflərin sayından çox
olur:
ailə
ayilə
- 4 hərf < 5 səs
Nailə
Nayilə
- 5 hərf < 6 səs
radio
radiyo
- 5 hərf < 6 səs
Fonetik normalar orfoqrafik və orfoepik normaların
cəmindən ibarətdir.
Ən mühüm orfoepik və orfoqrafik normalara aşağı-
dakılar daxildir:
1. Qoşasamitli və qoşasaitli sözlərin orfoepiya və
orfoqrafiyasına aid qaydalar.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
36
2. Mürəkkəb sözlərin tələffüzünə və yazılışına aid
qaydalar.
3. İxtisarların (abreviaturların) yazılışına və tələffü-
zünə aid qaydalar.
4. Alınma sözlərin yazılışına və tələffüzünə aid qay-
dalar.
5. Mürəkkəb adların yazılışına və tələffüzünə aid
qaydalar.
6. Nitq hissələrinin yazılışına və tələffüzünə aid
qaydalar.
Qeyd: Azərbaycan dilində ı saiti və ğ samiti
sözlərin əvvəlində işlənmir.
Fonetik təhlil
1. Sözün səs və hərf tərkibi göstərilir.
2. Sözün yazılış formasına əsasən hecası və vurğusu
müəyyənləşdirilir.
3. Transkripsiyada tələffüz forması göstərilir.
4. Səslərin təhlili sözün transkripsiyası əsasında
aparılır.
Nümunə:
Şu/şa/ya
Şuşuya
1. Sözdə 5 hərf, 5 səs var.
2. Üç hecalıdır.
3. Vurğu 3-cü hecadadır.
4. Qalın sait ahəngi gözlənilib.
5.
ş
kar,
y
cingiltili samitdir.
6.
u
,
a
qalın saitlərdir.
Dostları ilə paylaş: |