www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
42
b) Ağdam
c) direktor
d) gümüş
e) məncə
8. Kar qarşılığı olmayan cingiltili samitlər hansı sı-
rada verilmişdir?
a) l, m, n, r
b) b, c, n, r
c) l, m, z, d
d) t, s, x, h
e) h, l, m, ş
9. Hansı söz hecalara doğru bölünməmişdir?
a) Ba-kı
b) şə-hər-də
c) A-zər-bay-can
d) ki-tab
e) təl-əbə
10. Sözdə hecanın sayı necə müəyyən edilir?
a) saitin sayı ilə
b) samitin sayı ilə
c) ahəngə görə
d) vurğuya görə
e) şəkilçilərə əsasən.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
43
43
43
LEKSĠKA VƏ LEKSĠK NORMALAR
Dilimizdəki bütün sözlər leksika, onları öyrənən
dilçilik şöbəsi isə leksikologiya adlanır.
Hər bir sözün ilkin mənası onun leksik mənasıdır.
Məsələn:
bina – yaşayış yeri.
ayaqqabı – ayağa geymək üçün əşya və s.
Sözlərin ilkin leksik mənası onun həqiqi mənası ad-
lanır. Əsas mənasından əlavə ifadə etdiyi məna isə
məcazi mənadır. Məsələn:
Kitab sözünün həqiqi mənası onun oxu ləvazimatı
olmasıdır.
Kitab sözü «ömür kitabı» birləşməsinin tərkibində
məcazi məna ifadə etmişdir.
Sözlərin bir leksik mənası olarsa, təkmənalı, bir
neçə leksik mənası olarsa, çoxmənalı sözlər adlanır.
Azərbaycan dilində bədən üzvlərimizin adları və bir çox
fellər çoxmənalı sözlərdir:
Ayaq – insanın ayağı, stolun ayağı, kəndin ayağı və
s.
Almaq – kitab almaq, yer almaq, söz almaq, xəbər
almaq və s.
Leksikada formaca eyni, mənaca müxtəlif olan
sözlər omonimlər adlanır: bal, yar, qaz, at, tut və s.
arı balı (isim)
bal
qiymət, dərəcə mənasında (isim)
quş (isim)
qaz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
44
yanar qaz (isim)
meyvə (isim)
tut
tutmaq (fel)
az adam (say);
az
azmaq (fel)
Bir-birinə omonim olan sözlər həm eyni, həm də
müxtəlif nitq hissələrinə aid ola bilər.
Başqa bir qrupa daxil olan sözlər müxtəlif şəkildə
deyilib, müxtəlif cür yazılsa da, eyni mənanı və ya bir
mənanın müxtəlif çalarlarını əks etdirir və sinonimlər
adlanır: yaş, sülü, nəm; oturmaq, əyləşmək; durmaq,
qalxmaq və s.
Sinonim sözlər eyni nitq hissəsinə aid olur.
Antonimlər bir-birinə əks, zidd mənaları ifadə edir;
eyni nitq hissəsinə aid olur:
az-çox (sifət; zərf)
oturmaq-durmaq (fel)
dost-düşmən (isim)
irəli-geri (zərf) və s.
Leksikada yuxarıda göstərilənlərdən başqa ümumiş-
lək sözlər, terminlər, dialekt sözlər, jarqonlar və s. söz
layları da vardır.
Ədəbi dilin leksik normalarına əməl edilməsi çox
mühümdür. Bu normaya əsasən, fikrin dəqiq, düzgün ifa-
dəsi üçün ən uyğun sözlərin – leksemlərin seçilib işlədil-
məsi tələb olunur.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
45
45
45
TapĢırıqlar
:
I. VerilmiĢ cümlələrdəki omonimləri göstərin:
1. Qaz göldə üzürdü. Mətbəxdən qaz iyi gəlirdi.
2. Sürüdən ayrılan qoyunu qurd yeyər (Atalar sözü).
Ləklərdəki kələmləri qurd basmışdı.
3. Uşaqlar körpünü təmir etmək üçün özləri ilə
külüng və bel də gətirmişdilər. Mühəndis iki gün idi ki,
bel ağrısından şikayətlənirdi.
4. Arzunun əlindəki güldür. O, məzəli lətifələri ilə
bizi güldürür.
5. Pinəçi bizi stolun üstündəki taxtanın üstünə
sancdı. Biz bunun mənasını sonradan başa büşdük.
6. Açıldı, yazım,
Söhbətim, sazım.
Sən hünər göstər,
Mən şeir yazım.
(S.Vurğun)
7. Elxan girdi palçığa,
Üst-başını buladı.
Toplan görüb utandı,
Quyruğunu buladı.
(T.Elçin)
II. VerilmiĢ antonimləri cümlədə iĢlədin:
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
46
ağ, qara: yaxşı, pis; dost, düşmən; sevinc, kədər, ge-
cə, gündüz; igid, qorxaq; aşağı, yuxarı, irəli, geri, tez,
gec…
III.
Cümlələrdəki
nöqtələrin
yerinə
sinonimlərdən uyğun gələnini artıraraq köçürün:
Yekə, zorba, böyük, iri, nəhəng
1) Çoban Qara… ağacını canavarın düz kəlləsinə
ilişdirdi. 2) Hamımız klubun… salonuna toplaşdıq. 3)
Meşəbəyi gölə yaxınlaşanda… bir ayı ilə rastlaşdı.
Yığırlar, toplayırlar
1) pambıqçılar tarlada pambıq… 2. Onların uşaqları
isə yerə tökülmüş pambığı…
Adam, insan
1) Ağır zəhmətdən sonra… özünü daha yüngül,
daha rahat hiss edir. 2) … olanın dövləti, malı gərək
olsun (Sabir)
IV. VerilmiĢ sözlərin antonimlərini tapın:
az –
dost –
yaxşı –
işıq –
sağlam –
igid –
aşağı –
irəli –
ağıllı –
səhər –
V. Oxuyun, sinonim sözləri tapıb göstərin,
onların hansı nitq hissəsinə aid olduğunu izah edin.
Dostları ilə paylaş: |