www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
57
57
57
Ədat fikrin nitqdə aydın ifadəsi üçün işlədilir və
cümlələrin mənasını qüvvətləndirir: məgər, bəs, (mı)
4
,
kaş, təki, bircə, yalnız və s.
Mən yalnız bu gün işlərimi qurtara bildim. Bəli, biz
azadlığımıza qovuşduq.
Bu ki bizim Əlidir!
Şifahi və yazılı nitqdə ədatların əhəmiyyəti olduqca
böyükdür.
Qeyri-müəyyən nitq hissələri
1. Nidalar insanların hiss və həyəcanını ifadə edən
səslərdir. Sevinc, kədər, həyəcan, şadlıq, heyrət və s.
mənaları ifadə edir: aha, of, ah, paho, ox, aman, ay haray
və s.
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!
(M.Ə.Sabir)
Aman, tanrım, yardım et.
2. Modal sözlər danışan şəxsin ifadə etdiyi fikrə
münasibətini ifadə edir: Məncə, bu, doğru yol deyil.
Kür qırağının əcəb seyrangahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur.
(M.P.Vaqif)
3. Xitablar dünya və Azərbaycan dilçiliyində
kifayət qədər öyrənilsə də, hələ formalaşma prosesi
keçirməkdədir və konkret olaraq bir nitq hissəsi kimi
formalaşmamışdır:
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
58
1. Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
(M.Araz)
2. Vaqif! Ey sərvərim! Ey tacidarım!
(S.Vurğun)
3. ġair, hökmdarın hüzurundasan.
(S.Vurğun).
4. Ritmik sözlərin bir tərəfi ayrılıqda işlənə bilsə
də, ikinci tərəf məna ifadə etmir, birinci tərəfə həmqafiyə
olaraq seçilir və həmin sözün estetik təsirini bir qədər
artırmağa xidmət edir: uşaq- muĢaq; kitab- mitab; dəftər-
məftər; su- mu… və s.
Suallar:
1. Morfologiya nəyi öyrənir?
2. Nitq hissəsi nəyə deyilir?
3. Nitq hissələri neçə qrupa bölünür? Hansılardır?
4. Əsas və köməkçi nitq hissələri arasında hansı
fərqli cəhətlər var?
5. Qeyri-müəyyən nitq hissələri hansılardır?
6. İsmə aid kateqoriyalar hansılardır?
7. Azərbaycan dilində felin neçə zamanı var? Hansı-
lardır?
8. Sifətin neçə dərəcəsi var?
9. Say nədir? Sayın məna növləri hansılardır?
10. Əvəzlik nəyə deyilir? Mənaca hansı növləri var?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
59
59
59
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
60
III. Test tapĢırıqları
1. Hansı sözlər isimdir?
a) 1, 2
b) 3, 5
c) 2, 3, 4
d) 2, 4
e) 1, 2, 4
2. Sifətləri müəyyənləşdirin.
1. ağ 2. mən 3. əl 4. kitab 5. qırmızı 6. yaşıl
a) 1, 2, 3
b) 1, 5, 6
c) 3, 4, 5
d) 1, 3, 5
e) 2, 4
3. Düzəltmə felləri seçin.
1. baxmaq 2. gülüşmək 3. sevinmək 4. dağılmaq
5. uzaqlaşmaq
a) 1, 2, 3
b) 2, 4
c) 2, 3, 5
d) 1, 4
e) 2, 4
он
сары
1 2
ял
5
4 3
йарпаг
мян
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
61
61
61
4. Sadə sayları tapın.
1. üç 2. əlli 3. on üç 4. yüz 5. min 6. birinci
a) 1, 2, 4, 5
b) 3, 5
c) 2, 6
d) 3, 4
e) 1, 6
5. Konkret isim hansıdır?
a) ruh
b) daş
c) sevgi
d) dostluq
e) kədər
6. Şəxs əvəzlikləri hansılardır?
1. mən 2. kitab 3. biz 4. qələm 5. sarı 6. saat 7. onlar
a) 1, 3, 7
b) 2, 4, 6
c) 4, 5, 6
d) 2, 6, 7
e) 2, 3, 4
7. Yer zərflərini tapın.
1. evdə 2. şəhərdən 3. içəridə 4. dağda 5. yuxarı 6.
alt
a) 3, 5, 6
b) 1, 2, 3
c) 2, 3, 4
d) 1, 2, 6
e) 2, 4, 5
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
62
8. İsmin neçə halı var?
a) 4
b) 5
c) 6
d) 7
e) 3
9. İnkar bağlayıcılarını göstərin.
a) həm, həm də
b) nə, nə də
c) ya, ya da
d) gah, gah da
e) lakin, amma
10. Əsas nitq hissələrini seçin.
a) isim, sifət, qoşma
b) isim, qoşma, ədat
c) bağlayıcı, ədat
d) modal, nida, qoşma
e) isim, sifət, say
Sintaksis söz birləşmələrini, cümlələri, sintaktik
əlaqələri, cümlə üzvlərini və s. öyrənir.
Əsas sintaktik vahidlər söz birləşmələri, cümlə,
cümlə üzvləri və s-dir.
Cümlə bitkin fikir ifadə edən, sözə və ya sözlərin bir-
ləşməsinə deyilir. Cümlə quruluşca sadə və mürəkkəb olur.
Sadə cümlələrdə bir fikir ifadə edilir və bir qrammatik əsası
olur: Ağappaq qar hər tərəfi ağ yorğana bürümüşdü.
Dostları ilə paylaş: |