Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
57 
57 
57 
Ədat  fikrin  nitqdə  aydın  ifadəsi  üçün  işlədilir  və 
cümlələrin  mənasını  qüvvətləndirir:  məgər,  bəs,  (mı)
4

kaş, təki, bircə, yalnız və s. 
Mən yalnız bu gün işlərimi qurtara bildim. Bəli, biz 
azadlığımıza qovuşduq. 
Bu ki bizim Əlidir! 
Şifahi və yazılı nitqdə ədatların əhəmiyyəti olduqca 
böyükdür. 
 
Qeyri-müəyyən nitq hissələri 
 
1.  Nidalar  insanların  hiss  və  həyəcanını  ifadə  edən 
səslərdir.  Sevinc,  kədər,  həyəcan,  şadlıq,  heyrət  və  s. 
mənaları ifadə edir: aha, of, ah, paho, ox, aman, ay haray 
və s. 
Düşdü bütün qəzetlər qiymətdənay can, ay can
   
 
 
 
 
(M.Ə.Sabir) 
Aman, tanrım, yardım et. 
 
2.  Modal  sözlər  danışan  şəxsin  ifadə  etdiyi  fikrə 
münasibətini ifadə edir: Məncə, bu, doğru yol deyil. 
 
Kür qırağının əcəb seyrangahı var, 
Yaşılbaş sonası, hayıf ki, yoxdur. 
   
 
 
 
(M.P.Vaqif) 
 
3.  Xitablar  dünya  və  Azərbaycan  dilçiliyində 
kifayət  qədər  öyrənilsə  də,  hələ  formalaşma  prosesi 
keçirməkdədir  və  konkret  olaraq  bir  nitq  hissəsi  kimi 
formalaşmamışdır: 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
58 
 
1. Nə yatmısan, qoca vulkan, səninləyəm! 
Ayağa dur, Azərbaycan, səninləyəm! 
   
 
 
 
 
(M.Araz) 
 
2. VaqifEy sərvərimEy tacidarım! 
   
 
 
 
 
(S.Vurğun) 
 
3. ġair, hökmdarın hüzurundasan. 
   
 
 
 
 
(S.Vurğun). 
 
4.  Ritmik  sözlərin  bir  tərəfi  ayrılıqda  işlənə  bilsə 
də, ikinci tərəf məna ifadə etmir, birinci tərəfə həmqafiyə 
olaraq  seçilir  və  həmin  sözün  estetik  təsirini  bir  qədər 
artırmağa xidmət edir: uşaq-muĢaq; kitab-mitab; dəftər-
məftər; su-mu… və s. 
 
Suallar
 
1. Morfologiya nəyi öyrənir? 
2. Nitq hissəsi nəyə deyilir? 
3. Nitq hissələri neçə qrupa bölünür? Hansılardır? 
4.  Əsas  və  köməkçi  nitq  hissələri  arasında  hansı 
fərqli cəhətlər var? 
5. Qeyri-müəyyən nitq hissələri hansılardır? 
6. İsmə aid kateqoriyalar hansılardır? 
7. Azərbaycan dilində felin neçə zamanı var? Hansı-
lardır? 
8. Sifətin neçə dərəcəsi var? 
9. Say nədir? Sayın məna növləri hansılardır? 
10. Əvəzlik nəyə deyilir? Mənaca hansı növləri var? 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
59 
59 
59 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
60 
III. Test tapĢırıqları 
 
1. Hansı sözlər isimdir? 
a) 1, 2 
b) 3, 5 
c) 2, 3, 4 
d) 2, 4 
e) 1, 2, 4 
 
 
 
 
 
2. Sifətləri müəyyənləşdirin. 
1. ağ 2. mən 3. əl 4. kitab 5. qırmızı 6. yaşıl 
 
a) 1, 2, 3 
b) 1, 5, 6 
c) 3, 4, 5 
d) 1, 3, 5 
e) 2, 4 
 
3. Düzəltmə felləri seçin. 
1.  baxmaq  2.  gülüşmək  3.  sevinmək  4.  dağılmaq       
5. uzaqlaşmaq 
a) 1, 2, 3 
b) 2, 4 
c) 2, 3, 5 
d) 1, 4 
e) 2, 4 
 
 
              
он 
 
 
                               сары 
                        1      2 
ял 
                    5 
                            4      3 
                                            йарпаг 
                     мян 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
61 
61 
61 
 
4. Sadə sayları tapın. 
1. üç 2. əlli 3. on üç 4. yüz 5. min 6. birinci 
a) 1, 2, 4, 5 
b) 3, 5 
c) 2, 6 
d) 3, 4 
e) 1, 6 
 
5. Konkret isim hansıdır? 
a) ruh 
b) daş 
c) sevgi 
d) dostluq 
e) kədər 
 
6. Şəxs əvəzlikləri hansılardır? 
1. mən 2. kitab 3. biz 4. qələm 5. sarı 6. saat 7. onlar 
a) 1, 3, 7 
b) 2, 4, 6 
c) 4, 5, 6 
d) 2, 6, 7 
e) 2, 3, 4 
 
7. Yer zərflərini tapın. 
1. evdə 2. şəhərdən 3. içəridə 4. dağda 5.  yuxarı 6. 
alt 
a) 3, 5, 6 
b) 1, 2, 3 
c) 2, 3, 4 
d) 1, 2, 6 
e) 2, 4, 5 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
62 
 
8. İsmin neçə halı var? 
a) 4 
b) 5 
c) 6 
d) 7 
e) 3 
 
9. İnkar bağlayıcılarını göstərin. 
a) həm, həm də 
b) nə, nə də 
c) ya, ya da 
d) gah, gah da 
e) lakin, amma 
 
10. Əsas nitq hissələrini seçin. 
a) isim, sifət, qoşma 
b) isim, qoşma, ədat 
c) bağlayıcı, ədat 
d) modal, nida, qoşma 
e) isim, sifət, say 
 
Sintaksis  söz  birləşmələrini,  cümlələri,  sintaktik 
əlaqələri, cümlə üzvlərini və s. öyrənir. 
Əsas  sintaktik  vahidlər  söz  birləşmələri,  cümlə, 
cümlə üzvləri və s-dir. 
Cümlə bitkin fikir ifadə edən, sözə və ya sözlərin bir-
ləşməsinə deyilir. Cümlə quruluşca sadə və mürəkkəb olur. 
Sadə cümlələrdə bir fikir ifadə edilir və bir qrammatik əsası 
olur: Ağappaq qar hər tərəfi ağ yorğana bürümüşdü. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə