Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
42 
b) Ağdam 
c) direktor 
d) gümüş 
e) məncə 
 
8. Kar qarşılığı olmayan cingiltili samitlər hansı sı-
rada verilmişdir? 
a) l, m, n, r 
b) b, c, n, r 
c) l, m, z, d 
d) t, s, x, h 
e) h, l, m, ş 
 
9. Hansı söz hecalara doğru bölünməmişdir? 
a) Ba-kı 
b) şə-hər-də 
c) A-zər-bay-can 
d) ki-tab 
e) təl-əbə 
 
10. Sözdə hecanın sayı necə müəyyən edilir? 
a) saitin sayı ilə 
b) samitin sayı ilə 
c) ahəngə görə 
d) vurğuya görə 
e) şəkilçilərə əsasən. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
43 
43 
43 
LEKSĠKA VƏ LEKSĠK NORMALAR 
 
Dilimizdəki  bütün  sözlər  leksika,  onları  öyrənən 
dilçilik şöbəsi isə leksikologiya adlanır. 
Hər  bir  sözün  ilkin  mənası  onun  leksik  mənasıdır. 
Məsələn: 
bina – yaşayış yeri. 
ayaqqabı – ayağa geymək üçün əşya və s. 
Sözlərin ilkin leksik mənası onun həqiqi mənası ad-
lanır.  Əsas  mənasından  əlavə  ifadə  etdiyi  məna  isə 
məcazi mənadır. Məsələn:  
Kitab  sözünün  həqiqi  mənası  onun  oxu  ləvazimatı 
olmasıdır. 
Kitab  sözü  «ömür  kitabı»  birləşməsinin  tərkibində 
məcazi məna ifadə etmişdir. 
Sözlərin  bir  leksik  mənası  olarsa,  təkmənalı,  bir 
neçə  leksik  mənası  olarsa,  çoxmənalı  sözlər  adlanır. 
Azərbaycan dilində bədən üzvlərimizin adları və bir çox 
fellər çoxmənalı sözlərdir: 
Ayaq – insanın ayağı, stolun ayağı, kəndin ayağı və 
s. 
Almaq  –  kitab  almaq,  yer  almaq,  söz  almaq,  xəbər 
almaq və s. 
Leksikada  formaca  eyni,  mənaca  müxtəlif  olan 
sözlər omonimlər adlanır: bal, yar, qaz, at, tut və s. 
 
                 arı balı (isim) 
bal 
                 qiymət, dərəcə mənasında (isim) 
 
                 quş (isim) 
qaz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
44 
                 yanar qaz (isim) 
               meyvə (isim) 
tut 
               tutmaq (fel) 
 
               az adam (say); 
az 
               
              azmaq (fel) 
 
Bir-birinə  omonim  olan  sözlər  həm  eyni,  həm  də 
müxtəlif nitq hissələrinə aid ola bilər. 
Başqa  bir  qrupa  daxil  olan  sözlər  müxtəlif  şəkildə 
deyilib,  müxtəlif  cür  yazılsa  da,  eyni  mənanı  və  ya  bir 
mənanın  müxtəlif  çalarlarını  əks  etdirir  və  sinonimlər 
adlanır:  yaş,  sülü,  nəm;  oturmaq,  əyləşmək;  durmaq, 
qalxmaq və s.  
Sinonim sözlər eyni nitq hissəsinə aid olur. 
Antonimlər bir-birinə əks, zidd mənaları ifadə edir; 
eyni nitq hissəsinə aid olur: 
az-çox (sifət; zərf) 
oturmaq-durmaq (fel) 
dost-düşmən (isim) 
irəli-geri (zərf) və s. 
Leksikada yuxarıda göstərilənlərdən başqa ümumiş-
lək  sözlər,  terminlər,  dialekt  sözlər,  jarqonlar  və  s.  söz 
layları da vardır. 
Ədəbi  dilin  leksik  normalarına  əməl  edilməsi  çox 
mühümdür. Bu normaya əsasən, fikrin dəqiq, düzgün ifa-
dəsi üçün ən uyğun sözlərin – leksemlərin seçilib işlədil-
məsi tələb olunur. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
45 
45 
45 
 
TapĢırıqlar

 
I. VerilmiĢ cümlələrdəki omonimləri göstərin: 
 
1. Qaz göldə üzürdü. Mətbəxdən qaz iyi gəlirdi. 
2. Sürüdən ayrılan qoyunu qurd yeyər (Atalar sözü). 
Ləklərdəki kələmləri qurd basmışdı. 
3.  Uşaqlar  körpünü  təmir  etmək  üçün  özləri  ilə 
külüng  və  bel  də  gətirmişdilər.  Mühəndis  iki  gün  idi  ki, 
bel ağrısından şikayətlənirdi.  
4.  Arzunun  əlindəki  güldür.  O,  məzəli  lətifələri  ilə 
bizi güldürür.  
5.  Pinəçi  bizi  stolun  üstündəki  taxtanın  üstünə 
sancdı. Biz bunun mənasını sonradan başa büşdük. 
 
               6.       Açıldı, yazım, 
Söhbətim, sazım. 
Sən hünər göstər
Mən şeir yazım. 
 
 
 
(S.Vurğun) 
 
               7.       Elxan girdi palçığa, 
Üst-başını buladı. 
Toplan görüb utandı, 
Quyruğunu buladı. 
 
 
 
(T.Elçin) 
 
II. VerilmiĢ antonimləri cümlədə iĢlədin: 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
46 
ağ, qara: yaxşı, pis; dost, düşmən; sevinc, kədər, ge-
cə,  gündüz;  igid,  qorxaq;  aşağı,  yuxarı,  irəli,  geri,  tez, 
gec… 
III. 
Cümlələrdəki 
nöqtələrin 
yerinə 
sinonimlərdən uyğun gələnini artıraraq köçürün: 
 
Yekə, zorba, böyük, iri, nəhəng 
1)  Çoban  Qara…  ağacını  canavarın  düz  kəlləsinə 
ilişdirdi.  2)  Hamımız  klubun…  salonuna  toplaşdıq.  3) 
Meşəbəyi gölə yaxınlaşanda… bir ayı ilə rastlaşdı. 
Yığırlar, toplayırlar 
1) pambıqçılar tarlada pambıq… 2. Onların uşaqları 
isə yerə tökülmüş pambığı… 
Adam, insan 
1)  Ağır  zəhmətdən  sonra…  özünü  daha  yüngül, 
daha  rahat  hiss  edir.  2)  …  olanın  dövləti,  malı  gərək 
olsun (Sabir) 
 
IV. VerilmiĢ sözlərin antonimlərini tapın: 
 
az – 
dost –  
yaxşı –  
işıq –  
sağlam –  
igid –  
aşağı –  
irəli –  
ağıllı –  
səhər –  
 
V.  Oxuyun,  sinonim  sözləri  tapıb  göstərin, 
onların hansı nitq hissəsinə aid olduğunu izah edin. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə