Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   2   3   4   5   6   7   8   9   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
23 
23 
23 
tikdir, situativ xarakterlidir. Heç bir etik,  mədəni norma-
lara tabe deyil. 
 
2)  Xarici  nitq  –  səsli  nitqdir.  Ahəngdar,  məntiqi, 
ardıcıl, səlis olmalı, linqvistik və ekstralinqvistik norma-
lara tabe olmalıdır. Fikir mükəmməl ifadə edilməlidir ki, 
bu da nitq mədəniyyəti adlandırılır. 
 
Nitqin növləri 
 
Nitqin iki növü müəyyən edilmişdir: 
1.  Monoloji  nitq  bir  insanın  təkbaşına  danışığıdır. 
Şifahi və yazılı şəkildə ola bilər. Monoqlar vasitəsilə in-
sanların, eləcə də bədii əsərlərdə personajların xarakterlə-
rini  müəyyən  etmək  mümkündür.  Daha  çox  dram  əsər-
lərində monoloqlardan geniş istifadə edilir. 
Şairlər şeirlərində ya özlərinin, ya da lirik qəhrəma-
nın hisslərini monoloqlar şəklində tərənnüm edirlər. Mə-
sələn. S.Vurğun «Azərbaycan», şeiri, 
S.M.Şəhriyar «Azərbaycan» və s. 
2. Dialoji nitq ən azı iki və daha çox insan arasında 
baş verən ünsiyyət prosesidir. Dialoqlarda hər kəsin fikir-
ləri yeni sətirdən tire ilə yazılır və replika adlanır. Dialoq-
larda  qısa,  yarımçıq  cümlələrdən,  predikativ  sözlərdən  – 
söz xəbərlərdən geniş istifadə olunur. Məsələn: 
Arif: – Aynur, sən hansı universitetdə oxuyursan? 
Aynur: – ADPU-da. 
Arif: – Hansı fakültədə? 
Aynur: – Filologiya fakültəsində. Bəs sən? 
Arif: – Mən isə riyaziyyat fakültəsində oxuyuram… 
Həcminə görə dialoqlar böyük və kiçik ola bilir. Bə-
zən  bədii  ədəbiyyatda  hekayələrin  əvvəldən  sona  qədər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
24 
bir dialoq üzərində qurulmasına da rast gəlir. Bu, olduqca 
çətin  və  orijinal  bir  formadır.  Mir  Cəlalın  «Ehtiram», 
«Sancaq fabrikində» hekayələri buna misal ola bilər.  
 
 
Sancaq fabrikində 
 
Direktor: 
– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada 
salıblar! 
– Xoş gününüz  olsun! İşimiz düşüb: bir neçə  yeşik 
sancaq lazımdır. 
Direktor: 
– Bəlkə qutu demək istəyirsiniz? 
Kitabsatan: 
– Xeyr, yeşik! 
Direktor: 
–  Görünür,  vəzifənizi  dəyişmisiniz.  Mən  sizi  kitab 
mağazasından tanıyıram. 
Kitabsatan: 
– Bəli, orada işləyirəm. Ancaq indi işimiz artıb. Elə 
kitablar  yazılır  ki,  sancaqsız  oxunmur.  Oxucunu  yuxu 
basmasın deyə, sancaq lazım olur. 
Direktor: 
– Hər kitaba bir sancaq? 
Kitabsatan: 
– Bəlkə də bir neçəsi! 
Direktor: 
–  Bu  kitabları  tərifləyən  tənqidçilərə  necə,  sancaq 
verilirmi? 
Kitabsatan: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
25 
25 
25 
– Onların sancağını ya redaksiya, ya da müəllif özü 
verir. 
 
 
 
 
 
Nitqin tərzi 
 
Nitqin  tərzi  dilçiliyin  az  işlənmiş  sahəsi  olsa  da 
onun, iki tipi müəyyən edilmişdir: 
1.  Vasitəsiz  nitq  başqasının  nitqinin  olduğu  kimi, 
heç  bir  dəyişiklik  edilmədən  işlənməsidir.  Vasitəsiz  nitq 
müəllifin  nitqi  olmadan  işlənə  bilmir.  Müəllifin  nitqi 
«M.m», vasitəsiz nitq isə «V.v» - hərfləri ilə işarə edilir. 
Müəllim  dedi:  «Yaxşı  hazırlaşsanız  imtahanlardan 
əla qiymətlər  alacaqsınız».  - cümləsinin sxemi: M: «V». 
şəklindədir. 
Vasitəsiz  nitqin  sxem  modelləri  müxtəlif  ola  bilir. 
Məsələn: 
Mən: «Günahım yoxdur», - dedim. (M: «V», -m). 
«Sən günahlarını başa düşürsənmi?» - dedim («V?» 
-m) və s. 
2. Vasitəli nitq başqasının nitqinin olduğu kimi de-
yil,  əsas  fikir  saxlanmaqla,  budaq  cümlə  şəklində  veril-
məsidir. Burada müəllif sözü baş cümlə, vasitəli nitq isə 
budaq  cümlə,  əsasən  də,  tamamlıq  budaq  cümləsi 
şəklində çıxış edir. Məsələn: 
Dostum dedi ki, hər şey yaxşı olacaq. 
Atam deyir ki, oxu və vətənə layiq bir insan ol və s. 
Vasitəsiz  nitqi  vasitəli  nitqə  çevirmək  mümkündür. 
Bu  zaman  iki  nöqtə  və  dırnaqlar  atılır,  «ki»  bağlayıcısı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
26 
əlavə  edilir.  Məsələn:  Heydər  Əliyev  demiĢdir:  «Mən 
ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm». 
Heydər  Əliyev  demişdir  ki,  mən  ömrümün  qalan 
hissəsini də xalqıma həsr edəcəyəm. 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
27 
27 
27 
NĠTQĠN FORMALARI 
 
Tarixən inkişaf edən bəşəriyyətdə inkişafın, təkamü-
lün nəticəsi olaraq insanlar öz fikirlərini həm səsli (akus-
tik), həm də yazılı şəkildə (optik) ifadə etmək məcburiy-
yətində qalmışlar. Qazandıqları informasiyaları bir-birinə 
səsli nitq vasitəsilə ötürən insanlar, həmin informasiyaları 
gələcək  nəsillərə  çatdırmaq  üçün  yazı  yaratmış,  yazılı 
nitqdən istifadə etmişlər. Bu zərurət nəticəsində də nitqin 
iki forması müəyyənləşmişdir: şifahi və yazılı. 
I. Şifahi-akustik nitq, göründüyü kimi, səsli nitqdir. 
Şifahi nitqdə ümumişlək sözlərdən, yarımçıq, qısa cümlə-
lərdən  daha  çox  istifadə  olunur.  İntonasiyanın,  məntiqi 
vurğunun  şifahi  nitqdə  əhəmiyyəti  çox  böyükdür.  Şifahi 
nitq  yazılı  nitqdən  daha  sürətlidir,  jest  və  mimika  şifahi 
nitqin əsas vasitələrindəndir. 
II. Yazılı nitq eyni zamanda yazılıb görülən olduğu 
üçün optik nitq də adlandırılır. Şifahi nitqi texniki vasitə-
lərin  köməyi  olmadan  gələcək  nəsillərə  çatdırmaq 
mümkün  olmadığı  halda,  yazılı  nitq  gələcək  üçün 
qorunub  saxlanıla  bilir.  Özünəməxsus  terminologiyası 
olur, sürəti bir qədər aşağıdır. Yazılı nitqdə xüsusi durğu 
işarələrindən  istifadə  edilir.  Orfoqrafik  normalara  yazılı 
nitqdə  mütləq əməl edilməlidir. 
Şifahi və yazılı nitq bir-birinin inkişafına daim təsir 
göstərir, biri digərinə yardımçı olur. Həm şifahi, həm də 
yazılı  nitqin  mükəmməl  olması  üçün  bir  sıra  qanunauy-
ğunluqlara  əməl  edilməsi  vacibdir.  İlk  növbədə,  şifahi 
nitq düzgün və kamil olmalıdır. Nitqin düzgün və kamil 
olması  üçün  də  ədəbi  dilin  normalarını  bilmək,  tətbiq 
etmək zəruridir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə