Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   2   3   4   5   6   7   8   9   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
17 
17 
17 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
18 
Azərbaycan əlifbası latın qrafikalı əlifbadır. 1929-cu 
ilə qədər ərəb, 1929-39-cu illər ərzində latın, 1939-2001-
ci illərdə rus qrafikalı əlifbadan istifadə edilmiş, 2001-ci 
ilin  avqustun  1-dən  Azərbaycan  Respublikası  Prezidenti, 
Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkəmizdə 
latın qrafikalı əlifbaya keçirilməsi təmin edilmişdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
19 
19 
19 
 
 
 
 
 
 
 
 
  
 
 
 
NĠTQĠN ĠNKĠġAFININ  
BƏZĠ NƏZƏRĠ MƏSƏLƏLƏRĠ 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
20 
DĠL VƏ NĠTQĠN MÜNASĠBƏTĠ 
 
Dil və nitq, onların bir-biri ilə oxşar və fərqli cəhət-
ləri  ta  qədim  dövrdən  insanları  düşündürmüş,  müxtəlif 
mülahizər  meydana  gəlmişdir.  Buna  baxmayaraq,  dil  və 
nitqin  münasibəti,  onların  mahiyyətinin  elmi  şərhinin 
tarixi  XIX  əsrdən  başlayır.  İlk  dəfə  Avropalı  alim 
Vilhelm  Humbolt  dərin,  sistemli  tədqiqatlar  aparmış,  dil 
və  nitq  proseslərinin  fərqli  cəhətlərini  nəzəri  cəhətdən 
əsaslandırmışdır. Alimin hər iki anlayışın konkret sərhəd-
lərini  müəyyənləşdirməsi  sahəsindəki  fikirləri  sonradan 
A.Potebnya,  B.Kurtene  və  başqaları  tərəfindən  davam 
etdirilmişdir.  Bu  sahədə  F.Sössürün  böyük  xidmətləri 
olmuşdur.  
Dil  və  nitq  məsələləri  müasir  dövrdə  də  alimlərin 
diqqət  mərkəzindədir.  Biz  ilk  növbədə,  «dil»  və  «nitq» 
anlayışlarını  aydın  şəkildə  izah  etməyə  çalışacağıq.  İlk 
növbədə, qeyd etmək lazımdır ki, bu iki termin arasında 
kəskin fərq, sərhəd mövcuddur. 
Dil – insanlar arasında ən mühüm ünsiyyət vasitəsi-
dir. Mücərrəd işarələr sistemindən ibarət olan dilin xarak-
terik  quruluşu,  ifadə  imkanları,  qanunları,  vəzifələri 
vardır. 
Nitq  –  ünsiyyət  prosesidir.  Nitq  verilən  informasi-
yanın  ifadə  tələbinə  uyğun  olaraq  dilin  ifadə  imkanları 
əsasında yaranır. 
Dil əsasdır, nitq ondan törəyəndir. 
Dil tarixən daha az dəyişərkən, nitq daha çox dəyi-
şikliyə uğrayır. 
Nitqin yaranması üçün vacib olan ictimai, psixoloji 
və fizioloji aktların cəmi nitq fəaliyyəti adlanır. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
21 
21 
21 
 
 
Dilin funksiyaları: 
 
1. İctimai-tarixi təcrübələri yaymaq, yaşatmaq. 
2. Kommunikativlik. 
3. İntellektual fəaliyyət vasitəsi olmaq. 
 
Nitqin funksiyaları: 
 
1. Nominativlik (adlandırma). 
2. Ümumiləşdirmələrin aparılması. 
3. Kommunikativlik (əlaqə, ünsiyyət). 
 
Göstərdiyimiz fərqli cəhətlərlə  yanaşı, dil və nitqin 
ümumi cəhətləri də vardır: 
1. İctimai-sosial xarakterdə olmaları. 
2. Kommunikativliyə xidmət etmələri. 
3. Eyni ictimai hadisənin tərəfləri olmaları. 
4. Linqvistik vahidlər olmaları. 
 
 
Nitq prosesi 
 
Nitq prosesi üç mərhələdən
1
 ibarətdir. 
1. danışmaq. 
2. eşitmək. 
3. dərk etmək. 
                                                 
1
 Гурбанов А. Цмуми дилчилик. Б. 2004. Ы ъ. с.51. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
22 
DanıĢıq danışıq üzvləri ilə həyata keçirilir. Danışıq 
üzvlərinin  qüsursuz  olması  bu  zaman  vacib  şərtdir.  Da-
nışıq prosesi danışıq səsləri ilə reallaşır. 
EĢitmə  orqanı  qulaqlardır.  Qulaqların  sağlam 
olması  eşitməni,  ifadə  edilən  fikrin  doğru,  düzgün  dərk 
edilməsini təmin edir. 
Dərketmə  –  nitq  prosesinin  nəticəsi,  sonu  olaraq 
meydana  çıxır  və  daha  çox  təfəkkürlə  bağlı  olan 
prosesdir. 
Dil  öz  ifadəsini  nitqdə  tapır,  yəni  nitq  dilin  ifadə 
vasitəsidir. Eyni zamanda dilin inkişafında da nitqin rolu 
böyükdür.  Nitqdə  yeni  sözlərin  yaranması,  başqa 
dillərdən müxtəlif insanların nitqi vasitəsilə dilə  yeni söz 
və  ifadələrin  gətirilməsi  dilin,  daha  doğrusu,  lüğət 
tərkibinin inkişafını şərtləndirir. Deməli, nitq dilin inkişaf 
mənbəyidir. 
Dil və nitqi bir-birindən ayırmaq doğru deyil. Onlar 
bir-birinin inkişafına təkan verir. Dil prosesləri nitqə, nitq 
prosesləri dilə təsir edir. Deməli, dil və nitq  eyni ictimai 
hadisənin müxtəlif tərəfləridir. «Dil öz təzahürünü nitqdə 
tapır, nitq isə dili inkişaf etdirir».
2
 
 
 
Nitqin tipləri 
 
Elmi-nəzəri  ədəbiyyatda  nitqin  iki  tipinin  olması 
göstərilir: 
1) Daxili nitq – insanın öz-özünə danışığıdır. Tələf-
füz edilməyən, səssiz nitqdir, sürətlidir, yığcamdır, ellip-
                                                 
2
 Гурбанов А. Цмуми дилчилик. Б. 2004, Ы ъ. с.56. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə