Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
68 
2) Gəlmişik ki, ali məktəblərə qəbul olaq. 
 
                                     (məqsəd budaq cümləsi). 
 
Gəlmişik.  Hansı  məqsədlə?  Nə  üçün?  Ali 
məktəblərə qəbul olmaq üçün. 
 
Qeyd:  Zərfliyin  müxtəlif  məna  növləri  olduğu  üçün 
zərflik  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin  də 
müxtəlif növləri yaranır:  
 
Tərzi-hərəkət budaq cümləsi. 
Kəmiyyət budaq cümləsi. 
Zaman budaq cümləsi və s. 
 
Tabeli mürəkkəb cümlələrdə bəzən budaq cümlə baş 
cümlədən  əvvəl  işlənir.  Məsələn:  1.  Yağış  yağsa,  hava 
açılar.  2.  Kəndə  çatmışdım  ki,  külək  başladı  –  cümlələ-
rində budaq cümlə baş cümlədən əvvəl işlənmişdir.  
 
  Sxemi                         şəklindədir. 
 
Tabeli  mürəkkəb  cümlənin  tərəfləri  arasında 
tabelilik  bağlayıcıları,  intonasiya,  bağlayıcı  sözlər  və 
əvəzlik qəliblər işlənə bilir. 
Tabelilik bağlayıcıları: ki, çünki, ona görə ki, əgər, 
hərgah, hərçənd, madam (ki), indi ki, o səbəbdən ki və s. 






www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
69 
69 
69 
CÜMLƏ ÜZVLƏRĠ 
 
Hər  bir  cümlə  üzvlərdən  təçkil  olunur.  Beş  cümlə 
üzvü  var:  mübtəda,  xəbər,  təyin,  tamamlıq,  zərflik. 
Cümlə üzvləri iki yerə bölünür: baş və II dərəcəli üzvlər:  
Baş  üzvlər  əsasında  cümlə  qurulur.  Baş  üzvlərdən 
hər  ikisi  və  ya  heç  olmasa,  biri  cümlənin  qurulmasında 
mütləq iştirak etməlidir. Baş üzvlər mübtəda və xəbərdir. 
1.  Mübtəda  –  kim?  nə?  hara?  suallarından  birinə 
cavab  verir.  Heç  bir  cümlə  üzvündən  asılı  olmur: 
Vətənim Azərbaycandır. 
Mübtəda isimlərlə və isimləşmiş dəgər nitq hissələri 
ilə ifadə olunur. 
2.  Xəbər  ikinci  baş  üzvdür.  Mübtədaya  dair 
hərəkəti, hökmü bildirir. Nə etmək? sualına cavab verir. 
Xəbər  ifadə  vasitəsinə  görə  2  yerə  bölünür:  feli  və 
ismi xəbərlər. 
Feli  xəbər  yalnız  təsriflənən  fellərlə,  ismi  xəbərlər 
isə  digər  nitq  hissələri  və  təsriflənməyən  fellərlə,  söz 
xəbərlərlə ifadə olunur. 
 
Azərbaycan sürətlə inkişaf edir. Bakı Azərbaycanın 
paytaxtıdır. 
 
İkinci  dərəcəli  üzvlər  cümlələri  genişləndirməyə, 
məlumatı dəqiqləşdirməyə xidmət edir. 
Təyin  –  isimlə,  isimləşmiş  sözlərə  ifadə  olunmuş 
hər  hansı üzvün əlamətini bildirir.  Necə? nə  cür? hansı? 
suallarına cavab verir. Məsələn, 
1) Nə yatmısan, qoca vulkan, səninləyəm, (M.A). 
 
2)  Çərşənbə günündə, çeşmə başında 
 
     мцбтяда 
 
     фели 
хябяр 
 
         исми хябяр 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
70 
      Gözüm bir alagöz xanıma düşdü. (A.Ə). 
 
Tamamlıq – üzərində iş icra olunan əşyanı bildirir. 
Kimi? nəyi? haranı? kimə? nəyə? kimdə? nədə? kim ilə? 
nə  ilə?  kim  üçün?  nə  üçün?  və  s.  suallara  cavab  verir. 
Məsələn: 
 
1)
 
Mən  Azərbaycanı  sevirəm. 
 
2)     Cığırları keçilməyən 
Bulaqları içilməyən 
Otlaqları biçilməyən 
Çöllər bizi bağışlasın (H.H) 
 
  Zərflik  –  hərəkətin  icra  olunduğu  yeri,  zamanı,  icra 
tərzini, səbəbini, kəmiyyətini bildirir. Nə vaxt? haraya? (da, 
dan), necə? nə cür? nə qədər? və s. suallara cavab verir.  
 
Arif yaxşı oxuyur. 
 
Yazda təbiət oyanır. 
 
Atam çox    işləyir. 
 
Uşaqlar 
bağda 
işləyirlər. 
      
 
 
Söz birləĢmələri 
 
Söz  birləşməsi  iki  və  daha  artıq  sözün  məna  və 
qrammatik  cəhətdən  birləşməsidir:  Qız  qalası,  uşaq  evi, 
mənim  arzum  ismi  birləşmələr;  dərs  oxuyuram,  Bakıda 
yaşamaq və s.  feli birləşmələrdir. (Sxem 8) 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
71 
71 
71 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 7. 
 
 
Ġsmi birləĢmələr 
 
İsmi birləşmələrin əsas tərəfi əsasən isimlərlə və ya 
isimləşmiş sözlərlə ifadə edilir. Üç  növə bölünür: I növ, 
II  növ  və  III  növ  ismi  birləşmələr.  Birinci  tərəf  II  tərəfi 
təyin etdiyi üçün ismi birləşmələrə təyini söz birləşmələri 
də deyilir. 
I  növ  ismi  birləşmələrdə  tərəflər  arasında  yanaşma 
əlaqəsi olur.  Birinci tərəf II tərəfi mənaca izah edir, heç 
bir qrammatik şəkilçidən istifadə edilmir. 
 
 
Yaşıl                 işıq 
 
Maraqlı            dərs      
 
   
йанашма
 
   
йанашма
 
Сабит бирляшмяляр 
(Фразеоложи бирляшмяляр) 
Сюз бирляшмяляри 
Сярбяст бирляшмяляр 
Исми бирляшмяляр 
 
Ы нюв исми бирляшмяляр 
ЫЫ нюв исми бирляшмяляр 
ЫЫЫ нюв исми бирляшмяляр 
Фели бирляшмяляр 
 
Фели сифят бирляшмяляри 
Фели баьлама 
бирляшмяляри 
Məsdər birləşmələri 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə