Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
63 
63 
63 
Həm sadə, həm də mürəkkəb cümlələr müxtəlif isti-
qamətlərdə təsnif edilir və müxtəlif növlərə bölünür. Hə-
min növlər altıncı və yeddinci sxemdə təqdim edilmişdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
64 
 
Sxem 5. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
65 
65 
65 
        Təktərkibli  cümlədə  baş  üzvlərdən  biri  (ya  xəbər, 
ya mübtəda) iştirak edir: 
Adlıq  cümlələrdə  əşyanın,  məfhumun  yalnız  adı 
çəkilir, haqqında  heç  bir məlumat verilmir, xəbər  iştirak 
etmir: Bulaq başı. Göy çəmən. Qız qalası və s. 
ġəxssiz cümlələrdə mübtəda iştirak etmir və təsəv-
vürə gətirilmir: İşə baxıldı. Təcrübəyə əsaslanıldı. 
Qeyri  müəyyən  Ģəxsli  cümlələrdə  hərəkət  qeyri-
müəyyən  şəxsə  aid  olur.  Xəbəri  III  şəxsin  cəmində 
işlənir: Əsgərləri apardılar. 
Ümumi 
Ģəxsli 
cümlələrdə 
iş, 
hərəkət, 
ümumiyyətlə,  bütün  insanlara  aid  olur.  Atalar  sözləri, 
aforizmlər buraya daxildir. Xəbəri II şəxs təkdə, III şəxs 
cəmdə işlənir: Məsələn:  
Çayı keçməmiş hop demə. Cücəni payızda sayarlar. 
Müxtəsər cümlələrdə yalnız baş üzvlər iştirak edir: 
Atam gəldi. Gün çıxdı və s. 
GeniĢ  cümlələrdə  baş  üzvlərlə  yanaşı  II  dərəcəli 
üzvlər  də  iştirak  edir.  Məsələn,  Qoca  palıd  küləyin 
təsirindən ağır-ağır yırğalanırdı. 
Bütöv  cümlələrdə  bütün  cümlə  üzvləri  normal  şə-
kildə  iştirak  etdiyi  halda,  yarımçıq  cümlələrdə  bəzi 
üzvlər buraxılır. Bu, əsasən, dialoqlarda müşahidə edilir:  
-
 
Sən harda yaşayırsan? 
-
 
Bakıda. 
Buraxılan  üzvləri  əvvəlki cümləyə  əsasən  bərpa  et-
mək  mümkün  olur.  Verilmiş cümlədə  mübtəda  və  xəbər 
(Mən yaşayıram) buraxılmışdır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
66 
Mürəkkəb cümlə 
 
 
 
 
 
 
 
Sxem 6 
 
Sadə  cümlələrin  birləşməsindən  mürəkkəb  cümlə 
əmələ gəlir, ən  azı  iki  sadə  cümlədən ibarət  olur. Tərki-
bindəki  cümlələrin  sayından  asılı  olaraq  iki,  üç  və  daha 
çox  qrammatik  əsası  ola  bilər.  Mürəkkəb  cümlə  tərkib 
hissələr  arasındakı  sintaktik  əlaqənin  növünə  görə  iki 
yerə  bölünür:  1.  tabesiz  mürəkkəb  cümlələr,  2.  tabeli 
mürəkkəb cümlələr. 
Məsələn,  Bilirəm  ki,  gələcəksən  (Tabeli  mürəkkəb 
cümlə). 
Güclü  külək  əsir,  yağış  yağırdı  (Tabesiz  mürəkkəb 
cümlə). 
 
Tabesiz mürəkkəb cümlələr 
 
Tabesiz  mürəkkəb  cümlələr  bərabərhüquqlu,  biri 
digərindən asılı olmayan sadə cümlələrin birləşməsindən 
düzəlir. Məsələn, 
Yağış  güclənir,  məhsulun  toplanması  gecikirdi  (sə-
bəb-nəticə əlaqəsi). 
Tabesiz  mürəkkəb  cümlələr  tabesizlik  bağlayıcıları 
və  intonasiya  ilə  bağlanır.  Tərkib  hissələr  arasında 
Мцряккяб ъцмля 
Табесиз мцряккяб ъцмля
 
Табели мцряккяб ъцмля 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
67 
67 
67 
zaman, 
səbəb-nəticə, 
ardıcıllıq, 
aydınlaşdırma, 
bölüşdürmə, qarşılaşdırma əlaqələri olur. 
Həm yağış yağır, həm də güclü külək əsirdi (zaman 
əlaqəsi). 
O,  gözəl  görünürdü:  ağ  köynək,  qara  şalvar  geyin-
mişdi (aydınlaşdırma əlaqəsi). 
 
Tabesizlik bağlayıcıları: və, ilə (-la)
2
, amma, ancaq, 
lakin, nə, nə də (-ki), ya,  ya da (-ki),  yaxud (-da), istərsə 
(-də), yəni, məsələn və s. 
 
Tabeli mürəkkəb cümlələr 
 
Tabeli  mürəkkəb  cümlələri  təşkil edən  sadə  cümlə-
lərdən biri digərindən asılı olur, onu izah edib aydınlaşdı-
rır. Tabe edən cümlə baş cümlə (), asılı olan cümlə isə 
budaq  cümlə  (o)  adlanır.  Onların  arasında  tabelilik 
əlaqəsi olur və asılı tərəfdən əsas tərəfə doğru ox işarəsi 
ilə  (←)  göstərilir.  Budaq  cümlə  baş  cümlədə  buraxılmış 
cümlə üzvünü əvəz  edir. Buna görə  də  beş cümlə üzvü-
nün  adı  ilə  adlandırılır:  Mübtəda  budaq  cümləli  tabeli 
mürəkkəb  cümlə,  xəbər  budaq  cümləli  tabeli  mürəkkəb 
cümlə və s.
*
3
 
 
1)
 
Deyirəm ki, sənə inanıram.  
 
 
                                  (tamamlıq budaq cümləsi) 
 
Deyirəm. Nəyi? Sənə inandığımı. 
 
                                                 
3
 
*Беш ъцмля цзвц вар: мцбтяда, хябяр, тамамлыг, тяйин, зярфлик.
 




Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə