Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix17.04.2018
ölçüsü2,91 Kb.
#38752
1   2   3   4   5   6   7   8   9   ...   48

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
12 
1920-ci  il 
yanvarın  30-da  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  Nazirlər  Şurası  Cümhuriyyətin  milli 
himninin  hazırlanması  haqqında  qərar  qəbul  etdi  və  bu 
məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan 
edildi. 
Lakin 
1920-ci 
il 
aprelin 
28-də 
Xalq 
Cümhuriyyətinin  süqutu  Azərbaycanın  milli  himnini 
qəbul etməyə imkan vermədi. 
 1992-ci  il  mayın  27-də  parlament  "Azərbaycan  Res-
publikasının  Dövlət  himni  haqqında"  Qanun  qəbul  etdi. 
Qanuna  əsasən,  1919-cu  ildə  böyük  bəstəkar  Üzeyir 
Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş 
"Azərbaycan  marşı"  Azərbaycanın  Dövlət  himni  kimi 
təsdiq edildi. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
13 
13 
13 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ĠLHAM ƏLĠYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də 
Bakı  şəhərində  anadan  olmuşdur.  1967-1977-ci  illərdə 
Bakı şəhərində orta məktəbdə oxumuşdur. 
1977-ci  ildə  Moskva  Dövlət  Beynəlxalq  Əlaqələr 
İnstitutuna daxil olmuşdur. 
1982-ci ildə aspiranturaya daxil olmuş, 1985-ci ildə 
dissertasiya  müdafiə  edərək,  tarix  elmləri  namizədi  elmi 
dərəcəsi almışdır. 
1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləmişdir. 
1991-1994-cü  illərdə  özəl  biznes  sahəsində  çalış-
mışdır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
14 
1994-2003-cü  illərdə  Azərbaycan  Respublikasının 
Dövlət  Neft  Şirkətinin  vitse-prezidenti,  sonra  isə  birinci 
vitse-prezidenti seçilmişdir. 
Suveren  Azərbaycanın  neft  siyasətinin  geologiyası 
aspektlərinə  dair  bir  sıra  tədqiqat  işlərinin  müəllifidir. 
Siyasi elmlər doktorudur. 
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublika-
sının Prezidenti seçilmişdir. 
2008-ci  il  oktyabrın  15-də  keçirilən  seçkilərdə 
İlham  Əliyev  ikinci  dəfə  Azərbaycan  Respublikasının 
Prezidenti seçilmişdir 
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mü-
kəmməl bilir. 
Ailəlidir, üç övladı var. 
 
Azərbaycan  dilinin inkişafı, onun təbliği və  yad tə-
sirlərdən  qorunması,  dilimizin  saflığı  istiqamətində 
Ümummilli  lider  Heydər  Əliyevin  siyasəti  bu  gün  onun 
siyasi 
kursunun 
layiqli 
davamçısı, 
möhtərəm 
Prezidentimiz  İlham  Əliyev  tərəfindən  uğurla  davam 
etdirilir.  Heydər  Əliyevin  dil  siyasəti  dilimizin  inkişafı 
istiqamətində göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və 
bu təcrübədən daima istifadə olunacaq. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər" 
 
15 
15 
15 
 
AZƏRBAYCAN DĠLĠ 
 
Dil  insanlar  arasında  əsas  ünsiyyət  vasitəsi  olaraq 
əmək prosesində yaranmışdır. Cəmiyyətin mövcud olma-
sında, təkamülündə, inkişafında dil böyük rol oynamış və 
öz  aparıcı  rolunu  bu  gün  də  davam  etdirir.  Dil  irqi,  irsi, 
sinfi deyil, cəmiyyətin bütün üzvlərinə eyni dərəcədə xid-
mət  edən  ictimai  prosesdir,  insan  düşüncələrinin  praktik 
və maddi cəhətidir. İnsanlar dil vasitəsilə fikir və düşün-
cələrini  ifadə  edir,  reallaşdırır,  başqasının  düşüncələrini 
öyrənmək imkanı əldə edirlər. 
Dil lap qədim dövrlərdən insanların ünsiyyət, bir-bi-
rinə söz demək ehtiyacından yaranmışdır. Yəni cəmiyyət 
olmayan  yerdə  dil,  dil  olmayan  yerdə  cəmiyyət  ola 
bilməz. 
Dil mənsub olduğu xalqın həyatı ilə sıx əlaqədardır. 
Həmin  xalqın  düşüncəsi,  təfəkkürü,  inam  və  etiqadları, 
elmi-mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf 
edir, təkmilləşir. 
Azərbaycan  dili  Azərbaycan  Respublikasında, 
Cənubi  Azərbaycanda  və  dünyanın  bir  çox  xarici 
dövlətlərində  yaşayan  azərbaycanlıların  ana  dilidir. 
Hazırda  yer  üzündə  50  mln-a  yaxın  adam  Azərbaycan 
dilində  danışır.  Tarixən  dilimizin  adı  «türk  dili,  türki, 
türk-tatar dili, Azərbaycan dili» kimi adlandırılmışdır. 
Azərbaycan dili türk dillərinin oğuz qrupuna, oğuz-
səlcuq  yarımqrupuna  daxildir.  Dilimizin  fonetik  sistemi, 
lüğət fondu və qrammatik quruluşu eramızın I minilliyin-
də formalaşmışdır.  
Hər bir dövlətin dili konstitusiya ilə müəyyən edilir. 
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Həcər Hüseynova              "Nitqin inkişafına dair praktik məşğələlər"  
16 
dir.  Dilimizin  adı  Azərbaycan  Respublikasının  Konsti-
tusiyasında  21-ci  maddə  ilə  müəyyən  edilmişdir.  Bu,  o 
deməkdir  ki,  Azərbaycan  Respublikasının  bütün  dövlət 
orqanlarında  yazılı və  şifahi əlaqələr  Azərbaycan dilində 
qurulmalıdır. 
Dilin inkişafına dövlət daim nəzarət etməlidir. Dili-
miz haqqında son illərdə müxtəlif sərəncamlar, fərmanlar 
olmuşdur: 
1992-ci  il  22  dekabr:  Dilimizin  türk  dili  adlandırıl-
ması haqqında fərman. 
1995-ci il 12 noyabr: Dövlət dilimizin adı Azərbay-
can dili kimi qəbul edildi.. 
2001-ci  il  9  avqust:  «Azərbaycan  əlifbası  və  Azər-
baycan  dili  günü»nün  təsis  edilməsi  haqqında  qanuna 
əsasən  hər  il  avqust  ayının  biri  Azərbaycan  Respublika-
sında Azərbaycan dili günü kimi qeyd edilmişdir. 
2002-ci  il  30  sentyabr:  “Dövlət  dili  haqqında” 
qanun.  Qanunda  deyilir:  “Azərbaycan  Respublikasının 
dövlət  dilinin  əlifbası  latın  qrafikalı  Azərbaycan 
əlifbasıdır” 
2003-cü  il  2  yanvar:  Dövlət  dilimizin  Azərbaycan 
dili adlandırılması haqqında qanun... 
10 
aprel 
2013-cü 
il:  “Azərbaycan  dilinin 
qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun 
istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlər 
Proqramı”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə